108
ədəbilikdən kənar nitq vahidləri kimi yanaşırlar. Məsələn: "Ço-
ban quzuların saytalından bir neçəsini ayırdı". “Maşın keçala-
ta çatanda sürətini azaltdı” - cümlələrindəki saytal, keçalat
sözləri hər oxucuya və ya dinləyiciyə aydın olmadığından dilin
təmizliyinə ziyan gətirir, onu korlayır.
2. Dilin təmizliyini pozan ikinci cəhət alınma sözlərin lü-
zumsuz işlədilməsidir. Bəzi hallarda şifahi və yazılı nitqdə eh-
tiyac olmadan mənası çətin, anlaşılmayan alınma sözlərdən is-
tifadə nəticəsində mövzunun məzmununda nəzərdə tutulan fikir
oxucu və dinləyiciyə qaranlıq qalır. "köçürülmək" əvəzinə
"evakuasiya edilmək", "baxış keçirmək" əvəzinə "monitorinq
keçirmək", "nüfuz" əvəzinə "prestij", "vəzifə" əvəzinə "missi-
ya" sözlərinin işlənməsinə doğrudanmı böyük ehtiyac vardır?
Kütləvi informasiya vasitələrində, mətbuat səhifələrində, müx-
təlif elm sahələrində yazılmış əsərlərdə öz əksini tapan alınma
sözlər həddən artıq çoxdur və onlara gün ərzində az qala hər
yerdə rast gəlirik. Son illər alınma sözlər dilimizə iki istiqamət-
dən - türk və rus dilləri vasitəsilə dünyanın bütün dillərindən
siyasi, iqtisadi, elmi və digər sahələr üzrə keçir. Sahə üzrə alın-
malar daha çoxdur və onlar danışıq dilində az işlənsə də, bədii
üslub istisna olmaqla digər üslublarda bol-bol istifadə olunur:
rassionalizm, abbreviatür, respondent, dispozisiya, monitorinq,
prestij, akkumilyasiya, orator və s.
3. Nitqin səlisliyini pozan amillər içərisində terminlər də
müəyyən yer tutur. Lakin terminlər öz sahəsində işləndikdə
zərurət sayılsa da, bədii üslubda yaxud adi danışıqda, çıxışlar-
da, elmi mövzudan kənarda anlaşılmazlıq törədir. Son illərdə
türk dilinə aid, yaxud türk dilinin təsiri ilə yaranan söz və ter-
minlər təkcə texniki və elmi ədəbiyyatda deyil, bütün sahələr-
də, hətta danışıq dilində də işləklik qazanmışdır: dəstək, bilgi,
öncül, durum, anlam, bölgə, öncə, olay, yetərsay, özəl,
önəmli, yaĢam, tanıtım, təpki, öndər, çağdaĢ, dönəm,
yüzillik və s. onlarla, yüzlərlə söz məna, səslənmə, tələffüz ba-
xımından münasib və ruhumuza yaxın olduğu üçün çox tezliklə
109
və asanlıqla ünsiyyət vasitəsinə çevrilmişdir. Dilimizdə kalka
yolu ilə yaranmış sözlər də çoxalmaqdadır. Kalka üsulu de-
dikdə sözün milli, anlayışın uzun illər gəlmə dilə aid olması nə-
zərdə tutulur. Deməli, başqa dildən gəlmiş anlayışı dilimizin
milli bazasından istifadə edərək adlandırırıq. Bura açıqca, da-
bankeĢ, əyləc, soyad, soyuducu, sərinkeĢ, tozsoran, yelçəkər
və s. kimi sözlər daxildir.
4. Nitqin təmizliyini pozan amillər içərisində tüfeyli
sözlərin də müəyyən qədər rolu var. Nitq zamanı cümlələr
arasında əlaqə yaratmaq, yaxud işlədilməli olan zəruri sözü
düzgün tapmayan şəxs boşluğu doldurmaq, fikrə "körpü" sal-
maq istəyəndə ya yersiz fasilələr edir, ya da mövzu ilə əlaqəsi
olmayan ara söz və ya cümlə tipli söz birləşmələri (deməli,
zaddı, Ģey, adı nədir, hansı ki, baxanda baxıb görürük ki,
canım sənə desin və s.) işlətmək məcburiyyətində qalır.
5. Elmi üslubda işlədilməsi məqbul sayılmayan söz qrup-
ları sırasına loru sözlər də daxildir. Ədəbi bədii üslubda işlənən
bu sözlərə personajların nitqində və canlı danışıqda rast gəlirik:
gop eləmək, goplamaq, zollamaq, ağzından nallamaq, güpə-
mək, anqırmaq, donquldanmaq, burcutmaq, qatıqlamaq,
eĢĢək, heyvərə, qoduq, tülkü, sən qıfılla, qırıldatmaq, çərən-
ləmək, hırıldamaq və s. sözlər nitqdə rəqibini alçaltmaq, təh-
qir etmək, pis münasibət bildirmək məqsədi daşıyır. Söyüşlər,
qarğışlar, ədəbsiz və qeyri-etik sözlər ictimai yerlərdə vulqar
xarakterli olduğundan mətbu əsərlərdə nitqin təmizliyi baxı-
mından işlədilməsi caiz görülmür.
6. Kobud sözlər sırasında jarqonlar da qeyd olunmalıdır.
Süni ünsiyyət vasitəsi sayılan jarqon sözlər cəmiyyətdə müəy-
yən qrup insanlar tərəfindən düzəldilir və elə onlar tərəfindən
də başa düşülür. Jarqonlar öz fikirlərini başqalarından gizlət-
mək və ya başqalarından fərqlənmək üçün, konkret bir zümrə
tərəfindən işlədilən elə sözlərdir ki, onlar adi halda müstəqil
mənada işlədilib hamı tərəfindən anlaşılsa da, jarqon səviyyə-
sində başqa cür mənalandırılır. Məsələn: iĢini bitirmək (öldür-
110
mək), əriĢtəsini kəsmək (həbs etmək), Ģestyorka (satqın), hə-
rifləmək (aldatmaq), ütmək (pulunu əlindən almaq), baĢını
qırxmaq (aldadıb almaq), atanda (ayıq ol, səni axtarırlar) və s.
7. Dilin təmizliyinə xələl gətirən söz qruplarından biri də
arqolardır. Fransız dilindən keçmiş bu termin altında məhdud
dairədə işlənib başqalarının başa düşmədiyi şərti ifadə və ya
söz anlamındadır: tələbələrin işlətdiyi "quyruq" "kəsir", "aka-
demik borc" mənasında, müəllimlərin işlətdiyi "pəncərə"
"dərslər arasında qalan boş vaxt, saat" mənasındadır.
Sual və tapĢırıqlar:
1. Dəqiq nitq dedikdə nə başa düşülür?
2. Dəqiq nitq necə meydana gəlir?
3. Nitqin dəqiqliyi üçün ölçü nədir?
4. Nitqin düzgünlüyü hansı hallarda mümkündür?
5. Düzgün nitq nə deməkdir?
6.Düzgünlük kommunikativ keyfiyyətdirmi? Nitqdə kom-
munikativliyi necə başa düşürsünüz?
7.Şifahi danışıqda və ya oxuda kitab tələffüzü əsas götü-
rülürmü? Kitab tələffüzü dedikdə nə başa düşülür?
8. Bədii nitqin dəqiqliyi hansı şərtlərlə bağlıdır?
ÇalıĢma. Mətndən nitq normalarının köhnəlmiş göstərici-
lərini müəyyənləşdirib izah edin:
Qoltuqçu malları açıb tökdü: gözəl firəng və İstanbul qu-
maşları şairi heyran qoydu. Bu adam Axalsıq paşasının nüma-
yəndəsi idi. Qoltuqçu sözə başladı:
- Qardaşım, bu yollar yalnız əsgər deyil, ağır toplar və cəb-
bəxanalar daşımaq üçün yapılmış. Bu gün Tiflis, yarın Qara-
bağ, o biri gün isə İran və dövləti - Osmaniyyə torpaqları yəğ-
ma olunacaq, gavur xəncəri islamın bağrına soxulacaq… Sü-
leyman paşanın mümməsili uzun-uzadı danışdı və bütün xan-
lıqları ittihada və müqavimətə dəvət etdi.
- Əfəndim, -dedi, -səkkiz il əvvəl yapılmış Küçük Qay-
narça müahidəsi mövcibincə Mosqovla hali sülhdə olduğumuz
Dostları ilə paylaş: |