140
daxilində məzmunla bağlı bir-birini əvəzləyir. Bu nitq növü
mühazirə, məruzə, çıxıĢ, məqalə, məktub, məlumat və s.
şəkillərində təzahür tapır. Monoloji nitq müxtəlif məqsəd və
məzmunda olur. Burada danışma, dinləmə, oxuma proses-
lərində məlumat vermə, inandırma, öyrətmə, təbiət və cəmiyyət
hadisələri haqqında nəzəri, elmi bilikləri çatdırma, insanın
daxili hiss və həyacanını ifadə etmə və s. kimi hallar öz əksini
tapır. Bu zaman danışan şəxs öz elmi, nəzəri, faktiki düşün-
cələrini də, mənimsədiyi məsələləri, həyat təcrübəsi əsasında
gəldiyi nəticələri də şərh və ya izah edir. Deməli, şəxsin fikir
və mülahizələri özünün fərdi düşüncələrinin, təfəkkürünün
məhsulu da ola bilər, özünə qədər deyilmiş və ya yazılmışların,
onun tərəfindən özünəməxsus tərzdə səsləndirilməsi aktı da ola
bilər. Bu baxımdan monoloji nitqini quran şəxs özünün hansı
missiyanı yerinə yetirdiyini, hansı vəzifə danışdığını nəzərə
almaqla kimə, ya kimlərə ünvanlayacağını, harada çıxış
edəcəyini və nitqinə nə qədər vaxt ayrıldığını bilməlidir. O,
ifadə edəcəyi fikrin, mövzunun həcmi və xarakterini müəyyən-
ləşdirməli, müraciət forması və dil materialını götür-qoy et-
məli, seçməli, dinləyicilərin səviyyəsini, eləcə də danışacağının
onlara necə təsir edəcəyini təsəvvüründə canlandırmalı, din-
ləyicilərin reaksiyasına özünü hazırlamalıdır.
Monoloji nitq danışandan yüksək nitq mədəniyyəti, rabitəli
və rəvan danışıq qabiliyyəti tələb edir. Təlim-tədris müəssisə-
lərində monoloji nitqin öyrənilməsində hər hansı bir mövzunun
və ya mətnin nəql edilməsi xüsusi əhəmiyyət daşıyır, biliklərin
möhkəmləndirilməsində ilkin mərhələdir. Mətnin oxunması,
ardınca mövzu üzrə sual-cavab aparılması, sonra danışılması
onun mənimsənilməsini başa çatdırır. Mövzunun belə öyrədil-
məsi onun uzun müddət və ya həmişəlik yadda qalmasına
zəmin yaradır.
Şifahi monoloji nitqin bir forması da spontan, yəni xüsusi
hazırlıq olmadan, bədahətən söylənilən nitqdir. Danışıqda im-
provizasiya kimi xatırlanan belə tez, sürətli, qabaqcadan
141
düşünülməmiş nitqə ekspromt da deyilir. Ekspromt nitq əvvəl-
cədən planlaşdırılmadığından çoxları üçün çətindir. Ani vaxt
ərzində, elə danışıq məqamında öz fikrini cəmləşdirib nədən və
necə danışacağını, öz mülahizə və fikirlərini hansı tərzdə
çatdıracağını hər adam bacarmır. Spontan nitqdə danışanın
həyat təcrübəsi, dünyagörüşü, zəngin müşahidələri, müəyyən
hadisə və məsələlərə bələdliyi böyük rol oynayır. Belə şəxs
istənilən şəraitdə öz fikrini toplamağı, ona münasib söz, ifadə
tapmağı, nitqini düzgün və dəqiq cümlələrlə çatdırmağı bacarır.
Monoloji nitq bədii əsərlərdə janr müxtəlifliyi nəzərə
alınmaqla məişət danışığından fərqlənir. Monoloji nitqin nəql-
etmə, təsviri, məlumatverici, daxili, inandırma və təbliği
növləri vardır. Dram əsərlərindəki monoloji nitqdə əksər hal-
larda danışan şəxs öz həyatını, daxili aləmini, həyata və
hadisələrə baxışını ifadə edir. N.Vəzirovun “Yağışdan çıxdıq,
yağmura düşdük” komediyasında Cəvahir xanımın, “Müsibəti-
Fəxrəddin” faciəsində Fəxrəddin bəy və Səadət xanımın,
Ə.Haqverdiyevin “Bəxtsiz cavan” faciəsində Rüstəm bəyin,
C.Məmmədquluzadənin “Ölülər” pyesində Şeyx Nəsrullah və
kefli İsgəndərin, S.Vurğunun “Vaqif” dramında Vaqifin mono-
loqları məşhurdur.
Sual və tapĢırıqlar:
1. Yazılı nitqdə şifahi nitq ünsürlərini əvəz edən vasitələr
hansılardır?
2. Monoloji nitq özünü hansı formalarda göstərir?
3. Monoloji nitqin yazılı forması ilə şifahi forması arasında
hansı fərqlər vardır?
4. Monoloji nitq nədir, onun əsas keyfiyyəti nədən
ibarətdir?
5. Monoloji nitqin hansı növləri vardır?
ÇalıĢma. Mətnləri oxuyun, onların monoloji, yaxud da
dialoji nitqə aid olduğunu yazın.
a) Yenə o bağ olaydı, yenə yığışaraq siz
142
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham....
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
***
Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydın ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə də bir vuraydı qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli! (M.Müşfiq.“Yenə o bağ olaydı”)
b) Qəzənfərin səsi: Axır bir gün mən olmayacağam. Bax
sənə bircə əmanətim bu uşaqlardır. Ömür vəfa eləsə, hamısını
özüm böyüdüb başa çatdıracam. Yox, işdi....onda, bax, bunları
sənə tapşırıram. Demirəm ki, hamısına ali təhsil ver. Demirəm,
hamısını doktor elə, inciner elə, alim elə. Yox, kim olurlar – ol-
sunlar, alim, fəhlə, həkim. Amma adam olsunlar, yaxşı adam
olsunlar. Sonra, Həmidə, bir gün gələcək, hamısı böyüyəcək,
boya-başa çatacaq və yuvasını tərk eləyən quşlar kimi bir-bir
uçub gedəcəklər. Bax, onda onlara vəfasız demə ha! Onu bil ki,
hara getsələr, hansı ailəyə düşsələr, səndən də, məndən də nə
isə aparacaqlar. Necə ki, biz də bir-birimizlə görüşəndə hərə-
miz öz ata-babalarımızdan nə isə bir şey gətirmişdik. De-
yəcəksən, Qəzənfər yenə də filosofluq eləyir. Amma bax, mən
belə fikirləşirəm. Adamlar hamısı nəsildən-nəslə bir-birinə bir
Dostları ilə paylaş: |