1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə35/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   31   32   33   34   35   36   37   38   ...   128

 

 

105 



olmalıdır.  Nitqin  məntiqliyi,  ardıcıllığı,  izahın  uyarlığı  fikrin 

aydın  ifadəsinə  köklənmişdir.  Dəqiq  söz  işlətmə  dilin  leksik 

sistemində  olan sözlərin semantik  mənasını, sinonimliyi,  çox-

mənalığı, terminləri, müxtəlif funksional üslubları və qramma-

tik formaları yaxşı bilməyi tələb edir. Dilin sinonimlik imkan-

larından  istifadə  edərək  lazım  olan  sözün  seçilib  işlədilməsi 

nitq  üçün  çox  vacibdir.  Dilimiz  respublikamızın  müstəqillik 

qazanması ilə, həqiqi mənada dövlət statusu almasından, bütün 

sahələrdə  qeyd-şərtsiz  tam  və  yeganə  ünsiyyət  vasitəsi  kimi 

hərtərəfli  işlənməyə  başlamasından  bəri  bədii,  elmi  və  publi-

sistik  yazıların,  mətbu  orqanların  dili  də,  radio-televiziya  ve-

rilişlərində, teatr tamaşalarında aktyor və diktorların, müəllim, 

şagird və tələbələrin nitqi də dəqiqləşmiş, düzgün işlədilməkdə 

sistem şəklini almışdır. 



NĠTQĠN AYDINLIĞI. Aydınlıq ifadə üsuludur, ifadə olu-

nan fikrin asan qavranılması üçün o, həmişə diqqət mərkəzində 

olur. Nitq üçün aydınlıq, səlislik və yığcamlıq yüksək qiymətlən-

dirilir.  Bunların  içərisində  aydınlıq  ən  vacib  üslubi  keyfiyyət 

kimi ön sırada durur. Nitqin düzgünlüyü fikrin aydın ifadəsinin 

ilkin şərti sayılır. İnsan ifadə edəcəyi mövzu haqqında mükəm-

məl məlumata malik olub onu dərindən və yaxşı bilirsə, müvafiq 

dil vasitələri hesabına nitqində sözçülüyə yol verməz, fikrini ma-

raqlı  qurar,  dolaşıq  cümlələrə  deyil,  sadə,  münasib  cümlələrlə 

deyəcəyi  faktları  ifadə  etməyi  bacarar.  Nitq  zamanı  aydınlığın 

pozulması bir sıra hallarla bağlıdır. Bura danışanın sözlərin mə-

nasını, işlənmə məqamlarını yaxşı bilməməsi, zəngin söz ehtiya-

tına  mükəmməl  yiyələnməməsi  daxildir.  Məsələn,  danışıqda 

belə cümlələr eşidirik: O, qapının zəngini çaldı. At ilxısında yax-

şı  atlar  vardı.  Sənə  müvəffəqiyyət  uğurları  arzulayıram.  Biz 

bunlara  müdaxilə  göstərməyə  çalışırıq  və  s.  "Aydın  nitq  aydın 

təfəkkürün,  düşüncənin  məhsuludur",  "Dili  dolaşıq  şəxsin  fikri 

də  dolaşıq  olur"  -  cümlələrinin  təsdiqinə  Ü.Hacıbəylinin  "O 

olmasın,  bu  olsun"  musiqili  komediyasında  Məşədi  İbadın  Rza 

bəyə  dediyi  bir  replikasında  aydın  görünür:  -  "A  kişi,  sən  elə 




 

 

106 



qəliz danışırsan ki, "Tarixi-Nadiri" yarıya qədər oxumuşam, mən 

başa  düşə  bilmirəm.  Bu  yazıqlar  haradan  başa  düşsünlər?  "Biz 

tələbələri ixtisaslarına aid idman ədəbiyyatını oxuyub öyrənmək-

lə,  izah  edib  misallar  gətirməklə  məhdudlaşmamağa  çağırırıq. 

Onlar siyasi, sosial, elmi, iqtisadi yenilikləri özündə əks etdirən, 

gündəlik  mətbu  orqanlarda  çap  olunan  publisistik  yazıları  da 

oxuyub təhlil etməli, biliklərini artırmağa xidmət edən bədii ədə-

biyyatla,  oçerklərlə,  həyatın  hər  sahəsinə  aid  müxtəlif  material-

larla  bir  vətəndaş  kimi  tanış  olmalıdırlar.  Nitqin  aydınlığı 

tələffüzlə  sıx  bağlıdır.  Dil  səsləri  öz  məxrəcində  deyilməsə, 

hecanın tələffüzdən düşməsi, normal intonasiyaya əməl olunma-

ması, bütün cümlələrin ya yüksək, ya da alçaq templə deyilməsi, 

idmanla  bağlı  çəki  dərəcələrinin  və  ya  rəqəmlərin  ardıcıl  və 

sürətlə sadalanması, bəzi hərflərin sözlərin sonunda buraxılması 

şəxsin savadı, dünyagörüşü, mütaliəsi ilə, söz ehtiyatının kəmiy-

yət  və  keyfiyyətcə  azlığının  nəticəsidir.  Sadalanan  nöqsanları 

aradan qaldırmaq üçün aşağıdakılar nəzərdə saxlanılmalıdır: 

1)  Nitqin  aydınlığına  nail  olmaq  üçün  danışılacaq  mövzu 

öncə ətraflı öyrənilməli, lazımi material hazırlanmalıdır. 

2)  Material  fikirdə  və  ya  yazılı  qeydlərdə  sistemləşdiril-

məlidir. 

3) Nəzərdə tutulmuş sübut, dəlil və ya faktları ifadə edəcək 

sözlər məntiqi vurğu hesabına aydın nəzərə çarpdırılmalıdır; 

4) Nitqin əsas hissəsindəki söz, ifadə və cümlələr aydın tə-

ləffüz  edilməli,  "bunun"  əvəzinə  "munun",  "gətirdi"  əvəzinə 

"gətdi",  "gəl  gedək"  əvəzinə  "gə  gedəy",  "ona  görə"  əvəzinə 

"oa gora", "nə üçün" əvəzinə "nöşün" və s. deyilməməlidir. 

5) Məzmuna uyğun intonasiya seçilməli, düzgün diksiya ilə 

ifadə  olunan  nitqin  başa  düşülməsinə  (Diksiyanın  pozulması 

sözlərin, ifadələrin başa  düşülməsini, fikrin anlaşılmasını çətin-

ləşdirir) cəhd göstərilməlidir. Çıxış edənlər (mühazirəçi, məruzə-

çi, lektor, diktor, müəllim və başqaları) səsini, nəfəsini idarəetmə 

bacarığını  təkmilləşdirməli,  diksiya  ilə  bağlı  şivə  qüsurlarını 

düzəltməlidir, yəni nitqin səs mədəniyyətinə yiyələnməlidirlər. 




 

 

107 



NĠTQĠN  TƏMĠZLĠYĠ.  Mədəni  nitqə  verilən  tələblərdən 

biri də onun təmizliyi hesab olunur. Ədəbi dilin qaydalarından 

kənara çıxmamaqla ifadə olunan nitq təmizdir. Nitqin təmizliyi 

digər  keyfiyyətlər  kimi  nitq  sahibinin  ümumi  mədəniyyəti, 

savadı və dil vahidlərindən istifadə bacarığı ilə düz mütənasib-

dir.  Nitqin  təmizliyinin  pozulmasının  bir  neçə  ümumi  səbəbi 

vardır: 

1.Nitqdə yerli dialekt və şivəyə məxsus dil vahidlərinə yer 

verilməsidir. Xalqın böyük hissəsi canlı danışıq dilində danışsa 

da, müəyyən qismi ya dialekt şəraitində yaşadığına görə, ya da 

uşaqlıq illərində ailəsinin, yaxud yaşayış  yerinin danışıq tərzi-

nin təsiri altında dialekt danışığına meylli olur. Onların danışı-

ğında əgər, asanlıqla, yenə, dərman, manat, şəkil, nə üçün, ola-

cağıq,  o  qədər,  lap  az,  sən  demə,  tamam,  qaldırmaq  əvəzinə 



əyərrəri,  hasannıxnan,  genə,  dərmən,  manıt,  Ģikil,  nöĢ, 

olacoux,  oxartanan,  cıqqana,  deməynən,  eyzan,  qalxızmağ 

kimi dialekt tələffüzlü sözlər işlənir. Dialektizmlərin ədəbi bə-

dii dildə işlədilməsinə yol verilir. Paytaxtdan uzaq bölgələrdən, 

xüsusən ucqar dağ kəndlərindən bəhs edən bədii əsərlərdə yerli 

koloriti  saxlamaq  xatirinə  yazıçı  dialekt  leksikasına  müəyyən 

qədər  yer  verir  və  təbiilik  üçün  belə  sözlərə  müraciət  edir. 

Bədii  əsərdə  yerli,  məhəlli  sözlərin  məqsədəuyğunluq  tələbinə 

görə obrazların nitqində işlədilməsi zəruridir. Dialektizmlər dil 

qanunları  əsasında  yaransa  da,  onların  hamısının  ədəbi  dili-

mizdə  işlənməsi  mümkün  deyildir.  Ədəbi  dil  seçmə  və  əvəz-

etmə  yolu  ilə  yarandığından  müxtəlif  bölgələrdəki  dialektizm-

lərin hamısı bura daxil ola bilməz. Dialekt sözləri bədii üslubda 

nə qədər zəruri sayılsa da, onlar elmi və publisistik üslublarda 

işlənmir,  nəsr  əsərlərində  yazıçının  öz  dilində,  təhkiyə  dilində 

yer alması da arzuolunmazdır. Nəzm əsərləri isə yüksək üslub-

da yazıldığından şairlər belə sözlərə bilərəkdən müraciət etmir-

lər.  Ümumiyyətlə,  dialekt,  şivə  sözləri  fikrin  hamı  tərəfindən 

asanlıqla  qavranılmasına  maneçilik  törədir.  Ədəbi  dildə  yazıb 

oxuyan,  dil  vasitələrinə  norma  kimi  yanaşan  oxucular  buna 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə