1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə39/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   35   36   37   38   39   40   41   42   ...   128

 

 

117 



məzmunu  bütün  təfərrüatı  ilə  izaha  cəlb  olunur,  axırda  da  nə-

ticə çıxarılmaqla deyilənlər yekunlaşdırılır. Əlbəttə, mövzunun 

aktuallığını ön plana çəkməmişdən natiq öz dediklərinə diqqəti 

cəlb etmək məqsədilə bir atalar sözünü, məşhur bir şairdən bir 

beyt və ya bir misra şeir deyə bilər, yaxud mövzu ilə bağlı bir 

görkəmli  tarixi  şəxsiyyətdən,  dövlət  xadimindən  bir  sitat  gə-

tirməklə  fikrini  əsaslandıra  bilər.  Bədii  təsvir  vasitələri  də  nit-

qin  orijinallığını  təmin  etməyə  yönəldilə  bilər.  Əlbəttə,  bu  hal 

natiqin  savad  və  bacarığından,  aldığı  ixtisasdan,  bədii  sözün 

sirlərinə  bələdliyindən  asılıdır.  Bədii  əsərləri  müntəzəm  mü-

taliə  edən,  şair,  yazıçı  və  ya  söz  ustalarının  dilində  səslənən 

aforizm  və  hikmətli  sözləri  öyrənib  yaxşı  mənimsəmiş  şəxslər 

obrazlığa xidmət edən bədii təsvir vasitələrinə (ritorik suallara, 

məcazi  mənada  işlədilən  metafora,  metonimiya,  sinekdoxa, 

anafora, epifora və s. kimi təsirli və obrazlı ifadələrə) geniş yer 

verməklə öz nitqini bədii, daha yararlı və münasib edən orijinal 

üsullarla gözəlləşdirə bilir. 

 

Sual və tapĢırıqlar: 

1. Dəqiqlik hansı üslubun (bədii, publisistik, elmi, işgüzar 

və ya ailə-məişət) səciyyəvi xüsusiyyətidir? 

2. Sözləri düzgün tələffüz etmək nəyin göstəricisidir? 

3. Düzgün olmayan tələffüzün sözün mənasını dəyişdirdi-

yini xatırlayaraq bir neçə nümunə göstərin. 

4. Hansı nitq forması düzün hesab olunur? 

5. Hansı nitq təmiz hesab edilir? 

6. Nitqin təmizliyinin pozulmasına gətirib çıxaran səbəblər 

hansılardır? 

7. Bədii  əsərlərdə dialekt sözlərinə nə vaxt yer verilir? Bəs 

hansı məqamlarda dialektizmlərə yer verilməsi məqbul sayılmır? 

8. Məhəlli elementlərə, loru sözlərə, jarqonizmlərə, əcnəbi 

sözlərə  təmiz  nitqdə  rast  gəlmək  olurmu?  Əgər  rast  gəliriksə, 

belə nitqi necə adlandırırlar? 

9. Nitqin aydınlığını necə başa düşürsünüz? 




 

 

118 



10. Nitqin münasibliyi üçün əsas şərtlər hansılardır? 

ÇalıĢma.  Kiçik  bir  məqalə  yazın,  onun  giriş,  orta  (əsas) 

hissə və sonluğunun həcm nisbətini izah edin. 



ÇalıĢma.  Mətndəki  fonetik,  leksik  və  morfoloji  dialek-

tizmləri  göstərin.  Məhəlli  xüsusiyyətlərin  hansı  dialektə  aid 

olduğunu müəyyənləşdirin: 

…  Hamı  əsəbiləşmişdi,  hətta  cavanlardan  bir  neçəsinin 

çıxıb evlərinə getdiklərini görən Cəbo yenidən başladı və: 

-  Ə,  noldu  ə?  Bir  kişi  tapılmadı  mənim  maşınımı  yusun? 

Pul verirəm da bə, müftə yumayacaq ki? -dedi. 

Bu sözlərdən sonra Zalı Məmmədoğlu Cəbonu nə ilə, necə 

vurdusa onu çul kimi yerə sərdi və dedi: 

-  Ədə,  köpəyin  balası,  bu  kənddə  səni  tanımırlar  kimsən? 

Hansını deyim ə? Niyə belə qudurdun, bala? 

Və  Zalı  Məmmədoğlu  özünü  dədəsinin  üstünə  atan  Kam-

ranı görən kimi: - Ədə, qoduq, apar onu əvə, ayılsın, sonra bu-

raxın adam içinə. Bəsdir, adam qudurar ey, ta belə yox! İtin ba-

laları,  elə  bilirsiniz  camaatın  mənliyi-filanı  yoxdur?  Ə,  qanın 

da buları?! Dünənə kimi acından köpük qusurdunuz dana! Bir 

tikə, Allah yetirən çörəyi nə üçün adam balası kimi yemirsiniz 

ə, hi? 


Zalı  Məmmədoğlu  kənddə  montyor  işləyirdi  və  ailəsini 

namusla dolandıran kişilərdən idi; bir tikə çörəyi o, daşdan çı-

xarırdı,  əlindən  inni-cinni  qurtarmazdı:  pəncərələrə  şüşə  sal-

maq,  qapı-pəncərə  qayırmaq,  elektrik  avadanlıqları  təmirçisi, 

xolodilnik  ustası,  radiyo,  televizor,  bir  sözlə,  necə  deyərlər, 

Zalı belə Zalı idi. (Şamil Zaman. Qarabağları tərənnüm edirəm 

(Bakı, 2007, səh.83). 

NĠTQĠN  MƏNTĠQLĠYĠ.  Obyektiv  gerçəkliyi  doğru,  dü-

rüst  əks  etdirən  hökm,  fikir  məntiqə  əsaslandığı  üçün  məntiqi 



nitq adlanır. Məntiqə əsaslanaraq mülahizə və mühakimələrini 

düzgün  və  konkret  ifadə  edən  natiqin  nitqi  kommunikativ 

keyfiyyət  kimi  dəqiq  olur,  yəni  məzmun  insan  təfəkkürünün 

məhsulu kimi meydana gəlir. Məntiqilik şifahi xalq ədəbiyyatı 




 

 

119 



nümunələrində  -  əfsanə,  nağıl,  qaravəlli  və  təmsillərdə  şüurlu 

olaraq  pozulur,  söz  və  ifadələrin  semantikası  bilərəkdən  şişir-

dilir,  ya  da  kiçildilir.  Məs:  Yeddi  gün,  yeddi  gecə  yol  getdi; 

Koroğlu  yeddi  qazan  plovu  yedi;  Qırx  gün,  qırx  gecə  yatdı; 

Dərələrdən  sel  kimi,  təpələrdən  yel  kimi  keçdi;  Göydən  üç 

alma düşdü; Uçan xalçaya  mindi; Sehirli  papağı geyib  görün-

məz oldu; Yeddi  başlı  əjdahanın  canını aldı;  Zümrüd quşunun 

qanadına minib qaranlıq dünyadan çıxdı və s. Məntiqilik nitqin 

ən  mühüm  keyfiyyətidir.  Elmi  informasiya  məntiqə  əsaslanır, 

insanlar  onu  dərk  etməkdə  çətinlik  çəksələr  də,  fikrin  düz-

günlüyü və həqiqiliyi kimlərdəsə şübhə doğurmur. 

NĠTQĠN  AHƏNGDARLIĞI.  Nitqin  ahəngdarlığı  deyi-

ləndə onun səlisliyi, gözəlliyi, axıcılığı, rəvanlıq gözlənilməklə 

materialın alçaq tondan başlayaraq uca tona doğru yüksəlməsi, 

eyni  zamanda  avazın,  tempin  dəyişməsi,  dinləyiciləri  özünə 

cəlb  etmə  qabiliyyəti,  dilin  fonetik  imkanlarından  bəhrələn-

məklə cümlədə eyni köklü üzvlərin ardıcıl sıralanması və sadə 

fikirlərin  mürəkkəbə  doğru  faktlar  və  rəqəmlərlə  ahəngdar  ve-

rilməsi nəzərdə tutulur. 



NĠTQĠN ZƏNGĠNLĠYĠ. Zəngin söz ehtiyatına malik natiq 

yalnız  dilin  incəliklərinə  bələdlik  nəticəsində  öz  nitqini  rənga-

rəng  qura  bilir.  Nitqin  zənginliyinin  başlıca  amili  onda  dil 

vahidlərinin təkcə çoxluğu deyil, rəngarəngliyidir. Natiq öz fikir-

lərini  daha  münasib  sözlərdən  –  sinonimlərdən,  antonimlərdən, 

frazeoloji  birləşmələrdən,  ibarələrdən,  məcazların  müxtəlif 

növlərindən istifadə hesabına nitqini maraqlı qurur, onların asan 

dərk edilməsi ilə dinləyicilərə xoş təsir bağışlayır. Deməli, nitqin 

zənginliyi  dilin  ifadə  və  təsvir  vasitələri  hesabına  başa  gəlir. 

Nitqin zənginliyi dil strukturundan, xüsusən aktiv söz ehtiyatının 

kəmiyyət  və  keyfiyyətindən  asılı  olan  məsələdir.  Nitqin 

zənginliyi  bütün  üslublar  üçün  vacib  olsa  da,  bədii  üslubda  o 

daha  yüksək,  elmi  və  publisistik  üslublarda  nisbətən  aşağıdır. 

Səbəbi  də  onunla  izah  edilir  ki,  bədii  əsərlərdə  yazıçının  dilin 

bütün  laylarında  işlənən  sözlərdən  istifadə  etmək  hüququ  var, 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə