1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə44/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   40   41   42   43   44   45   46   47   ...   128

 

 

134 



Nağılların  başlanğıcı  “Badi-badi  giriftar,  hamam  hamam 

içində, xəlbir saman içində, dəvə dəlləklik eylər, köhnə hamam 

içində;  Qarışqa  şıllaq  atdı,  dəvənin  budu  batdı;  Hamamçının 

tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da 

xaltası  yox;  Biri var idi, biri  yox idi, Allahdan başqa heç kim 

yox idi”.... 

Nağılların  sonluğu:  “Onlar  keflə-damaqla  gün  keçirdilər, 

dövran  sürdülər,  sizin  də  kefiniz  çağ  olsun,  oğul-qızınız  sağ 

olsun”. “Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri 

də nağıl deyənin: siz deyin, insafla böldüm ya yox?..... 



Dastanlar  əsasən  qəhrəmanlıq  və  məhəbbət  mövzusunda 

olur.  Qəhrəmanlıq  dastanlarına  “Dədə-Qorqud”,  “Koroğlu”, 

“Qaçaq Nəbi”; məhəbbət dastanlarına “Şah İsmayıl”, “Əsli və 

Kərəm”,  “Aşıq  Qərib  və  Şahsənəm”,  “Abbas  və  Gülgəz”, 

“Tahir və Zöhrə”, “Novruz və Qəndab” və s. aiddir.  

AĢıq  yaradıcılığı  Azərbaycan  şifahi  xalq  ədəbiyyatını 

yazılı ədəbiyyatla birləşdirən janrdır. Aşıq yaradıcılığının qoş-

ma,  gəraylı,  təcnis,  dodaqdəyməz,  dildönməz,  divani,  cığalı 

təcnis  və  s.  kimi  müxtəlif  janrları  vardır.  Ustad  –  yaradıcı 

aşıqlar – Aşıq Qurbani,  Aşıq Abbas Tufarqanlı,  Xəstə Qasım, 

Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Pənah və başqaları 

qoşma  janrından  sənətkarlıqla  yararlanmışlar.  Qoşmaların 

mövzuları  məhəbbət  və  təbiət  mənzərələrinin  təsviri  və  tərən-

nümüdür.  İctimai-siyasi  və  məişət  mövzularını  əhatə  edən 

qoşmalarda  ictimai  ədalətsizliyə  qarşı  etiraz,  əxlaqi-tərbiyəvi 

fikirlərin təbliği  əsas  yer tutur (M.Nağısoylu,  R.Quliyev. Ədə-

biyyat, Bakı, 2001, səh. 6-16). 

 

Ay həzarət, bir zəmanə gəlibdir



Ala qarğa şux tərlanı bəyənməz,  

Oğullar atanı, qızlar ananı, 

Gəlinlər də qaynananı bəyənməz. 

 

Adam var, dəstinə verəsən güllər



Adam var, gözünə çəkəsən millər. 


 

 

135 



Tufarqanlı Abbas, başına küllər, 

Nə günə qalıbsa qarı bəyənməz  

                                        (Aşıq Abbas Tufarqanlı) 

              *** 

Tərlansan, ovlatma sarı, dur gedək, 

Bu sınıq könlümü sarı, dur gedək. 

Ələsgərəm, bizə sarı dur gedək

Bu dərdimi eyləyibsən, Narın, üz. 

*** 

“Can” deməklə candan can əskik olmaz



Məhəbbət artırar, mehriban eylər. 

Çor deməyin nəfi nədir dünyada

Abad könülləri pərişan eylər.  

                                         (Aşıq Ələsgər) 

 

Qədim  dövrlərdə  “ozan”,  “dədə”,  “yanşaq”  kimi  adlanan 



aşıqlar öz yaradıcılıqlarında musiqini, rəqsi və sözü – şeiri bir-

ləşdirən  el  sənətkarları  şifahi  xalq  ədəbiyyatı  nümunələrinin  – 

nağılların,  dastanların  ifaçısı,  söyləyəni  və  yayanı  kimi  tanın-

mışlar. Lakin onların içərisində yaradıcı ustad aşıqlar da var ki, 

onlar  yeni-yeni  havalar  yaratmış,  söz  qoşmuş,  xalqımızın  toy-

bayramını,  şadlıq  məclislərini  öz  mahnıları  ilə  rövnəqləndir-

mişlər. Aşıq yaradıcılığı daha çox yazılı ədəbiyyatla bağlıdır.  

 

 

Yazılı nitq 

 

Nitqin ikinci əsas forması yazılı nitqdir. Yazılı nitq hərflər 



və  durğu  işarələri  ilə  (nöqtə,  vergül,  nida  və  sual  işarələri,  iki 

nöqtə, nöqtəli vergül və s.) düzəlir. Yazılı nitq şifahi nitqin əsa-

sında, əlifbanın  meydana gəlməsindən sonra  yaranmışdır. Nit-

qin şifahi və yazılı qollarının inkişafı və formalaşması ümum-

xalq  danışıq  dili  normalarının  sabitləşməsi  əsasında  baş  verir. 

Şifahi  nitqdə  sözlərin  düzgün  tələffüzü,  vurğunun  dəqiq  mü-

əyyənləşməsi əsasdırsa, yazılı nitqdə leksik və qrammatik nor-



 

 

136 



malara ciddi əməl olunması başlıca şərtdir. Elmi, texniki, siyasi 

və s. sahələrə aid yazılı nitqdə terminlərə geniş yer verilir. Ya-

zılı  nitq  ədəbi  dilin  əsasında  formalaşdığından  orfoqrafik, 

leksik  və  qrammatik  normalara  uyğun  qurulur,  əhəmiyyətli 

yazılı məlumatlar saxlanılır və gələcək nəsillərə ötürülür.  

Yazılı ədəbi dilimizin ilk nümunələri bədii əsərlərlə həyata 

vəsiqə  almışdır.  Yazılı  nitq  bilavasitə,  əlifbamızın  meydana 

gəlməsindən  sonrakı  dövrə  aiddir,  yazı  mədəniyyəti  ilə  bağlı-

dır.  Nəzmlə,  çox  sonralar  nəsrlə  yazılmış  bədii  əsərlər,  dövlət 

sənədləri, dövlət başçılarının məktubları, qəzet və jurnallar, el-

mi  və  publisistik  yazılar,  kitablar,  müxtəlif  məzmunlu  elan  və 

plakatlar  yazılı  ədəbi  dil  nümunələridir.  Savadlı  və  mədəni 

yazılar  yazılı nitq mədəniyyətinin təməlidir. Yazı mədəniyyəti 

nitq mədəniyyəti və ədəbi dil normaları ilə sıx bağlıdır. Burada 

ədəbi  dilimizin  bütün  üslubları  təmsil  olunur.  Yazılı  ədəbi  dil 

əsasən, orfoqrafik normalar əsasında səlisləşir, rəvanlaşır. Şifa-

hi ədəbi dil isə orfoepik normalarla tənzimlənir.  

Şifahi nitqlə  yazılı nitqin fərqli  cəhətlərini belə xarakterizə 

etmək olar: 1) Şifahi nitq səslənmə və dinlənilmə üçün olduğun-

dan  ani  şəkildə  söylənilir  və  bitir,  ona  yenidən  o  formada  qa-

yıtmaq  olmur,  həm  də  təkrarçılıq  heç  vaxt  yaxşı  hal  kimi  qiy-

mətləndirilmir.  Yazılı  nitq  isə  müəyyən  vaxt  ərzində  (saat,  gün 

və  ya  ay,  ola  bilsin  ki,  bir  neçə  il  –məs.;  Firdövsi  “Şahnamə” 

əsərinin  üzərində  bütün  ömrü  boyu  işləmişdir;  Səməd  Vurğun 

“Komsomol” poemasını 2 mərhələdə - keçən əsrin 30-40-cı illə-

rində  yazmış,  lakin  nəzərdə  tutduğunu  tamamlaya  bilməmişdir; 

S.Rəhimov “Şamo” romanı üzərində 50 il çalışmışdır və s.) dü-

şünülərək, yazı sürəti ilə icra edilir, yəni sonralar oxunmaq üçün 

yazılır və saxlanılır; 2. Şifahi nitqə düzəliş aparmaq olmur, səhv 

deyilmiş  bir  cümləyə  bir  an  keçmiş  qayıtmaq  təsadüfi  hallarda 

mümkündür. Yazılı nitq üzərində isə düzəliş aparıla bilir, nəşrə 

təqdim edilənə qədər yazanın istənilən düzəlişi aparmağa ixtiyarı 

vardır.  Əsərin  sonrakı  nəşrlərində  də  o  bu  hüququ  özündə 

saxlayır. Məs: S.Rəhimov “Şamo” romanı, İ.Hüseynov (Müğan-




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə