93
müxtəlif toplantılarda, müdafiə şuralarında, müəllimlərin ali
məktəb auditoriyalarında, elmi-praktik konfranslarda, savadlı
və hazırlıqlı aparıcı və diktorların ekran və efir qarşısında et-
dikləri nitqdir. Nitqin bu növü yaradıcı xarakter daşıyır. Ziya-
lılar, alimlər, professor, dosent və baş müəllimlər öz araşdırma-
larını, tədqiqatlarını yazılı (monoqrafiya, dərslik, dərs vəsaiti,
məqalə) və şifahi (mühazirə, məruzə, çıxış, məlumat) vasitə-
lərlə məntiqli, ardıcıl, dəlil-sübutlarla, ümumiləşdirmələr, nə-
ticələrlə oxucu və dinləyicilərə çatdırırlar.
6. İctimai-məişət natiqliyi. Natiqliyin bu növündə yubiley
tədbirlərində, bayramlarda, toylarda, şənliklərdə, ad günlərində,
dəfn mərasimlərində və s. adamlar təbrik nitqi söyləyir, sağlıq
deyir, çıxış edirlər. Məişət zəminində söylənilən bu çıxış –
nitqlərdə haqqında söhbət gedən adamın şəxsiyyətinə, hadisə-
nin mahiyyəti və əhəmiyyətinə aid xoş sözlərə, obrazlı ifadələ-
rə, təntənəli qurulmuş cümlələrə, təriflərə, təbriklərə və başsağ-
lığı etiketlərinə geniş yer verilir. Natiqliyin bu növü iki forma-
da özünü göstərir: Birincisi, görkəmli şəxslərə
elm, təhsil və
mədəniyyət xadimlərinə, yazıçı, bəstəkar, rəssam, aktyorlara,
əmək və müharibə veteranlarına, eləcə də əlamətdar tarixi gün-
lərə həsr olunmuş tədbirlər; ikincisi, ailədə dostlar, yaxın
adamlar və tanışlarla keçirilən ad günləri, yubiley şənlikləri. Bu
tədbirlərin forma, keçirilmə və qeyd edilmə şəraiti müxtəlif
olur: səsləndirilən fikirlər, rəylər, nitqlər öz ifadə tərzinə görə
bir-birindən fərqlənir. Öz dövrü üçün hadisə sayılan bir şəxsin
yubiley tədbirində neçə-neçə kollektivin nümayəndələrinin iş-
tirakı ilə keçirilən yığıncaqda müəssisə, ali məktəb rəhbəri özü,
əgər birinci şəxsə həsr olunmuşsa həmin müəssisə, təşkilat, fe-
derasiya və ya konfederasiyanın mötəbər şəxslərindən biri giriş
nitqi söyləyir, sonra əvvəlcədən müəyyənləşdirilmiş səlahiy-
yətli şəxslərə təbrik üçün söz verilir, çıxışlar olur, xatirələr söy-
lənilir, yubilyarın əmək fəaliyyətindən, şəxsi keyfiyyətləridən,
xalq və dövlət qarşısında gördüyü işlərdən bəlağətlə, haqlı
təriflərlə söz açılır. Belə tədbirlər zamanı çıxışlarda ciddilik qo-
94
runur, amma zarafatlara yol verilmir. Ailədə, dostlar, qohumlar
arasında keçirilən yubiley və ad günündə şənliyin səbəbkarı
haqqında ürək sözləri deyilir, onun mənəvi və iş keyfiyyətləri
qeyd edilir, ailədə mövqeyi və qayğıları xatırlanır. Bu tip təbrik
və çıxışlar daha səmimi olur, yada salınan hadisə və faktlar,
səbəbkarın xarakter cizgiləri incə yumorla, qanadlı sözlər, ob-
razlı ifadələrlə emosional tərzdə səsləndirilir. Şadlıq sarayla-
rında keçirilən toy mərasimlərində yaxşı seçilmiş masabəyinin
nitqi daha təsirli, canlı və xoşagələn olur. Masabəyi toy məcli-
sinin marağına rəğmən məzəli əhvalatlar söyləyir, gəlin, bəy və
onların yaxınları, eləcə də, ümumiyyətlə, ata, ana, gözəl qız,
qadın, məhəbbət haqqında bildiyi şeirləri, lətifələri özünə-
məxsus yumorla musiqi sədaları altında xüsusi ahənglə ucadan
səsləndirir. Şadlıq saraylarında söylənilən nitqlərdə dilimizin
bütün zənginlikləri, onun ifadəli dil vasitələri məclis əhlinin ru-
hunu oxşamağa yönəldilir. Dəfn mərasimlərində söylənilən
nitqlər həcmcə qısa və yığcam olur. Məişət nitqinin bu forma-
sında monoton ifadə tərzi insanları düşündürən həyat və ölüm
məsələlərinə, təskinedici və təsəlliverici sözlər və cümlələrlə
hüznlü, qəmli, təsirli şəkildə insanlara çatdırılır.
Natiqlik sənətinin digər sahələrindən dini natiqliyi (din xa-
dimlərinin moizə və xütbələri, "Quran"dan ayə və surələrin
oxunması, "Quran" tapşırma, ehsan və süfrə dualarının oxun-
ması, axund və mollaların imamların müsibətləri haqqında
çıxışları), bədii natiqliyi (bədii axşamlarda şair və yazıçıların
nitqləri; şair, yazıçı və bəstəkarlar haqqında mühazirə, məruzə
və çıxışlar), səhnə natiqliyi, ekran və efir natiqliyini qeyd et-
mək olar (12, səh.129).
Ekran natiqliyi kütləvi informasiya vasitələrindən olan
televiziya verilişlərinə aiddir. Yazılı və şifahi nitqin xüsusiy-
yətlərini özündə əks etdirən bu nitq monoloji və dialoji forma-
larda təzahür tapır. Televiziya verilişlərində nitqin məzmunu
təsvirlər və mətnlərlə tamaşaçılara canlı çatdırılır. Çoxmilyonlu
auditoriya üçün səsləndirilən bu nitq ədəbi dilimizin qay-
95
dalarına, xüsusən də onun orfoepik normalarına cavab verməli,
diksiya baxımından aydın və təbii, effektivlik baxımından isə
nümunəvi olmalıdır.
Sual və tapĢırıqlar:
1. İctimai-siyasi natiqlik hansı mövzularda öz ifadəsini tapır?
2. Son bir ildə ölkə prezidentinin hansı çıxışını televi-
ziyada dinləmisiniz və bu çıxış əsasında ictimai-siyasi nitqi ne-
cə xarakterizə edə bilərsiniz?
3. Diplomatik natiqliyi ictimai-siyasi natiqlikdən fərq-
ləndirən nədir?
4. Məhkəmə natiqliyində ittihamçının nitqi nələrə əsasla-
nır? Bəs müdafiə olunanın çıxışı? Haçansa məhkəmə iclasında
olmusunuz və ya haqqında eşitmisinizmi? Nələri qeyd etmək
istərdiniz?
5. Həqiqi hərbi xidmətə çağırılan gənclər qarşısında hərbi
komissarın çıxışı haqqında fikrinizi izah edin. O, nələri demə-
lidir?
6. Akademik natiqliyi sizə mühazirə oxuyan müəllimlərin
timsalında xarakterizə edin.
7. İctimai-məişət natiqliyin bir növünü imitasiya edin.
Nələrə yer vermək lazım olduğunu izah eməyə çalışın.
8. Fonetik-orfoqrafik norma hansı nitq üçün əsasdır?
9. Şifahi nitqdə, əsasən, hansı cümlə tiplərindən istifadə
olunur?
10. Cümlədə eyni köklü üzvlərin ardıcıl sıralanması nitq
baxımından nə qədər münasibdir? Misallar gətirin və fikrinizi
izah edin.
11. Ritorik suallardan hansı məqamlarda istifadə olunur?
12. Emosional nida və ədatlara aid nümunələr göstərin.
13. Dil, yoxsa nitq dəyişikliklərə çox məruz qalır? Son
iyirmi ildəki dil dəyişikliklərini xatırlayın.
ÇalıĢma. Aşağıdakı söz birləşmələrini cümlələrdə həm hə-
qiqi, həm də məcazi mənada işlədin: ağzına su almaq, yoldan