1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə48/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   44   45   46   47   48   49   50   51   ...   128

 

 

146 



-

 

Allah.....Allah.....Biz özümüz axı..... 



-

 

Xeyr, əfəndim. Biz çox əntiqəyik. Gələcəyimiz parlaqdır. 



Şükürlər olsun. 

-

 



Ağ eləmə də......elə də deyil axı.....yəni, şey düz deyirsən, 

əlbəttə.  Amma  lap  elə  də  deyil  axı....ağ  eləmə  də.....(Əziz 

Nesin. “Ağ eləmə” hekayəsindən).  

ÇalıĢma. Oxuyun, dialoji nitqin xüsusiyyətlərini xatırlayıb 

deyin, mikrodialoq haqqında fikirlərinizi izah edin: 

Təbrizdə,  yoxsul  Musanın  evi,  Nəbi  yaralıdır.  Yataqda 

uzanmışdır.  (Qapı  döyülür.  Qasım  dayı  kiçik  səbətdə  Nəbiyə 

üzüm gətirir).  

Nəbi: - Aha, Qasım dayı, xoş gördük səni. 

Qasım: - Vəfasız düşünmə o qədər məni. 

Musa: - Qasım, nə xəbərlə gəlmisən? 

Qasım: - İş var...... 

Düşmənlər Nəbiyə quyu qazırlar. 

Musa: - Bəs niyə gecikdin? 

Qasım: - Bir səbəb oldu.  

Nəbi: - Tez danış, ürəyim şübhəylə doldu. 

Qasım: - Təbriz hakiminə Tiflis hakimi 

Haqqında yazıbdır belə bir fərman: 

“Gərək təslim etsin Nəbini İran”. 

...Odur ki, bu saat Paşa bəy, divan, 

Səni axtarırlar, səni, Nəbi can.  

Nəbi: - Deyirsən, buradan çəkilmək geri! 

Qasım: - Deyəsən, duyublar olduğun yeri.  

Nəbi:- Kim verdi sənə bu qara xəbəri? 

Qasım: - Haman Paşa bəyin qoca nökəri. 

Musa: - Nəbi, biz onunla qohumuq bir az. 

O bizim adamdır, yalan danışmaz. 

Qasım (xatirinə salaraq): - Hə......bir də deyir ki, dəstədən 

kimsə,  


 Bu işə qol qoyub...... 

 Nəbi (həyəcanla): - Necə? 




 

 

147 



 Qasım: - Nə isə..... 

 Bir az ehtiyatlı olsan nə olar? 

 Göz-qulaq olmağın nə zərəri var? 

 Nəbi: - Dəstəmdə Kərimdir Təbrizdən ancaq (fikirləşir). 

 Qasım: - O, yalan danışmaz, ayıq ol, Nəbi! 

 Hər tərəf cəsusdur, sayıq ol, Nəbi! 

 (Qapı üç dəfə döyülür. Qurd Kərim gəlir, həyəcanlanır) 

 Qurd Kərim (Nəbiyə): - Qardaşım, necəsən? 

 Nəbi: - Yaxşıyıq bir az. 

 Qurd Kərim: - Dolub dilənçiylə küçə və meydan 

 İlan oynadanla meymun oynadan 

 Bütün camaatı yığır başına.... 

 Musa (kinayə ilə): - Yaman darıxırsan deyəsən, aşna! 

 Küçədən  bir  neçə  güllə  səsi  eşidilir.  Hamı  bir  an  qulaq 

asır.  (Süleyman Rüstəm. “Qaçaq Nəbi” pyesindən)  

ÇalıĢma.  Oxuyun,  sözlərin  vurğusunun  yerini  göstərin, 

səbəbini deyin: 

Hakimiyyət,  başqa,  mehmanxana,  spartakiada,  atletika, 

göstərmək, tennis, marşrut, qıpqırmızı, gömgöy, sessiya, yarış, 

problem,  yeddi,  doqquz,  kommersiya,  kənarlaşdırmaq,  hakim-

dir, voleybol, göndərmə.  



ÇalıĢma.  Aşağıdakı  sözləri  söz  birləşmələri  daxilində  elə 

işlədin ki, vurğunun yeri dəyişərkən məna da dəyişsin: 

Alma, asma, bağlama, basdırma, burun, çəkmə, əyin, dol-

ma, dondurma, gəlin, süzmə, biçin.  



ÇalıĢma.  Mətni  tələffüz  qaydalarına  uyğun  oxuyun, 

sözlərin orfoepik şəklini mötərizədə qeyd edin, ədəbi dildə da-

nışıq üslubuna aid məqamları göstərin: 

Koroğlunun bir bəzirgan dostu var idi. Adı Xoca Əziz idi. 

Xoca Əziz neçə illər Koroğlu ilə dostluq eləmişdi. İndi Eyvaz-

gil  tutulan  vaxtda  o  da  mallarını  satmaq  üçün  Bağdada  gəl-

mişdi.  Qoşun  elə  ki,  Eyvazgili  tutub  şəhərə  tərəf  gəlməyə  üz 

qoydu,  bazara  səs  düşdü  ki,  bəs  üç  nəfər  quldur  tutublar, 

asmağa aparırlar. Bazar adamı hamısı çıxdı onların tamaşasına. 



 

 

148 



Xoca Əziz də  bu adamların içində idi. Gözlə ha gözlə, axırda 

dəstənin  ucu  açıldı.  Aslan  paşa  keçdi,  qoşun  böyükləri  keçdi, 

atlılar keçdi. Bir də baxdılar ki, budur bir bölük qoşun dustaq-

ları ortalığa alıb gətirir. Xoca Əziz gördü nə? Tutulan Eyvazdı, 

Dəmirçioğludu,  bir  də  Bəlli  Əhməddi.  Dünya-aləm  Xoca 

Əzizin  gözündə  qaraldı.  Dedi:  “Ey  dadi-bidad!.....Bu  zalım 

oğlu zalım uşaqları öldürəcək”. Qaldı mat-məətəl ki: “Nə təhər 

eləyim? Mənim burda əlimdən bir iş gəlmiyəcək. Burada qılınc 

vurmaq lazımdır. Xəbərə getsəm  də buradan Çənlibelə azı  bir 

həftəlik yoldu” (“Koroğlu” dastanından). 



ÇalıĢma.  İmtahana  gəlməmişsiniz.  Dekana  izahat  yazın. 

Ġzahata verilən tələbləri göstərməklə onun yazılış formasını qı-

saca qeyd edin.  



 

 

Monoloji nitqin növləri 

 

Monoloji nitqin natiqlik üslubunda ən çox yayılmış növləri 



çıxıĢmühazirə və məruzədir.  

ÇıxıĢ  məişət  üslubunun  ən  geniş  yayılmış  növüdür.  Mo-

noloji nitqin bu növü daha çox prezident yanında ilin yekunları 

və  ya  istehsalatın  hər  hansı  bir  sahəsinə  aid  toplantıda, 

nazirlərin hesabatında, yığıncaqlarda və iclaslarda səsləndirilir.  

Məsul  şəxs  qarşısında  başqalarının  monoloji  nitqi  çıxıĢ 

adlanır. Ali məktəb rəhbərliyinin səlahiyyətli nümayəndələrinin 

(rektor,  prorektor,  tədris  hissə  müdiri,  dekan,  dekan  müavini, 

kafedra müdiri və b.), orta və peşə məktəblərinin, lisey və kol-

leclərin,  mənzil-istismar  sahələrinin,  idarə,  müəssisə  və  təşki-

latların  başçılarının  sinifdə,  auditoriyada,  iclas  zalında,  kabi-

netdə ümumiyə xitabən danışması, toy məclisində masabəyi və 

qonaqların təbrik üçün söz deməsi, mərasimlərdə, mitinqlərdə, 

bir tikilinin, qurğunun açılışında, hər hansı bir görüşdə deyilən 

qısa, yığcam, bəzi hallarda geniş fikirlər toplusu çıxıĢdır

Çıxışda  söz  alıb  danışanın  nitqi  hansı  münasibətlə  deyil-

məsindən çox asılıdır. Söz sahibinin mövqeyi, həyatda tutduğu 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə