1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə43/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   39   40   41   42   43   44   45   46   ...   128

 

 

129 



Əlində güllü dəsmal, 

Qan-tərin silə-silə. 

Nar, nar, nar gilə

Gedəy, gedəy yar gilə. 

 

ç)  Qışın  bitməsi  və  Novruz  bayramının  gəlişi  ilə  bağlı 



mövsüm nəğmələri

 

Novruz gəlir, yaz gəlir, 



Nəğmə gəlir, saz gəlir. 

Bağçalarda gül olsun, 

Gül üstə bülbül olsun. 

 

d) Misraların əvvəlində və ya sonunda təkrar olunan nəqa-



rətli mahnılar

 

Hey yar əli, iynə taxdım divarə.  



Hey yar əli, elçi göndərdim yarə. 

Hey yar əli, elçi cavabsız oldi. 

Hey yar əli, özüm elçiyəm yarə.  

 *** 


Evləri köndələn yar, 

Əşrəfidən şanəsi var gəlünün. 

Bizə gül göndərən yar, 

Əşrəfidən şanəsi var gəlünün.  

*** 

Gülün yarpıza dönsün, 



Əşrəfidən şanəsi var gəlünün. 

Bizdən üz döndərən yar

Əşrəfidən şanəsi var gəlünün. 

 

e) Məzmunca qəmli, kədərli və həzin olan bayatılarda ay-



rılıq hissləri üstünlük təşkil edir: 

 

Mən aşiq, gedər qalmaz, 



Su axar gedər, qalmaz.  


 

 

130 



Bafalıya can qurban, 

Bibafa gedər, qalmaz. 

*** 

Aşiq, vətən yaxşıdı, 



Köynək kətan yaxşıdı. 

Qürbət cənnət olsa da 

Yenə vətən yaxşıdı. 

*** 


Bırdan bir atlı getdi, 

Atın oynatdı getdi. 

Gün kimi işıq saçdı, 

Ay kimi batdı getdi.  

*** 

Dağ başında quzu var



Ahu kimi gözü var.  

İki könül bir olsa, 

Kimin ona sözü var? 

*** 


Əzizim, dəyməmişəm, 

Baş yerə qoyməmişəm. 

Yarı gücnən ayıriblər,  

Mən onnan doyməmişəm. 

 

ə) Yas mərasimində ifa olunan ağılarda qəm, kədər hissləri 



üstünlük təşkil edir: 

Mən aşiq binə qaldi

El köçdü, binə qaldi.  

Bir-birimizi görmək, 

Qiyamət günə qaldi. 

*** 


Bir at mindim başı yox, 

Bir çay keçdim daşı yox, 

Bırda bir cavan ölüb, 

Bacısı, qardaşı yox. 




 

 

131 



f) Ana öz övladına olan məhəbbətini  onun beşiyi  başında 

oxuduğu laylalarda bildirir: 

 

Layla beşiyim, layla,  



Evim, eşiyim, layla. 

Sən get şirin yuxuya, 

Mən çəkim keşiyin, layla. 

Balam layla, a layla! 

Gülüm layla, a layla! 

           *** 

Layla dedim yatasan, 

Qızılgülə batasan. 

Qızılgülün içində, 

Şirin yuxu tapasan. 

           *** 

Balama can demişəm, 

Ağlama, can demişəm. 

Balam dil açan günə

Quzu qurban demişəm. 

 

g)  Ana  yuxudan  oyanan  körpə  uşağını  əzizləmək,  nazla-



maq məqsədilə oxşama-nazlama deyir: 

 

Tüstüsüz damlar,  



Sarı badamlar, 

Tənbəl adamlar, 

Bu balama qurban. 

        *** 

Mən çalım oyna, 

Qurban boyuna, 

El-oba gəlsin, 

Bir gün toyuna. 

        *** 

 



 

 

132 



Dağın maralı, 

Gözü qaralı, 

Dünyanın malı, 

Bu balama qurban. 

        *** 

Dağda darılar, 

Sünbülü sarılar, 

Qoca qarılar, 

Bu balama qurban. 

 

ğ) Tapmacalar insanın zehni qabiliyyətini, ağlının çevikli-



yini yoxlamaq məqsədilə yaradılır: 

 

Bir tabaq almaz



Sabaha qalmaz (Ulduz). 

Üstü zəmi biçərlər, 

Altı bulaq içərlər (Qoyun). 

 

h)  Atalar  sözləri  xalqımızın  həyatda  sınanmış,  müdrik  və 



nəsihətli  fikirlərindən  ibarət  olur  və  böyük  əxlaqi-tərbiyəvi 

əhəmiyyət daşıyır. Daha çox məcazi mənada işlənən atalar söz-

lərinin  xüsusiyyəti  hikmətli  və  nəsihətli  olmasıdır:  Tək  əldən 

səs çıxmaz; El gözü tərəzidir; Yüz ölç, bir biç; Dövlətdə dəvə, 

övladda nəvə. 

Yığcamlığına  və  hikmətli  məzmununa  görə  atalar  söz-

lərindən fərqlənən məsəllər (zərb-məsəllər) müəyyən hadisə ilə 

bağlı  olur,  müstəqil  işlənə  bilmir,  məzmunu  müəyyən  iza-

hatdan sonra aydınlaşır.  

x) Molla Nəsrəddin lətifələri ilə bağlı olanlar: 

Sən çaldın; Qələt  yağ küpəsindədir;  Zülmətdə bir daş var, 

götürən də peşmandır, götürməyən də. 

ı) “Koroğlu” dastanı ilə bağlı: 

Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu. 

i) Ü.Hacıbəylinin operettaları üzrə: 

O olmasın, bu olsun; Heç hənanın yeridir? 




 

 

133 



j) Bunlardan başqa müəllifi bəlli olmayan atalar sözləri də 

vardır: 


Doyan o rəhmətlik kimi olar; Mıxı mismara döndərən var; 

Karın  könlündəki;  Bir  gül  ilə  bahar  olmaz;  Dağ  dağa  qo-

vuşmaz, insan insana qovuşar; Balığı at dəryaya, balıq bilməsə 

də, xaliq biləcək.  

Epik növdə olan əfsanələr xalqımızın tarixini, dünyagörü-

şünü, xəyal  və arzularını özündə əks etdirir. “Pərvanə və od”, 

“Turac”,  “Hut-hut  quşu”,  “Yusif  –  Nəsib  quşu”,  “Daş  gəlin”, 

“Gəlin qayası”, “Kəklik”, “Şirin qala” ən məşhur əfsanələrdir.  

Şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və daha 

çox  yayılmış  janrı  nağıllardır.  Nağıllarda  xalqın  həyatı  və 

məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. 

Nağıllarda  haqqın  haqsızlıqla,  xeyirin  şərlə  mübarizəsinin 

təsviri əsas  yer tutur. Mövzusuna və məzmununa görə nağıllar 

əfsanəvi (sehrli) və realist nağıllara bölünür. Sehirli nağıllarda 

uçan  xalça,  sehirli  papaq,  sehirli  tütək,  divlər,  yeddibaşlı 

əjdahalar, əfsanəvi quşlar (Zümrüd quşu) və s. iştirak edir. Belə 

nağıllara “Məlikməmməd”, “Sehirli üzük”, “Uçan xalça”, “Ax-

vax”, “Ağ atlı oğlan”, “Cırtdan” və s. daxildir. Belə nağıllarda 

xalçalar uçur, heyvanlar dil açıb danışır, qəhrəmanlar divlər və 

əjdahalarla vuruşur, simurq quşları, göyərçinlər, sehirli üzüklər 

qəhrəmanlara  kömək  olur,  alma  qocaları  cavanlaşdırır  və  s. 

Sehirli nağıllardakı cadu, tilsim, əfsun dini, mövhumi xarakter 

daşımır, nağılın  sonunda xeyir qüvvələr şər qüvvələr üzərində 

qələbə çalır, beləliklə də haqq, ədalət qalib gəlir.  

Realist nağılları sehrli nağıllardan fərqləndirən cəhət onla-

rın  real  ictimai  həyatla,  xalqın  məişəti  ilə  bağlı  olmasındadır. 

“Saleh və Valeh”, “Daşdəmirin nağılı”, “Göygöz kosa”, “Usta 

Abdulla”, “Nuşpəri xanım”, “Dərzi şagirdi Əhməd”, “Gülnar” 

və s. kimi nağıllarda xalqın içərisindən çıxmış zəhmət adamları 

–  naxırçılar,  keçəllər,  kosalar,  çobanlar,  muzdurlar,  ağıllı, 

fərasətli  qadınlar  xalq  mənafeyini  müdafiə  edir,  zülmkarlara 

qarşı mübarizə aparır və qalib gəlirlər.  




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə