1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə45/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   41   42   43   44   45   46   47   48   ...   128

 

 

137 



na)  “Məhşər”  romanı  üzərində  dəfələrlə  işləmişlər,  əsərlərin 

birinci  və  son  variantları  mövcuddur.  3.Şifahi  nitqdə  fikrin 

ekspressivliyinin təminatında ritmik-melodik fasilələr (pauza) və 

intonasiya  xüsusi  əhəmiyyət  daşıyır.  Yazılı  nitqdə  isə  bu 

missiyanı  durğu  işarələri  öz  üzərinə  götürür,  nitqin  düzgün, 

dəqiq və təsirli dərk olunmasına kömək göstərir. 4. Şifahi nitqdə 

danışıq üzvləri, xüsusən dil fəaldır, yazılı nitqdə isə əl və gözlər 

yazının formalaşmasına  nəzarət  edir. Doğrudur, indi korlara da 

yazmaq və oxumaq üçün xüsusi əlifba vardır.  

 

Sual və tapĢırıqlar: 

1.  Nitqin  ədəbi  dil  normalarına  uyğunluğunu  necə  başa 

düşürsünüz? 

2. Yazılı nitq mədəniyyəti nə deməkdir? 

3.  Şifahi  və  yazılı  ədəbiyyatın  hansı  cəhətləri  onları  fərq-

ləndirir? 

4. İnsanlar öz fikirlərini hansı vasitələrlə çatdırırlar? 

5. Nitqi fərdi, yoxsa ümumi hadisə adlandırmaq olar? 

6. Nitqin ən çox hansı növlərindən istifadə edirsiniz? 

7. Şifahi  və  yazılı  nitqdə fəal  olan bədən üzvlərinin adını 

deyin və fikrinizi əsaslandırın.  

8. Şifahi nitq hansı vasitələrlə təmin edilir? 

9.  Şifahi  və  yazılı  nitqin  xüsusiyyətlərini  ayrı-ayrılıqda 

söyləyin.  



ÇalıĢma. Mətni oxuyun, şifahi və yazılı nitqə aid ola bilən 

cümlələri  və  sözləri  müəyyənləşdirin,  onların  arasındakı  fərqi 

göstərin: 

Onlar  Məmmədin  bərabərinə  çatanda  Baran  üzünü  Məm-

mədə tutub dedi: 

- Ə, Mamed, kefin necədi, yaxşıdı? 

-Kefimə  nə  olubdu  ki?!  Şükür!  Bu  gün  lap  yaxşıdı!  Eşit-

məmisən,  bizimkilər  başlayıblar  yavaş-yavaş  düşmənlərimizin 

burnunu əzməyə..... – deyə Məmməd cavab verdi.  

- Kim deyirdi ə? 




 

 

138 



- Kim deyəcək, sənin dədən – Qulaq! 

Baran Məmmədə tərəf dartındı, Məmi Quloğlu onu saxladı: 

-Gəl gedək, ə, hər qor-qoduğa baş qoşma! 

-Görmürsən, dədəmə “Qulaq” deyir, köpək oğlu... Dədəmə 

Qulaq deyənin ağzını cırram... 

Quloğlu  Baranı  özünə  tərəf  dartanda  ayağı  püştədə  diş-

lənmək  üçün  qoyulmuş  dəyirman  daşına  ilişdi  və  o,  ağzı  üsdə 

yıxıldı.....Baran onun əlindən çıxıb Məmmədə hücum çəkdi və 

ona  bir  şapalaq  ilişdirdi,  Məmmədin  yumruğu  vurmağı  ilə 

Baranın yerə sərilməyi bir oldu. Məmi Quloğlu yerindən qalxıb 

Məmmədin üstünə cumdu. Məmməd tez qaçıb dəyirmana girdi 

və  qapını  arxadan  bağladı,  sonra  dəyirmanın  qapısının  üstün-

dəki  balaca  pəncərədən  Baranla  Məminin  üst-başlarının  toz-

torpağını  çırpa-çırpa  yola  düzəldiklərinə  tamaşa  etməyə 

başladı. Baran bir az gedib dayandı, arxaya çevrilib sağ  əlinin 

şəhadət barmağını havada Məmmədə tərəf silkələyərək dedi: 

-

 

Köpək  oğlu,  bir  dayan,  gör  sənin  başına  nə  oyun  aça-



cağam?! 

Məmməd  daha  cavab  vermədi.  Onlar  uzaqlaşdılar.  Məmi 

Baranı darta-darta aparırdı. Onlar gözdən itənə qədər Məmməd 

arxadan  baxdı  (Şamil  Zaman.  Qarabağları  tərənnüm  edirəm. 

Bakı, 2007, səh. 128-129). 

 ÇalıĢma.  Qrupunuzda  aparılan  milli-vətənpərvərlik  işləri 

haqqında hesabat yazın. Əvvəlcə hesabata verilən tələbləri və 

hesabatın formasını qeyd edin.  



 

 

Monoloji və dialoji nitq 

 

Şifahi nitqin iki forması vardır: monoloji nitq və dialoji nitq.  



Danışıq səsi formasında özünü göstərən monoloji nitq son 

dərəcə  fəal  və  sərbəst  şifahi  nitq  növüdür.  Monoloji  nitq  iki 

formada  –  şifahi  və  yazılı  şəkildə  öz  ifadəsini  tapır.  Şifahi 

monoloji  nitq  yazılı  monoloji  nitqdən  əvvəl  uzun  əsrlərlə 




 

 

139 



fəaliyyət  göstərib,  öz  dövrünün  natiqləri  tərəfindən  nümunələr 

kimi eşidilib, insanlara ya informasiya verib, ya da onlara həyat 

hadisələrinin  mahiyyətini  izah  edib,  onları  sözün  qüdrəti  ilə 

inandırıb, nəyəsə təşviq edib, haraylayıbdır.  

Şifahi monoloji nitq, əsasən qısa, yığcam və konkret, yazılı 

monoloji nitq isə həcminə görə geniş və böyükdür. Yazılı mo-

noloji nitq yazıçının, şairin, alimin, publisistin kitabları şəklin-

də meydana gəlir. “Sirlər xəzinəsi” Nizaminin, “Leyli və Məc-

nun”  Füzulinin,  “Hekayəti-mərdi-xəsis  və  yaxud  Hacı  Qara” 

M.F.Axundzadənin,  “Ölülər”  C.Məmmədquluzadənin,  “Ay-

gün” S.Vurğunun, “Böyük dayaq” M.İbrahimovun, “Bir gəncin 

manifesti”  M.Cəlalın  monoloqudur,  yəni  bu  əsərlərin  hər  biri 

bir sənətkar tərəfindən yazılmışdır. Lakin bu əsərlərdə istənilən 

qədər monoloq da var, dialoq da. Həmin monoloq və dialoqlar 

əsərlərdə ayrı-ayrı personajların dilində səsləndirilir. Nitq üçün 

monoloji  və  dialoji  formalar  səciyyəvidir.  Bu  anlayışlar  mo-

noloq və dialoq sözlərindəndir.  

Monoloq  sözü  mənşəcə  latın  dilinə  məxsusdur,  mono  – 

bir,  loqos  –  nitq,  nəzəriyyə,  elm  sözləri  mənasındadır,  “bir 

şəxsin  nitqi”  deməkdir.  Nəzm  və  nəsr  əsərlərində  müəllifin 

danışığı təhkiyə formasında, söylədiyi nitq isə monoloq forma-

sındadır.  Monoloq  səhnə  əsərlərində  surətlərdən  birinin,  çox 

vaxt baş qəhrəmanın dilindən verilir, onun öz-özünə, tək danı-

şığı və ya kimə, kimlərəsə, aktyorun tamaşaçılara xitabən söy-

lədiyi qismən uzun müddətli nitq monoloq adlanır.  



Monoloji  nitqdə  bir  nəfər  danışır,  başqaları  onu  dinləyir-

lər.  Monoloji  nitq  dinləyicilərlə  ünsiyyət  formasıdır.  Bu  nitq 

dinlənilir,  eşidilir,  həzz  mənbəyinə  çevrilir,  dinləyənlər  və  ya-

zılı formada oxuyanlar düşünür, nəticə çıxarırlar. Bu nitq daha 

çox ailədə, məişətdə, elm və təhsil ocaqlarında, məhkəmə icla-

slarında işlədilir. Monoloji nitq hər hansı bir müəyyən məsələ, 

fikir,  ideya,  xəbər  və  s.  haqqında  bir  nəfərin  rabitəli,  ardıcıl, 

qismən  geniş  məlumatıdır.  Bu  nitqdə  fasilə  (pauza),  ritm, 

ahəng,  temp,  intensivlik,  ton  danışanın  istəyi  və  bacarığı 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə