1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə31/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   27   28   29   30   31   32   33   34   ...   128

 

 

93 



müxtəlif  toplantılarda,  müdafiə  şuralarında,  müəllimlərin  ali 

məktəb  auditoriyalarında,  elmi-praktik  konfranslarda,  savadlı 

və  hazırlıqlı  aparıcı  və  diktorların  ekran  və  efir  qarşısında  et-

dikləri  nitqdir.  Nitqin  bu  növü  yaradıcı  xarakter  daşıyır.  Ziya-

lılar, alimlər, professor, dosent və baş müəllimlər öz araşdırma-

larını,  tədqiqatlarını  yazılı  (monoqrafiya,  dərslik,  dərs  vəsaiti, 

məqalə)  və  şifahi  (mühazirə,  məruzə,  çıxış,  məlumat)  vasitə-

lərlə  məntiqli,  ardıcıl,  dəlil-sübutlarla,  ümumiləşdirmələr,  nə-

ticələrlə oxucu və dinləyicilərə çatdırırlar. 

6. İctimai-məişət natiqliyi. Natiqliyin bu növündə yubiley 

tədbirlərində, bayramlarda, toylarda, şənliklərdə, ad günlərində, 

dəfn mərasimlərində və  s.  adamlar təbrik  nitqi  söyləyir, sağlıq 

deyir,  çıxış  edirlər.  Məişət  zəminində  söylənilən  bu  çıxış  – 

nitqlərdə  haqqında  söhbət  gedən  adamın  şəxsiyyətinə,  hadisə-

nin mahiyyəti və əhəmiyyətinə aid xoş sözlərə, obrazlı ifadələ-

rə, təntənəli qurulmuş cümlələrə, təriflərə, təbriklərə və başsağ-

lığı etiketlərinə geniş yer verilir. Natiqliyin bu növü iki forma-

da özünü göstərir: Birincisi, görkəmli şəxslərə 

 elm, təhsil və 



mədəniyyət  xadimlərinə,  yazıçı,  bəstəkar,  rəssam,  aktyorlara, 

əmək və müharibə veteranlarına, eləcə də əlamətdar tarixi gün-

lərə  həsr  olunmuş  tədbirlər;  ikincisi,  ailədə  dostlar,  yaxın 

adamlar və tanışlarla keçirilən ad günləri, yubiley şənlikləri. Bu 

tədbirlərin  forma,  keçirilmə  və  qeyd  edilmə  şəraiti  müxtəlif 

olur:  səsləndirilən  fikirlər,  rəylər,  nitqlər  öz  ifadə  tərzinə  görə 

bir-birindən fərqlənir. Öz dövrü üçün hadisə sayılan bir şəxsin 

yubiley  tədbirində  neçə-neçə  kollektivin  nümayəndələrinin  iş-

tirakı ilə keçirilən yığıncaqda müəssisə, ali məktəb rəhbəri özü, 

əgər birinci şəxsə həsr olunmuşsa həmin müəssisə, təşkilat, fe-

derasiya və ya konfederasiyanın mötəbər şəxslərindən biri giriş 

nitqi  söyləyir,  sonra  əvvəlcədən  müəyyənləşdirilmiş  səlahiy-

yətli şəxslərə təbrik üçün söz verilir, çıxışlar olur, xatirələr söy-

lənilir,  yubilyarın  əmək  fəaliyyətindən,  şəxsi  keyfiyyətləridən, 

xalq  və  dövlət  qarşısında  gördüyü  işlərdən  bəlağətlə,  haqlı 

təriflərlə söz açılır. Belə tədbirlər zamanı çıxışlarda ciddilik qo-




 

 

94 



runur, amma zarafatlara yol verilmir. Ailədə, dostlar, qohumlar 

arasında  keçirilən  yubiley  və  ad  günündə  şənliyin  səbəbkarı 

haqqında  ürək  sözləri  deyilir,  onun  mənəvi  və  iş  keyfiyyətləri 

qeyd edilir, ailədə mövqeyi və qayğıları xatırlanır. Bu tip təbrik 

və  çıxışlar  daha  səmimi  olur,  yada  salınan  hadisə  və  faktlar, 

səbəbkarın  xarakter  cizgiləri  incə  yumorla,  qanadlı  sözlər,  ob-

razlı  ifadələrlə  emosional  tərzdə  səsləndirilir.  Şadlıq  sarayla-

rında keçirilən toy mərasimlərində yaxşı seçilmiş masabəyinin 

nitqi daha təsirli, canlı və xoşagələn olur. Masabəyi toy məcli-

sinin marağına rəğmən məzəli əhvalatlar söyləyir, gəlin, bəy və 

onların  yaxınları,  eləcə  də,  ümumiyyətlə,  ata,  ana,  gözəl  qız, 

qadın,  məhəbbət  haqqında  bildiyi  şeirləri,  lətifələri  özünə-

məxsus yumorla musiqi sədaları altında xüsusi ahənglə ucadan 

səsləndirir.  Şadlıq  saraylarında  söylənilən  nitqlərdə  dilimizin 

bütün zənginlikləri, onun ifadəli dil vasitələri məclis əhlinin ru-

hunu  oxşamağa  yönəldilir.  Dəfn  mərasimlərində  söylənilən 

nitqlər həcmcə qısa və  yığcam olur. Məişət nitqinin bu forma-

sında monoton ifadə tərzi insanları düşündürən həyat və ölüm 

məsələlərinə,  təskinedici  və  təsəlliverici  sözlər  və  cümlələrlə 

hüznlü, qəmli, təsirli şəkildə insanlara çatdırılır.  

Natiqlik sənətinin digər sahələrindən dini natiqliyi (din xa-

dimlərinin  moizə  və  xütbələri,  "Quran"dan  ayə  və  surələrin 

oxunması,  "Quran"  tapşırma,  ehsan  və  süfrə  dualarının  oxun-

ması,  axund  və  mollaların  imamların  müsibətləri  haqqında 

çıxışları),  bədii  natiqliyi  (bədii  axşamlarda  şair  və  yazıçıların 

nitqləri;  şair,  yazıçı və  bəstəkarlar haqqında mühazirə, məruzə 

və çıxışlar),  səhnə  natiqliyi, ekran və  efir natiqliyini  qeyd  et-

mək olar (12, səh.129). 



Ekran  natiqliyi  kütləvi  informasiya  vasitələrindən  olan 

televiziya  verilişlərinə  aiddir.  Yazılı  və  şifahi  nitqin  xüsusiy-

yətlərini özündə əks etdirən bu nitq monoloji və dialoji forma-

larda  təzahür  tapır.  Televiziya  verilişlərində  nitqin  məzmunu 

təsvirlər və mətnlərlə tamaşaçılara canlı çatdırılır. Çoxmilyonlu 

auditoriya  üçün  səsləndirilən  bu  nitq  ədəbi  dilimizin  qay-




 

 

95 



dalarına, xüsusən də onun orfoepik normalarına cavab verməli, 

diksiya  baxımından  aydın  və  təbii,  effektivlik  baxımından  isə 

nümunəvi olmalıdır. 

 

Sual və tapĢırıqlar: 

1. İctimai-siyasi natiqlik hansı mövzularda öz ifadəsini tapır? 

2.  Son  bir  ildə  ölkə  prezidentinin  hansı  çıxışını  televi-

ziyada dinləmisiniz və bu çıxış əsasında ictimai-siyasi nitqi ne-

cə xarakterizə edə bilərsiniz? 

3.  Diplomatik  natiqliyi  ictimai-siyasi  natiqlikdən  fərq-

ləndirən nədir? 

4.  Məhkəmə  natiqliyində  ittihamçının  nitqi  nələrə  əsasla-

nır? Bəs müdafiə olunanın çıxışı? Haçansa məhkəmə iclasında 

olmusunuz  və  ya  haqqında  eşitmisinizmi?  Nələri  qeyd  etmək 

istərdiniz? 

5.  Həqiqi  hərbi  xidmətə  çağırılan  gənclər  qarşısında  hərbi 

komissarın  çıxışı  haqqında fikrinizi  izah edin.  O, nələri demə-

lidir? 

6.  Akademik  natiqliyi  sizə  mühazirə  oxuyan  müəllimlərin 



timsalında xarakterizə edin. 

7.  İctimai-məişət  natiqliyin  bir  növünü  imitasiya  edin. 

Nələrə yer vermək lazım olduğunu izah eməyə çalışın. 

8. Fonetik-orfoqrafik norma hansı nitq üçün əsasdır? 

9.  Şifahi  nitqdə,  əsasən,  hansı  cümlə  tiplərindən  istifadə 

olunur? 


10.  Cümlədə  eyni  köklü  üzvlərin  ardıcıl  sıralanması  nitq 

baxımından  nə  qədər  münasibdir?  Misallar  gətirin  və  fikrinizi 

izah edin. 

11. Ritorik suallardan hansı məqamlarda istifadə olunur? 

12. Emosional nida və ədatlara aid nümunələr göstərin. 

13.  Dil,  yoxsa  nitq  dəyişikliklərə  çox  məruz  qalır?  Son 

iyirmi ildəki dil dəyişikliklərini xatırlayın. 

ÇalıĢma. Aşağıdakı söz birləşmələrini cümlələrdə həm hə-

qiqi,  həm  də  məcazi  mənada  işlədin:  ağzına  su  almaq,  yoldan 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə