1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə40/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   36   37   38   39   40   41   42   43   ...   128

 

 

120 



amma  elmi  və  publisistik  üslublarda  mövzu  ilə  əlaqədar  sahə 

sözləri və terminlər çoxluq təşkil edir. Bədii əsərdə yazıçının söz 

ehtiyatı  zəngin  olduğu  üçün  o,  hadisələri  dəqiq,  incə,  ifadəli, 

obrazlı  və  orijinal  üsulda  ifadə  imkanına  malikdir.  O,  sözlərin 

leksik-semantik  zənginliyindən  tutmuş  intonasiya  və  ritm 

incəliklərinə qədər bütün dil vasitələrinə müraciət etməkdə azad-

dır. Nitqin zənginliyinin əsas əlaməti onda işlənən sözlərin tək-

rar  olunmadan  kəmiyyətcə  çoxluğudur.  Geniş  dünyagörüşünə, 

mükəmməl  savada,  daimi  mütaliəyə  malik  şəxsin  söz  ehtiyatı 

kəmiyyət  və  keyfiyyətcə  çox  zəngin  olur.  Söz  sənətkarlarının  - 

şair  və  yazıçıların  bədii  nitqinin  zənginliyi  məhz  bu  hesabadır. 

Biz tələbələrimizin, o cümlədən, gələcək məşqçi və fiziki tərbiyə 

müəllimlərimizin  zəngin  nitq  mədəniyyətinə  nail  olmasını, 

mədəni  və  savadlı  şəxs  kimi  yetişməsini  istəyiriksə,  onlara  ana 

dilimizdə radio-televiziya verilişlərini diqqətlə izləməyə, mütaliə 

etməyə  maraq  oyatmalı,  müxtəlif  vasitələrlə  –  disputlar,  bədii 

gecələr,  şair  və  yazıçılarla  görüşlər  keçirməklə,  sözlərin, 

ifadələrin,  cümlələrin  ifadə  tərzinə  diqqəti  yönəltməklə,  nitqin 

məziyyətlərini  mənimsətməklə  onların  söz  ehtiyatını  artırıb 

zənginləşdirməyə  çalışmalıyıq.  Bədii,  elmi,  kütləvi,  publisistik 

əsərlərin  müntəzəm  mütaliəsi  gənclərimizin  söz  ehtiyatını 

artırmaqla  onlar  üçün  ümumişlək  olmayan,  az  işlətdikləri 

sözlərin də nitqdə aktivləşməsinə səbəb olacağı şübhəsizdir. 

NĠTQĠN  ĠFADƏLĠYĠ.  Ġfadəlik  üslub  baxımından  ən 

uğurlu dil vasitələri tapıb işlətmək deməkdir. İfadəli nitq təkcə 

aydın,  düzgün,  səlis,  məntiqi  olmaqla  bitmir,  həm  də  təsirli, 

emosional, cazibəli formada öz  əksini tapır.  İfadəli  nitq ondan 

bəhrələnənlərin hisslərinə təsir edir, marağını artırır, çünki bu-

rada məntiq güclü olduğu kimi, ifadə tərzi də tutarlı söz, ifadə 

və ibarələrlə həm  zəngin, həm  də  ifadəlidir.  İfadəliyi  çox vaxt 

söz  sənətkarlarına  aid  edirlər,  axı  onlar  dilin  zəngin  söz  xəzi-

nəsinə,  onun  qayda-qanunlarına  daha  yaxşı  bələddirlər.  Onlar 

özlərindən  əvvəl  yaşayıb-yaratmış  sələflərinin  bədii  irsinə  də-

rindən yiyələnirlər, deyilmişləri təkrar etmədən orijinal fikirlə-



 

 

121 



rini  daha  emosional,  cazibəli,  mənalı  ifadə  etmək  bacarığı  nü-

mayiş  etdirirlər,  dilin  bütün  sisteminə  -  fonetika,  leksika,  se-

mantika, qrammatika, intonasiya və üslubiyyata hərtərəfli bələd 

olmaqla yeni dil vasitələri düzəldib işlədirlər. Elə buna görə də 

onların dili zəngin, obrazlı, ahəngdar və ifadəli nitq kimi  yeni 

nəslə,  özlərindən  sonra  gələn  sənətkarlara  gözəl  miras  kimi 

ötürülür.  İnsan  hisslərinə  təsir  göstərən,  onu  həyəcanlandıran, 

ruhunu pərvazlandıran, qəlbini ehtizaza gətirən, könlünü oxşa-

yan nitq ifadəlidir. Nitqin şüura təsiri dərəcəsinə görə şeir nəsrə 

nisbətən  daha  güclü  vasitədir.  Şeirdə  bədiilik  və  obrazlılıq 

yüksək,  daha  əyani  və  güclüdür.  İ.Nəsiminin,  M.Füzulinin, 

M.P.Vaqifin,  A.Ələsgərin,  M.Ə.Sabirin,  S.Vurğunun  şeirləri 

ifadəli  nitqin  gözəl  nümunələridir.  Bu  şeirlərdə  bədii  nitq  for-

ması zahirən çox sadə, leksikası, intonasiyası və sintaksisi ba-

xımından  çox  rəvan,  oynaq  və  səlisdir.  Bu  şeirlər  sanki  xalq 

musiqisi  ilə  harmoniya  təşkil  edir.  Nitqin  ifadəliyi  ünsiyyət 

mühiti  ilə  dilin  struktur  sahələri  və  üslub  sistemi  ilə  şərtləşir. 

İfadəli nitq təfəkkürlə, müraciət olunan şəxslə və dili yaxşı bil-

məklə  onun  ifadəlik  imkanlarını  duyub  qiymətəndirməklə  əla-

qədardır.  Adi  sözlərdən  qurulmuş  epitet,  metafora,  meto-



nimiya, sinekdoxa və məcazlar ifadəliyi, bədiiliyi gücləndirən 

vasitələrdir.  Ġntonasiyanın  ifadəlik  imkanları  daha  böyükdür. 

O,  nitqin  qrammatik  və  leksik-semantik  normalarının  əsasıdır. 

İfadəli nitq bədii və obrazlı olur. Obrazlılıq nitqin bütün təza-

hür  formalarında  bu  və  ya  digər  dərəcədə  özünü  göstərsə  də, 

bədiilik  ancaq  bədii  əsərlərə  xasdır.  Nitqin  ifadəliyi  eyni 

zamanda  onun  ekspressivliyi,  emosionallığı  ilə  əlaqədardır. 

Ekspressivlik özü emosionallıq və obrazlılıqla birlikdə təzahür 

edir. Ekspressivliyi yaratmaq sinonimlərin işlədilməsi əsasında 

aparılır.  İfadəli,  bədii  nitq  emosiyalara  təsir  etməklə  insanda 

müəyyən  gözəl  duyğular,  xoş  hisslər  oyadır  və  emosionallığa 

səbəb olur. Bədiilik və obrazlılıq bədii təfəkkürün məhsulu ol-

maqla  ədəbi  bədii  əsərlərə  xas  keyfiyyətdir.  Bədiilik  ən  çox 

poetik obrazlılıq anlamında işlədilir. O, söz sənətkarlarının ya-



 

 

122 



radıcılığında  təzahür  tapır  və  yalnız  bədii  əsərlər  üçün  səciy-

yəvidir.  Bədiilik  sənətkarın  mövzu  seçmə  qabiliyyətindən, 

obrazları  təsvir  etmə  məharətindən,  obrazlı  dil  vasitələrindən 

yaradıcılıqla istifadəsindən asılıdır. Nitqin obrazlığı, emosional 

keyfiyyəti,  təsirliyi  ekspressivlik  anlamındadır.  Emosionallıq 

emosiyanın  (fransızca  "həyəcan",  "hiss",  "təsəvvür")  ifadəsinə 

xidmət  edir.  Emosionallıq,  ekspressivlik  və  obrazlılıq  yaxın 

anlayışlardır,  onlara  patetik  çıxışlarda,  qızğın  və  coşqun  nitq-

lərdə  rast  gəlirik.  Ekspressivlik  dilin  bütün  səviyyələrində 

müxtəlif ifadə vasitələri ilə yaranır. 



Emosionallıq törədən əsas dil vahidləri aşağıdakılardır: 

1) Hissi halları ifadə edən sözlər (təəssüf, heyf, yaxĢı ki və s.) 

2)  Fikrə  danışanın  emosional  münasibətini  bildirən  sözlər 

(afərin, yaĢa, var ol; yaramaz, alçaq, Ģərəfsiz və s.) 

3)  Emosional  qiymətləndirici  sinonimlər  ("getmək"  əvə-

zinə  "götürülmək",  "daban  alıb  qaçmaq",  "əkilmək",  "aradan 

çıxmaq":  "ölmək"  əvəzinə  "gəbərmək",  "cəhənnəmə  vasil  ol-

maq" və s.). 

4) Məcazi mənalı sözlər; 

5)  Emosionallıq  bildirən  nidalar  və  ədatlar  (heyhat,  əfsus, 



ay  gəldi  ha!  və  s.)  Emosionallıq  yaradan  söz  və  ifadələr  cüm-

lədə özünü müxtəlif çalarlı emosional boyalar şəklində göstərir: 



ġaban nənə. -A sənin atan-anan tünbətün düĢsün! A sə-

nin  belə  əkib-doğanuvun  atasına  nəhlət!  (C.Məmmədquluza-

də); Bas bayıra, sənin yerin təkyə, filandı, ay xala! (Ə.Vahid) 

 

Sual və tapĢırıqlar: 

1. Nitqin münasibliyi hansı amillərlə bağlıdır? 

2. Nitqin zənginliyi dedikdə nələr nəzərdə tutulur? 

3.  Nitqin  zənginliyini  və  ya  kasıblığını  necə  müəyyənləş-

dirmək olar? 

4. Nitqin zənginliyi hansı üsulublar üçün səciyyəvidir? 

5. Hansı hallar yığcamlığa mənfi təsir göstərir, dinləyici və 

oxucunu yorur? 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə