1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə46/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   42   43   44   45   46   47   48   49   ...   128

 

 

140 



daxilində  məzmunla  bağlı  bir-birini  əvəzləyir.  Bu  nitq  növü 

mühazirə,  məruzə,  çıxıĢ,  məqalə,  məktub,  məlumat  və  s. 

şəkillərində  təzahür  tapır.  Monoloji  nitq  müxtəlif  məqsəd  və 

məzmunda  olur.  Burada  danışma,  dinləmə,  oxuma  proses-

lərində məlumat vermə, inandırma, öyrətmə, təbiət və cəmiyyət 

hadisələri  haqqında  nəzəri,  elmi  bilikləri  çatdırma,  insanın 

daxili hiss və həyacanını ifadə etmə və s. kimi hallar öz əksini 

tapır.  Bu  zaman  danışan  şəxs  öz  elmi,  nəzəri,  faktiki  düşün-

cələrini  də,  mənimsədiyi  məsələləri,  həyat  təcrübəsi  əsasında 

gəldiyi  nəticələri  də  şərh  və  ya  izah  edir.  Deməli,  şəxsin  fikir 

və  mülahizələri  özünün  fərdi  düşüncələrinin,  təfəkkürünün 

məhsulu da ola bilər, özünə qədər deyilmiş və ya yazılmışların, 

onun tərəfindən özünəməxsus tərzdə səsləndirilməsi aktı da ola 

bilər.  Bu  baxımdan  monoloji  nitqini  quran  şəxs  özünün  hansı 

missiyanı  yerinə  yetirdiyini,  hansı  vəzifə  danışdığını  nəzərə 

almaqla  kimə,  ya  kimlərə  ünvanlayacağını,  harada  çıxış 

edəcəyini  və  nitqinə  nə  qədər  vaxt  ayrıldığını  bilməlidir.  O, 

ifadə edəcəyi fikrin, mövzunun həcmi və xarakterini müəyyən-

ləşdirməli,  müraciət  forması  və  dil  materialını  götür-qoy  et-

məli, seçməli, dinləyicilərin səviyyəsini, eləcə də danışacağının 

onlara  necə  təsir  edəcəyini  təsəvvüründə  canlandırmalı,  din-

ləyicilərin reaksiyasına özünü hazırlamalıdır.  

Monoloji nitq danışandan yüksək nitq mədəniyyəti, rabitəli 

və  rəvan  danışıq  qabiliyyəti  tələb  edir.  Təlim-tədris  müəssisə-

lərində monoloji nitqin öyrənilməsində hər hansı bir mövzunun 

və ya mətnin nəql edilməsi xüsusi əhəmiyyət daşıyır, biliklərin 

möhkəmləndirilməsində  ilkin  mərhələdir.  Mətnin  oxunması, 

ardınca  mövzu  üzrə  sual-cavab  aparılması,  sonra  danışılması 

onun  mənimsənilməsini  başa  çatdırır.  Mövzunun  belə  öyrədil-

məsi  onun  uzun  müddət  və  ya  həmişəlik  yadda  qalmasına 

zəmin yaradır.  

Şifahi monoloji nitqin bir forması da spontan, yəni xüsusi 

hazırlıq olmadan, bədahətən söylənilən nitqdir. Danışıqda im-

provizasiya  kimi  xatırlanan  belə  tez,  sürətli,  qabaqcadan 



 

 

141 



düşünülməmiş nitqə ekspromt da deyilir. Ekspromt nitq əvvəl-

cədən  planlaşdırılmadığından  çoxları  üçün  çətindir.  Ani  vaxt 

ərzində, elə danışıq məqamında öz fikrini cəmləşdirib nədən və 

necə  danışacağını,  öz  mülahizə  və  fikirlərini  hansı  tərzdə 

çatdıracağını  hər  adam  bacarmır.  Spontan  nitqdə  danışanın 

həyat  təcrübəsi,  dünyagörüşü,  zəngin  müşahidələri,  müəyyən 

hadisə  və  məsələlərə  bələdliyi  böyük  rol  oynayır.  Belə  şəxs 

istənilən  şəraitdə  öz  fikrini  toplamağı,  ona  münasib  söz,  ifadə 

tapmağı, nitqini düzgün və dəqiq cümlələrlə çatdırmağı bacarır.  

 

Monoloji  nitq  bədii  əsərlərdə  janr  müxtəlifliyi  nəzərə 



alınmaqla məişət danışığından fərqlənir. Monoloji nitqin nəql-

etmə,  təsviri,  məlumatverici,  daxili,  inandırma  və  təbliği 

növləri  vardır.  Dram  əsərlərindəki  monoloji  nitqdə  əksər  hal-

larda  danışan  şəxs  öz  həyatını,  daxili  aləmini,  həyata  və 

hadisələrə  baxışını  ifadə  edir.  N.Vəzirovun  “Yağışdan  çıxdıq, 

yağmura düşdük” komediyasında Cəvahir xanımın, “Müsibəti-

Fəxrəddin”  faciəsində  Fəxrəddin  bəy  və  Səadət  xanımın, 

Ə.Haqverdiyevin  “Bəxtsiz  cavan”  faciəsində  Rüstəm  bəyin, 

C.Məmmədquluzadənin  “Ölülər”  pyesində  Şeyx  Nəsrullah  və 

kefli İsgəndərin, S.Vurğunun “Vaqif” dramında Vaqifin mono-

loqları məşhurdur.  



 

Sual və tapĢırıqlar: 

1. Yazılı nitqdə şifahi nitq ünsürlərini əvəz edən vasitələr 

hansılardır? 

2. Monoloji nitq özünü hansı formalarda göstərir? 

3. Monoloji nitqin yazılı forması ilə şifahi forması arasında 

hansı fərqlər vardır? 

4.  Monoloji  nitq  nədir,  onun  əsas  keyfiyyəti  nədən 

ibarətdir?  

5. Monoloji nitqin hansı növləri vardır? 

ÇalıĢma.  Mətnləri  oxuyun,  onların  monoloji,  yaxud  da 

dialoji nitqə aid olduğunu yazın.  

a) Yenə o bağ olaydı, yenə yığışaraq siz 



 

 

142 



O bağa köçəydiniz. 

Biz də muradımızca fələkdən kam alaydıq, 

Sizə qonşu olaydıq. 

Yenə o bağ olaydı, səni tez-tez görəydim,  

Qələmə söz verəydim. 

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham.... 

Yazaydım səhər-axşam. 

Arzuya bax, sevgilim, tellərindən incəmi? 

Söylə, ürəyincəmi? 

*** 


Yenə o bağ olaydı, yenə sizə gələydik, 

Danışaydıq, güləydik. 

Ürkək baxışlarınla ruhumu dindirəydin, 

Məni sevindirəydin.  

Gizli söhbət açaydın ruhun ehtiyacından, 

Qardaşından, bacından. 

Çəkinərək çox zaman söhbəti dəyişəydin

Mənimlə əyişəydin. 

Yenə də bir vuraydı qəlbimiz gizli-gizli

Sən ey əsmər bənizli! (M.Müşfiq.“Yenə o bağ olaydı”) 

 

b)  Qəzənfərin  səsi:  Axır  bir  gün  mən  olmayacağam.  Bax 



sənə  bircə  əmanətim  bu  uşaqlardır.  Ömür  vəfa  eləsə,  hamısını 

özüm böyüdüb başa çatdıracam. Yox, işdi....onda, bax, bunları 

sənə tapşırıram. Demirəm ki, hamısına ali təhsil ver. Demirəm, 

hamısını doktor elə, inciner elə, alim elə. Yox, kim olurlar – ol-

sunlar,  alim,  fəhlə,  həkim.  Amma  adam  olsunlar,  yaxşı  adam 

olsunlar.  Sonra,  Həmidə,  bir  gün  gələcək,  hamısı  böyüyəcək, 

boya-başa  çatacaq  və  yuvasını  tərk  eləyən  quşlar  kimi  bir-bir 

uçub gedəcəklər. Bax, onda onlara vəfasız demə ha! Onu bil ki, 

hara  getsələr,  hansı  ailəyə  düşsələr,  səndən  də,  məndən  də  nə 

isə  aparacaqlar.  Necə  ki,  biz  də  bir-birimizlə  görüşəndə  hərə-

miz  öz  ata-babalarımızdan  nə  isə  bir  şey  gətirmişdik.  De-

yəcəksən, Qəzənfər yenə də filosofluq eləyir. Amma bax, mən 

belə  fikirləşirəm.  Adamlar  hamısı  nəsildən-nəslə  bir-birinə  bir 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə