1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə47/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   43   44   45   46   47   48   49   50   ...   128

 

 

143 



şey verirlər. O şeyi ki, biri başlayır, amma qurtata bilmir, o şey 

itmir,  batmır,  sonrakı  nəslə  qalır,  onu  sonra  gələnlər  tamam-

layırlar. Dünyada heç nə itmir, batmır..... yaxşı da, pis də keçir, 

nəsil-nəsil keçir....... Biz, mən biləni, yaxşı yaşamışıq, əlimizin 

zəhməti ilə çörək qazanmışıq. Qoy, bizim həyatımızda yaxşı nə 

olubsa,  uşaqlarımız  özləri  ilə  təzə  həyatlarına,  təzə  nəsillərə 

aparsınlar. Həyat da elə budur da. Bax belə..... (Anar. “Keçən 

ilin son gecəsi” pyesindən). 

 

c) Vaqif – Ey Vidadi, sənin bu puç dünyada



Nə dərdin var ki, zar-zar ağlarsan? 

Ağlamalı günün axirətdədir,  

Hələ indi səndə nə var, ağlarsan? 

Vidadi – Vaqif, nə çox yan baş-ayaq atarsan

Mənə dersən nə bu qədər ağlarsan? 

Sənin də başında məhəbbət beyni

Əgər olsa, eylər əsər, ağlarsan! 

Vaqif – Ta cəsədin cida olmayıb candan,  

Bil özünü artıq sultandan, xandan. 

Qəriblik, ayrılıq nədir ki, ondan, 

Bu qədər çəkibən azar, ağlarsan? 

Vidadi – Ağlamaq ki, vardır məhəbbətdəndir, 

Şikəstə xatirlik mərhəmətdəndir.  

Əsli bunlar cümlə mürüvvətdəndir, 

Olsa ürəyində betər ağlarsan!  

(Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin deyişməsindən) 

 

 



Dialoji nitq  

 

Dialoq sözü yunan mənşəli olub, dia–“iki” və loqos “elm, 

nəzəriyyə” sözlərindən yaranmışdır. Dialoq, ümumiyyətlə, “iki 

və  ya  daha  artıq  şəxs  arasında  gedən  söhbət”  deməkdir,  ədəbi 

əsərlərdə “Ġki  Ģəxsin söhbəti Ģəklində yazılmıĢ hissə” məna-

sındadır. Deməli, əsərlər – faciə, pyes və komediyalar dialoqlar 

şəklində qurulur.  




 

 

144 



Dialoji  nitqdə  əsas  yeri  iki  və  daha  çox  şəxsin  qarşılıqlı 

söhbəti,  fikir  mübadiləsi  tutur.  İnsanlar  bir  araya  gələrək  mə-

dəni ölçülər çərçivəsində bir-biri ilə mükamilə qurur, müəyyən 

məsələləri müzakirə edib öz rəylərini bildirirlər. Dialoji nitqdə, 



birincisi, hər replika birbaşa reaksiya – cavab tələb edir. Ġkin-

cisi,  dialoq  rabitəsi  nitq  şəraitində  gedir.  Üçüncüsü,  dialoq 

müəyyən konkret şərait və ya obyektlə bağlı olur və bu zaman 

ünsiyyət ikitərəfli canlı prosesə çevrilir.  

Məlumdur ki, dialoq replikalardan təşkil olunur. Dialoqun 

ilkin ünsürü olan replikalar xüsusi tərzdə hazırlanır. Əsərdə cə-

rəyan  edən  ümumi  situasiya  ilə  əlaqədar  olan  replikalar  özün-

dən  əvvəl  və  sonra  deyilənlərə  cavab  reaksiyası  kimi  təzahür 

tapır.  


Dialoqda ifadəlilik intonasiyanın fərqli formaları ilə (sual, 

nida,  fasilə  və  s.),  mimika  və  jest  vasitələri,  plastik  əl  hərəkət 

siqnalları  ilə  ifadə  olunur,  nitqin  təsirlilik,  ekspressiv-emo-

sional çalar qazanmasında xüsusi yer tutur.  

Dialoq  ifadələrin  qısa  və  yığcamlığı,  cümlələrin  sintaktik 

quruluşunun  sadəliyi,  elliptik  cümlələrin  çoxluğu  ilə  səciy-

yələnir. Dialoji nitqin sual-cavab forması ən çox dram janrında 

özünü  göstərir.  Nitqin  bu  növündə  cümlələrin  əksəriyyəti  ya-

rımçıq, bitməmiş, sətiraltı mənalı olur. İnsanlar ictimai  yerlər-

də,  iclaslarda,  konfranslarda,  tədris  ocaqlarında,  radio  və  tele-

viziya  verilişlərində  normal  fikir  mübadiləsi  üçün  müəyyən 

qaydalara, etik normalara əməl edirlər.  

Dialoqun  mikrodialoq  və  makrodialoq  formaları  da var-

dır. Mikrodialoq bir neçə şəxsin qısa mükalimələrindən ibarət 

olur.  Mikrodialoqlara  bədii  əsərlərdə,  epik  növə  daxil  olan 

şifahi ədəbiyyat nümunələrində - təmsil, nağıl, əfsanə, lətifə və 

dastanlarda,  eləcə  də  yazılı  ədəbiyyat  nümunələrində  -  xatirə, 

oçerk, hekayə, novella, povest və romanlarda rast gəlirik.  



Makrodialoq bədii əsərlərin bütün quruluşunu  əhatə edir. 

Dram əsərləri makrodialoq əsasında yaradılır.  




 

 

145 



Dialoji nitqin 5 dialoq forması qeyd edilir: 1) monoloji di-

aloq;  2)  söhbət  və  ya  danışıq  dialoqu;  3)  sual-cavab  dialoqu;   

4) müsahibə dialoqu; 5) müzakirə dialoqu.  

Monoloji  dialoqun  iştirakçıları  söhbət  gedən  hadisəni, 

məsələni, şəxsi və ya hər hansı əşyanı bütün təfərrüatı ilə söy-

ləyir, onlara öz mənfi və ya müsbət münasibətini bildirir, haq-

qında danışılan şəxsi,  əşya  və hadisəni  öz müsahibinə - qulaq 

asana müxtəlif sübut və dəlillərlə çatdırırlar.  

Dialoji  dialoqda  intonasiyanın  tez-tez  dəyişməsi  bədii 

vasitə  kimi,  əlavə  sözlərə  müraciət  olunmadan  danışığın  emo-

sionallığını,  təsir  gücünü  artırır.  Dialoji  nitqin  sual-cavab  dia-

loqunda fikrin dinləyiciyə aydın çatdırılmasında danışanın zən-

gin  söz  ehtiyatına  malik  olması  və  dilin  qayda-qanunlarına 

mükəmməl yiyələnməsi başlıca məsələdir.  



 

Sual və tapĢırıqlar: 

1.

 



Dialoq nədir və nələrdən təşkil olunur? 

2.

 



Dialoji nitqin formaları hansılardır? 

3.

 



Dialoji nitq hansı şəkillərdə olur? 

4.

 



Mikrodialoq  nələrdən  təşkil  olunur  və  bədii  əsərlərin 

hansı janrlarında işlədilir? 



ÇalıĢma.  Mətni  oxuyun,  onun  monoloji,  yoxsa  dialoji 

nitqə  aid  olduğunu  müəyyənləşdirin.  Dialoji  nitqdirsə,  dialoq 

formasını göstərin:  

Osman bəy: 

-

 

Hörmətli  yurddaşlar,  -  dedi.  Biz  bu  gün  buraya  sizin 



dərdlərinizi, şikayətlərinizi dinləmək üçün gəldik.  

Bir qadın yerindən atıldı:  

- Bu nə deməkdir? Nə şikayət? Nə dərd? Siz nə danışırsınız? 

Osman bəy çaşıb qaldı.  

-

 

Yəni, -dedi. Heç bir şikayətiniz yoxdur? 



Bir kişi: 

-

 



Yooox  .........  –  dedi,  -  Şükür  olsun,  hamımız  yaxşıyıq. 

Güzəranımız qaydasında, qazancımız çox yaxşı.... 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə