1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə49/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   45   46   47   48   49   50   51   52   ...   128

 

 

149 



yer, yaxınlıq, dostluq münasibəti, harada kimin və ya kimlərin 

qarşısında söz deməsi kimi məsələlər çıxışın ahənginə, tonuna 

ciddi  təsir  göstərir.  Natiq  qəmli,  kədərli  hadisələrdən  kəsik-

kəsik, fasilələrlə danışır, sözlərində, cümlələrində ləngiyir, am-

ma  təntənəli,  bayram  görüşlərində,  ad  günləri  və  yubileylərdə 

sürətli  ritmlə  danışır,  bəlağətli  və  fəsahətli  çıxışı  ilə  məclisi 

şənləndirir,  adamlarda  yaxşı  əhval-ruhiyyə,  xoş  ovqat  yarat-

mağa çalışır. Üç hissədən – giriĢ, əsas hissə və sonluqdan iba-

rət çıxış o vaxt razılıqla qarşılanır ki, natiq özündən əvvəl çıxış 

edənlərin  dediklərini  təkrarlamadan,  dilin  fonetik,  leksik  va-

sitələrindən  qrammatik  normalar  daxilində  fikrini  orijinal 

şəkildə ifadə edə bilir.  

Çıxış  kiçik  vaxt  kəsiyində,  2-3  dəqiqə  ərzində,  adətən, 

plansız, konspektsiz söylənilir. Lakin elmi konfranslarda hansı-

sa fakta, cədvəl, düstur və rəqəmlərə ehtiyac olarsa, çıxış edən 

şərh  edəcəyi  məsələni  müəyyən  plan  üzrə  qeydlər  əsasında 

apara bilər.  

Natiq üçün əsas keyfiyyət onun yaddaĢıdır. Yaddaşı güclü 

olan savadlı adamın həmişə deməyə sözü olur, çıxışını maraqlı 

qurur, faktlardan  yerli-yerində, məqamında istifadə etməyi  ba-

carır.  Açıq  havada,  izdihamlı  kütlə  qarşısında  və  ya  böyük 

auditoriyada  canlı  təmas  şəraitində  çıxış  edənlər  yeri  gəldikcə 

əl-qol  hərəkətlərindən,  mimikadan  da  faydalana  bilir.  İfadəli 

hərəkətlər sözlə ifadə olunan mənanı nəzərə çatdırarkən məna-

ya ekspressivlik verir, nitqi daha təsirli edir.  

Mimika  yunanca  “təqlid”  mənasında  olub  üz  hərəkətləri 

anlamında işlənir. Danışıq zamanı bədən hərəkətləri – qaşı oy-

natmaq  (təəcüb,  maraq  anlamında),  göz  vurmaq  (öz  aramızda, 

razılıq), başı aşağı salmaq və ya yuxarı qaldırmaq (razılıq və ya 

narazılıq),  şəhadət  barmağı  silkələmək  (hədə-qorxu),  üz-gözü 

turşutmaq  (narazılıq),  əlini  boğazına  aparmaq  (yalvarmaq), 

əlini  sinəsinə  və  gözünün  üstünə  qoymaq  (razılıq)  və  s.  mü-

əyyən  mənaya  sözün  iştirakı  olmadan  əlavə  çalar  verir.  Belə 

mimika və jestikulyasiya söylənilən fikrə uyğun olmalıdır. Da-



 

 

150 



nışanın əl-qol hərəkətlərindən istifadə etməsi, üz, qaş hərəkət-

lərini icra etməsi, dodaqlarını çeynəməsi, göz eləməsi, dodağını 

dişləməsi, ağzını marçıldatması (şirin və ya turş, acı nəyəsə işa-

rə etməsi) və s. şifahi nitqdə əlavə emosiya, təsir vasitəsidir və 

məqamında şəraitdən asılı olaraq müsbət  sayılsa  da, ciddi mə-

sələlər barədə danışarkən bunlar yol verilməzdir. Siserona görə 

“səsin,  nəfəsin,  bədən  üzvlərinin,  nəhayət,  dilin  məşqi  üçün 

zəhmət  çəkib  öz  üzərində  yorulmadan  işləmək-məşq  etmək 

lazımdır. Yumşaq səs, üzün təvazökar görünüşü, ruhu oxşayan 

nitq natiqin dadına çatır. Natiq qəzəbli məqamlarda gərgin səs-

lə,  sakit  axında  yumşaq  səslə,  tərəddüd  göstərəndə  ona  uyğun 

intonasiya  ilə  öz  fikrini  ifadə  etməyi  bacarmalıdır  (K.Əliyev. 

Natiqlik sənəti, Bakı, 1994, səh. 51). 

Monoloji  nitqdə  ifadəli  hərəkətlərdə  müəyyən  ölçü  gözlə-

nilməli, lüzumsuz mimika və jestlərdən istifadə olunmamalıdır. 

Ekran və efir şəraitində natiq mimika və jestlərdən deyil, fone-

tik normalar daxilində intonasiya vasitələrindən istifadə etmək-

lə öz çıxışının təsirli olması qayğısına qalmalıdır. O, çıxışların-

da  ədəbi  dilin  gözəlliyini  nümayiş  etdirib  dinləyicilərə  estetik 

zövq  verməli,  onların  şüurunu,  hisslərini  oyatmalı,  igidlərimi-

zin qəhrəmanlığının, vətənpərvərliyinin təbliğinə çalışmalıdır.  

Məruzə:  Məruzə  ərəb  mənşəli  sözdür,  bir  şeyə  düçar 

olanuğrayanməruz qalan anlamındadır. Məruzə bir möv-

zu  haqqında  irəlicədən  hazırlanıb,  söylənilən  monoloji 

nitqdir.  Məruzə  görülmüş  iş  (işlər)  haqqında  ona  cavabdeh 

olan  şəxsin,  ali  orqan  və  ya  vəzifəli  şəxs  (şəxslər)  qarşısında, 

bir növ, hesabat çıxışıdır.  

Çıxışdan  fərqli  olaraq  məruzə  iştirakçılar  arasında  geniş 

müzakirə  olunur,  ətrafında  çıxışlar  edilir  və  yekunda  müvafiq 

qərar  qəbul  olunur.  Faktlar,  rəqəmlər,  görülən  işlər  yazılı  for-

mada, həcmi qısa və ya geniş, strukturu isə giriĢəsas və son 

hissədən  ibarət  olur.  Məruzə  ədəbi  dildə,  əsasən,  elmi,  bəzən 

də  publisistik  üslubda  yazılır.  Məruzədə  sahə  terminlərinə  yer 

verilir, amma bədii ifadə vasitələrinə yol verilmir.  



 

 

151 



Məruzələrin ən çox üç növü qeyd olunur: 

1)

 



planlaĢdırılmıĢ məruzə; İlin yekunlarına həsr olunmuş 

məruzə; hər hansı bir sahə üzrə hesabat – məruzə; 

2)

 

yubiley  məruzəsi.  İstər  bir  şəxsin  –  alimin,  şair  və  ya 



yazıçının, ölkə həyatında önəmli yer tutan hadisənin, dövlət xa-

diminin  və  s.  yubileyinə,  ildönümünə  həsr  olunan  məruzə.  Bu 

tipli  məruzələr  təntənəli  xarakter  daşıdığından  mərasimlərdə 

tənqidə yer verilmir. 

3)

 

Məlumat-hesabat  xarakterli  məruzə.  Dövlət  qurum-



larının,  partiyaların,  idarə,  müəssisə  və  təşkilatların  hesabat 

dövründə görülən işlər haqqında məruzəsi. 



Mühazirə.  Mühazirə  ərəb  mənşəli  söz  olub  “hazırlan-

ma” mənasındadır. Mühazirə natiqlik üslubunun çətin, lakin ən 

geniş  yayılmış  növüdür.  Mənası  “ali  məktəbdə  hər  hansı  bir 

fənnin bir bölməsi və ya mövzusu haqqında professorun, müəl-

limin  oxuduğu  “geniş  məlumat”  və  “hər  hansı  bir  ictimai,  si-

yasi  və  ya  elmi  mövzuya  aid  geniş  məlumatlar  toplusu”  kimi 

anlaşılır.  Tədris  mühazirələri  problem  xarakterində  olduğu 

üçün müəllim (professor və ya dosent) fikirlərini elmi ədəbiy-

yata əsaslanaraq qurur, mühazirənin sonunda isə istifadə olun-

muş  ədəbiyyatın  siyahısı  olur.  Tələbələr  mühazirəni  müzakirə 

etmirlər,  amma  mühazirəni  oxuyan  müəllimə,  kütləvi  mühazi-

rədə mühazirəçiyə suallar verilə bilər.  

Mühazirəçi  oxuyacağı  mövzunu  əvvəlcə  müəyyən  plan 

üzrə  qeydlərlə  hazırlayır,  mühazirəni  oxuyarkən  ondan  bəhrə-

lənir.  Həm  ali  məktəb  mühazirələri,  həm  də  müəyyən  mövzu-

larda,  xüsusən  ölkə  həyatına  və  ya  beynəlxalq  münasibətlərə, 

ölkə  prezidentinin  əməli  siyasətinə  aid  mühazirələr  konkret 

faktlara  əsaslandığı  üçün  mühazirəçinin  ustalığı  nəticəsində 

maraqla qarşılanır, ümumi işimizin xeyrinə olur. Belə mühazi-

rələrdə dialoji nitq elementlərinə də ara-sıra yer verilir.  

Məruzə  və  mühazirə  arasında  müəyyən  fərqlər  vardır:      

1) Məruzəçi çıxış edərkən adamlar qarşısında mövzusuna görə 

məsuliyyət daşıyır, mühazirəçi isə mövzu seçimində sərbəstdir. 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə