1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə42/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   38   39   40   41   42   43   44   45   ...   128

 

 

126 



dırmağa  yardımçı  olur.  Məsələn:  “Bu  tələbə  əla  oğlandır”  – 

cümləsini biz hiss-həyəcanla, ahəngdar səs tonu ilə səsləndirib 

sağ əlimizi azacıq qaldıraraq və baş barmağımızı yuxarı tutaraq 

bu  tələbənin  əla,  başqalarından  mənəvi  cəhətdən  çox  seçilən 

ağıllı,  hər  şeyin  yerini  bilən,  ətrafdakılara  dost  əli  uzatmağa 

həmişə  hazır  olan  bir  insan  olmasına  öz  münasibətimizi  bil-

dirmiş  oluruq.  Əgər  həmin  cümləni  biz  sual  intonasiyası  ilə 

deyərək  üst  dodağımızı  burnumuza  tərəf  qaldırıb,  yaxud  üz-

gözümüzü turşudub əl barmaqlarımızı azca yuxarı qaldırıb, ani 

tərzdə  aşağı  salmaqla  həmin  tələbəyə  mənfi  münasibətimizi 

bildirmiş  olarıq,  həm  də  onun  yaxşı  tələbə  olmasını  şübhə  al-

tına  alarıq.  Biz  bu  cümləni  adi,  nəqli  cümlə  intonasiyası  ilə 

deyib  fikri  təsdiqləyiriksə,  onda  başımızı  hörmətlə  endirib 

qaldırırıq. Əgər oğlanın əla tələbə olması ilə razılaşmırıqsa, ba-

şımızı qismən arxaya aparıb gətiririk, bəzən də dilimizdə mənfi 

münasibət bildirən və “yox” anlamında işlədilən “cık” vokativ 

səs-sözdən istifadə edirik. 

Eşitmə, dinləmə, qavrayış üçün nəzərdə tutulan şifahi nit-

qin  baş  vermə  səbəbi  insanın  beyin  fəaliyyəti,  düşünmə  qa-

biliyyəti  ilə  bağlıdır.  Danışan  dinləyicilərinə  təsir  mexanizmi 

kimi  intonasiyaya  böyük  məsuliyyətlə  yanaşır.  Əgər  səsin 

ahəngində  elə  bir  ciddi  dəyişiklik  yoxdursa,  nitq  adi  nəqli 

cümlə intonasiyasından kənara çıxmırsa, danışan gözlərini din-

ləyicisinə  (dinləyicilərə)  yox,  başı  aşağı  yerə  və  ya  hər  hansı 

bir  naməlum  nöqtəyə  dikirsə,  pantomim  elementlərindən  isti-

fadə etmirsə, belə nitq onun özünə də, dinləyənlərə də lazımsız 

və  sönük  görünəcək,  cansıxıcılıq  yaradacaqdır.  Belə  məqam-

larda intonasiyanın  tərkib hissələri olan avazlanma, vurğu, fa-

silə, temp şifahi nitqin xüsusiyyətləri kimi necə də əhəmiyyətli 

və lazımlıdır.  

 

Nitq  zamanı  dinləyici  danışana  baxıb  onun  mimika  və 



jestlərini görmürsə, səsinin ahəngində hansı hissləri yaşamasını 

duymursa, təkcə nitqin  məzmununu tutursa, bu, artıq canlı da-

nışıq  olmadığı  kimi,  həvəslə  dinləmə  də  deyil,  məcburiyyət 



 

 

127 



üzündən  oturub  qalmaq,  yazılı  nitqi  gözlə  oxumaq  prosesinə 

bənzər bir şeydir. Oxucu yazıda müəllifin monoloqonu oxuyub 

onun keçirdiyi  hissləri duymağa, edə biləcəyi  pantomim hərə-

kətləri özünün düşündüyü, anladığı şəkildə təsəvvür edir ki, bu 

da artıq şifahi nitqlə yox, yazılı nitqlə bağlı xüsusiyyətdir.  

Şifahi nitqin xüsusiyyətlərini belə qruplaşdırırlar: 1) Şifahi 

nitq söylənilir və eşidilir; 2) Şifahi nitqdə dinləyicilərin kimliyi 

nəzərə alınmaqla dilin leksikasından hamıya aydın, ümumişlək 

sözlərə  üstünlük  verilir.  Bu  nitq  ailə-məişət  üslubundakı  nitq-

dən  yalnız  məzmununa  görə  fərqlənir;  3)  Şifahi  nitqdə  cüm-

lələr, əsasən, qısa və sadə olur, yarımçıq və elliptik, yaxud söz-

cümlələr, qısa replikalar üstün yer tutur; 4) Şifahi nitqdə danışıq 

dilinin  xüsusiyyətləri  gözlənilir;  5)  Şifahi  nitqdə  intonasiya, 

avazlanma,  fasilə,  vurğu  və  s.  kimi  vasitələrdən  geniş  istifadə 

olunur; 6) Tələb olunan məqamlarda mimika və jestikulyasiyaya 

yer verilir; 7) Şifahi nitq axını sürətli olur (35, səh.43). Danışılan 

mövzudan, şəraitdən, nitqin məqsədindən, danışanın  yaşından, 

tutduğu  vəzifədən,  mövzunun  məcburi  və  məsləhət  xarakterli 

olmasından  asılı  olaraq  danışığın  sürəti,  söz  işlətmə  tempi, 

intensivlik,  fasilə  həmişə  gözlənilir.  Şifahi  nitqin  ən  ümdə 

xüsusiyyəti  ailə-məişət  üslubundan  fərqli  olaraq,  müəyyən 

məsələ  haqqında  xüsusi  hazırlaşmadan  sərbəst  danışmaqdır. 

Əlbəttə,  qeydsiz-filansız  müəyyən  məsələ  barəsində  nitq 

söyləmək,  çıxış  etmək  böyük  hünər,  istedad  tələb  etməsə  də, 

daışanın anlama, nəticə çıxarma, məsələnin mahiyyətinə uyğun 

danışıq bacarığı olmalıdır.  



ÇalıĢma. Suallara cavab verin: 

1.  Mədəniyyət  və  nitq  mədəniyyəti  terminlərini  necə  başa 

düşürsünüz? 

2.  Düzgün  nitq  nədir?  Hansı  nitq  forması  düzgün  hesab 

olunur? 

3. Kim öz fikrini elmi və məntiqi cəhətdən düzgün qura bilir? 

4. Dəqiq  nitq dedikdə  nə  başa düşülür? Kimin nitqi  dəqiq 

olur? 



 

 

128 



5. Savadlı yazmaq şifahi, yoxsa yazılı nitq mədəniyyəti ilə 

bağlıdır? 



ÇalıĢma.  Şifahi  xalq  ədəbiyyatının  lirik  janrına  aid  nü-

munələri  oxuyun,  onların  özünəməxsus  səciyyəvi  xüsusiyyət-

lərini göstərin: 

a) Cütçülüklə, əkinçiliklə bağlı olan holavar

 

 

Qara kəlim aranda, 



 

Çıxar gün qızaranda. 

 

Xodaq murada çatar, 



 

Kəlindən bar alanda. 

 

b) Qoyunçuluqla bağlı yaranan sayaçı sözləri



 

 

Nənəm, a narış qoyun, 



 

Yunu bir qarış qoyun. 

 

Bulamanı bol eylə



 

Çobanla barış qoyun.  

 

Nənəm, a nazlı qoyun. 



Qırqovul gözlü qoyun. 

Pendiri kəsmə-kəsmə

Qatığı üzlü qoyun.  

 

c)  İnsanların  məişəti  və  dünyagörüşü  ilə  bağlı  mərasim 



nəğmələri

 

Gün getdi su içməyə



Qırmızı don biçməyə. 

Gün özünü yetirəcək

Qarı yerdən götürəcək, 

Keçəl qızı ötürəcək, 

Saçlı qızı gətirəcək.  

 

*** 



Su gəley lülə-lülə,  

Yar gəley gülə-gülə. 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə