1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə41/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   37   38   39   40   41   42   43   44   ...   128

 

 

123 



6. Bədii nitqdə hansı cəhətlər üstünlük təşkil edir? 

7.  Nitqdə  eyni  dil  ünsürlərinin  təkrarlanması,  eyni  cümlə 

konstruksiyalarının və formalarının ardıcıl verilməsi nitqi zən-

ginləşdirirmi? Misallar gətirməklə fikrinizi izah edin. 

8.  Bədiilik  nədir?  Bədiilik  hansı  üslub  və  hansı  əsərlər 

üçün səciyyəvidir? 

9. Nitqin ahəngdarlığı dedikdə nə başa düşülür? 

10. İfadəliyi gücləndirən vasitələr hansılardır? 



ÇalıĢma. Verilmiş dialekt sözlərinin mənasını izah edin və 

ədəbi dildəki qarşılığını verin: 

ciyi, becid, ələrdan, deşdəbəkur, dənab, düşgü, hancarı, kə-

bə, məkə, nimdər, məhrəba, qəməlti, qarqundey, qəlbi, qəmbər, 

peyğəmbəri, təlis, zir, yelpənək. 

ÇalıĢma.  Verilmiş  frazeoloji  birləşmələri  cümlələrdə  iş-

lədin: ağzına su  almaq; dil-dil ötmək; dilotu  yemək;  bürnünün 

ucu göynəmək; can vermək; üz vermək; üz ağartmaq: əl-ayağı 

işdən  soyumaq;  ürəyi  düşmək;  mənəm-mənəm  demək;  gözü 

ayağının  altını  görməmək;  ürəyi  dağa  dönmək;  çiçəyi  çırtla-

maq;  bir  göz  qırpımında;  aydan  arı,  sudan  duru;  qılığına  gir-

mək; qəlbinə yol tapmaq; tükləri biz-biz olmaq. 

ÇalıĢma.  Mətn  parçalarını  oxuyun,  intonasiya  növlərini 

göstərin.  Durğu  işarələrinin  nəyin  hesabına  qoyulduğunu  izah 

edin: 

Vüqarı  dəhşət  bürüdü.  Professorla  stəkan-stəkana  vurub 



şərab içsin?! Bu necə ola bilər?.. Bəlkə professor onu sınayır, 

qanacağını  öyrənir?  (V.Babanlı.  Vicdan  susanda.  Bakı,  1978, 

səh.10)  

İndi  mən  bu  ağzından  süd  iyi  gələn  cavandan  qorxaca-

ğam?! (Durub ayağa). Bir at  görməmiş, tüfəng  əlinə almamış, 

övrət  sifətdə  uşaqdan  çəkinəcəyəm?  Mən,  mən  Rüstəmi-zə-

manə? (N.Vəzirov. Əsərləri.Bakı, 1977, səh.131). 

 

Yaz günü, səhərin oğlan çağında, 



Muğan düzlərindən keçdinmi atla? 


 

 

124 



Min turac ötdükcə ellər bağında 

Göylərə uçdunmu sən o qanadla?  (S.Vurğun) 



 

ÇalıĢma.  Frazeoloji  birləşmələri  tapıb  onların  ümumişlək 

sözlərə uyğun qarşılığını göstərin:  

Gözüm bir alagöz xanıma düşdü, Sındı qol-qanadım yanı-

ma düşdü. (A.Ələsgər); Mənim ürəyim  yumşaqdır. Hicran qə-

mini çəkib, sənin halına yanır; Bilirsən ki, hər nə vardı, hamısı 

əldən getdi; O, xırda oğurluqla məşğul olmur, həmişə qaz vu-

rub qazan doldurmağa çalışır; Üz vermə nadana, sirr vermə pi-

sə;  Sənin  ona  əl  qaldırmağa  ixtiyarın  yoxdur;  Söz  vermişəm, 

yalan gəlməz dilimə. 

ÇalıĢma.  Frazeoloji  birləşmələrə  uyğun  gələn  ümumişlək 

sözləri tapıb qarşı-qarşıya yazın: 

a) üzü gülmək; əl altından; yada salmaq; yola düşmək; əl-

dən  düşmək;  dabanına  tüpürmək;  ürəyi  ağzına  gəlmək;  ağzına 

su  almaq;  dilotu  yemək;  başa  düşmək;  göz  verib,  işıq  vermə-

mək; yola salmaq; 

b) qorxmaq, qaçmaq, susmaq, yorulmaq, çox danışmaq, get-

mək, anlamaq, xatırlamaq, ötürmək, gizli, sevinmək, incitmək. 



ÇalıĢma.  Səslənməsinə  və  yazılışına  görə  eyni  olan,  mə-

naları  arasında heç bir  əlaqə olmayan omonim  sözlərin məna-

larını tapın, hansı nitq hissələrinə aid olduğunu qarşısında gös-

tərin: axmaq, divan, dava, əlli, alıcı, düz, başlıq. 



ÇalıĢma.  İsimlə  felin  kökünü  omonim  saymaq  olarmı? 

Fikrinizi  əsaslandırın:  bit-bitmək,  az-azmaq,  çat-çatmaq,  yol-

yolmaq,  saç-saçmaq,  tut-tutmaq,  sol-solmaq,  sağ-sağmaq,  üz-

üzmək,  qırx-qırxmaq,  ağrı-ağrımaq,  gül-gülmək,  yay-yaymaq, 

say-saymaq,  qız-qızmaq,  yaz-yazmaq,  aş-aşmaq,  qır-qırmaq, 

inci-incimək. 



ÇalıĢma.  İndiyə  qədər  gördüyünüz  afişaları  xatırlayaraq 

bir konsert afiĢası tərtib edin. 



ÇalıĢma.  Elan  ilə  bildiriĢ  arasında  fərq  varmı?  Bir  bil-

diriĢ yazın. 


 

 

125 



 

 

NĠTQĠN NÖVLƏRĠ 

 

Dilin mövcudluq forması olan nitq fəaliyyəti danışma, din-



ləmə, yazı və oxu proseslərini birləşdirir. Buna görə də nitq da-

ha çox şifahi və yazılı, monoloji və dialoji, zahiri və daxili (lal) 

növlərinə bölünür.  

 

 

ġifahi nitq 

 

Xalq  danışıq  dilinin  cilalanmış  forması  olan  şifahi  ədəbi 



dil  ciddi  fonetik,  leksik,  morfoloji  və  sintaktik  normalar  əsa-

sında  təzahür  edir.  Bu  normalarla  dialektlərdən  və  danışıq  di-

lindən  fərqlənən  ədəbi  dilin  şifahi  forması  qədim  dövrlərdən, 

hələ  əlifba və  yazı  meydana gəlməmişdən  xalq  yaradıcılıq dili 

kimi  insanlar  arasında  holavarlar,  sayaçı  sözləri,  ağılar,  atalar 

sözləri,  zərb-məsəllər,  qaravəlli,  tapmaca,  nağıllar,  bayatılar, 

mahnılar, xalq oyun-tamaşaları şəklində  yayılmışdır. Bugünkü 

şifahi ədəbi dil ali və orta məktəb müəllimlərinin, səhnədə ak-

tyorların, söz ustalarının, radio və televiziya verilişlərində dik-

torların, aparıcıların, müəyyən məsələlərlə ekrana çıxan jurna-

listlərin, şair və yazıçıların, ümumiyyətlə, həqiqi mənada ziya-

lıların dilidir ki, daima forma və məzmunca, intonasiya qayda-

larına uyğun olaraq səlisləşir və zənginləşir. Şifahi nitqi xarak-

terizə edən başlıca cəhət onun eşidilməsidir. Bu nitq danışılan, 

söylənilən,  səslənən  nitqdir.  O,  əl-qol,  bədən  hərəkətləri,  üz, 

göz,  qaş,  dodaq-mimika  hərəkətləri  və  səsin  ahəngi  ilə  müşa-

yiət  olunur,  başqa  cür  desək,  şifahi  nitqdə  danışan  intonasiya-

dan (avaz, vurğu, fasilə, ritm, temp, intensivlik və s.), mimika, 

pantomim  elementlərindən  və  jestikulyasiyadan  istifadə  edə 

bilir. Şifahi nitqin ayrılmaz hissəsi olan səsin ahəngi və bədən 

üzvlərinin  hərəkətləri  söylənilən  fikri  müxtəlif  çalarda  çat-



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə