1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə30/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   26   27   28   29   30   31   32   33   ...   128

 

 

89 



onun fəaliyyəti önəmli rol oynayır), məntiqlə (Təfəkkürün qa-

nun və formaları haqqında elm kimi  fikrin, əqli nəticənin düz-

günlüyünü, ağlabatanlığını öyrənir. Nitqin effektliyinin məntiq-

liklə  bağlı  olduğunu  əsaslandırır)  və  başqa  elm  sahələri  ilə  də 

müəyyən dərəcədə əlaqədardır.  

 

Sual və tapĢırıqlar: 

1. Nitq mədəniyyəti tədris fənni və elm kimi dilçiliyin han-

sı sahələri ilə əlaqədardır? 

2. Nitq mədəniyyətinin leksikologiya ilə əlaqəsi nəyə əsas-

lanır? 

3.  Nitq  mədəniyyəti  ilə  üslubiyyatın  bir-birinə  yaxınlığını 



necə izah etmək olar? 

4.  Nitq  mədəniyyətinin  qrammatika  ilə  əlaqəsini  nədə 

görürsünüz? 

5.  Nitq  mədəniyyətini  üslubların  düzgünlüyünü  öyrənən 

fənn kimi xarakterizə etmək olarmı? 

6.  Nitq  mədəniyyətinin  etika,  estetika,  ədəbiyyat,  pedaqo-

gika,  psixologiya  və  fiziologiya  ilə  bağlılığını  ayrı-ayrılıqda 

izah edin.  



ÇalıĢma.  Şeiri oxuyun,  dilin  gözəlliyini xarakterizə edən, 

estetik duyğular oyadan məzmunun forma ilə vəhdətdə olduğu 

məqamları göstərin: 

 

Badi-səba, mənim dərdi-dilimi



Ol büti-zibaya dedin, nə dedi? 

Ahu-naləm asimanə yetdiyin,  

Gərdəni-minayə dedin, nə dedi? 

 

Düşüb ayağına sən o zalımın, 



Söylədinmi necəliyin halımın? 

Onun həsrətindən rəngi-alımın,  

Döndüyün heyvayə dedin, nə dedi? 

 



 

 

90 



Görsə idin varmı məni-bimarə

Nüsxeyi-hüsnündə onun bir çarə; 

Dildə iztirabə, təndə buxarə, 

Sərimdə sevdayə dedin, nə dedi? 

 

Qəm əlindən payi-bəstə olduğum



Hal-pərişan, dil-şikəstə olduğum

Bəstəri-möhnətdə xəstə olduğum, 

Gözləri-şəhlaya dedin, nə dedi? 

 

Sərasər fələyin şəmsü-mahına, 



Tamam yer üzünün qibləgahına, 

Zakirin əhvalın xublar şahına, 

Ağlaya-ağlaya dedin, nə dedi? 

(Q.Zakir) 

 

ÇalıĢma. Verilmiş sözləri oxuyun, onların tələffüz şəklini 

– orfoepiyasını transkripsiyada yazın: 

Gözlər,  qoymurlar,  ailə,  torpaq,  ağaclar,  unudulmayıb, 

sonra, atasından, adlamaq, gülmək, riayət 



ÇalıĢma. Orfoepiyası verilmiş aşağıdakı sözləri orfoqrafi-

ya  normasına uyğun yazın: 

[mayil], [feyil], [işdəx], [uşaxlıx], [qoun], [çəx-çəvir], [kət-

ti], [arfaepiya], [arfaqrafya]. 



ÇalıĢma. Mətndə fonetik normanın pozulduğu sözlərin al-

tından xətt çəkin,  qarşısında mötərizədə düzgün  variantını  ya-

zın. Sonra hər iki variantı müqayisə edib hansının daha yaxşı, 

düzgün səsləndiyinə münasibət bildirin.  

Dilimizdə  işlənən  “ədəbyat”  ərəb  dilindəki  “ədəb”  sözün-

dəndir. Mənası “zərifliy”, “gözəlliy”, “tərbiyyə”, “elim” və s. de-

məkdi, “hərif”, “yazı”, yəni həriflərdən ibarət yazı mənasındadı.  

“Ədəbyat”  sözünün  ayid  olduğu  sahələr  çoxdur.  Bədiyi 

ədəbyat  bədiyi  söz  sənəti  də  adlanır  və  incə  sənədin  bir  növü 

sayılır. Bədiyi ədəbiyyat öz varrığında sözə, həm də bədiyi sö-

zə  əsaslanır.  Yəni  bədiyi  ədəbiyat  həyətdə,  cəmiyətdə  rastlaş-



 

 

91 



dığımız,  şəhidi  olduğumuz  hadisələri,  əhvalatları  necə  varsa, 

eləncik  də  təqdim  etmir.  O,  hadisə  və  əhvalatları  bədiyi  söz-

lərin vasitəsilə bədiyi dillən, bədiyi lövhələrnən obrazlı şəkildə 

təsvir eləyir.  



ÇalıĢma. Avropa çempionatında qalib gəlmiş bir tələbəyə 

Prezident təqaüdü verilməsi haqqında Akademiyanın rektoruna 



xahiĢnamə ilə müraciət edin. 

 

 

NATĠQLĠK SƏNƏTĠNĠN SAHƏLƏRĠ 

 

Forma  və  məzmununa  görə  natiqlik  sənətinin  geniş  yayıl-

mış sahələri aşağıdakılar hesab olunur: 

1. İctimai-siyasi natiqlik. Bura: 1) Prezidentin inoqurasiya 

(andiçmə) nitqi; 2) Siyasi mövzuda məruzə; 3) Siyasi mövzuda 

çıxış (xarici ölkələrdə prezidentin çıxışı); 4) İcmal nitqi. Böyük 

məclislərdə  son  söz;  5)  Mitinqdə  çıxışlar;  6)  Siyasi  təbliğat-

çıların nitqi; Qanunvericilik layihələri; Parlament mübahisələri 

və  s.  İctimai-siyasi  nitq  siyasi-ictimai  əhəmiyyətli  hadisələri 

(prezident seçkisi, deputat seçkisi, yeni il ərəfəsində ölkə başçı-

sının xalqa müraciəti, Prezidentin hərbi hissələrdə ölkənin hər-

bi qüdrəti haqqında çıxışı və s.), müvafiq strukturlar qarşısında, 

toplantıda  hesabat  məruzəsi,  kütlə  və  ya  sahə  nümayəndələri 

qarşısında çıxış, eləcə də radio-televiziya vasitəsilə ölkə vətən-

daşlarına müraciət-çıxışları əhatə edir.  İstər Sovet hakimiyyəti 

dövründə,  istərsə  də  Müstəqillik  illərində  ulu  öndərimiz, 

ümummilli lider H.Ə.Əliyevin, hazırda Respublikamızın prezi-

denti möhtərəm İ.H.Əliyev cənablarının ölkənin daxili və xari-

ci siyasəti, ölkə daxilində gedən ictimai-siyasi hadisələrlə bağlı 

çıxışları ictimai-siyasi nitqin ən dəyərli nümunələridir. 

2.  Diplomatik  natiqlik.  Diplomatik  natiqliyə  dövlət  başçısı 

və  ya  xarici  işlər  nazirinin  BMT-dəki  çıxışları,  mətbuat  kon-

franslarında siyasi məsələlərlə bağlı çıxışlar və diplomatik müsa-

hibələr  daxildir.  Diplomatik  nitq  öz  xarakteri,  forması  və 




 

 

92 



məzmununa  görə  ictimai-siyasi  nitqdən  ciddi  fərqlənmir.  Prezi-

dentin nitqi dövlətin taleyüklü problemləri ilə bağlı olduğuna gö-

rə  onda  beynəlxalq  səviyyəli  məsələlərin  qoyuluşu,  respub-

likanın mənafeyi baxımından münasibəti öz əksini tapırsa, xarici 

işlər naziri  BMT-də,  ayrı-ayrı ölkələrdə keçirdiyi  mətbuat kon-

franslarında öz ölkəsinin siyasi baxışını dünya birliyinə çatdırır. 



3.  Məhkəmə  natiqliyi.  Bura  hakimlərin,  prokuror,  vəkil, 

müttəhim və şahidlərin nitqi daxil edilir. Prokuror və hakimin 

nitqi  ittihamedici,  müttəhim  və  vəkilin  nitqi  müdafiəedici  xa-

rakterdə olur.  İttihamçıların nitqi  faktların dərin təhlilinə, dəlil 

və sübutlara əsaslanır, obyektivliyə, ədalətə əsaslanır, qanunun 

aliliyi müttəhimə inandırıcı şəkildə çatdırılır. Vəkilin çıxışı da 

dəlil  və  sübutlarla  müşayiət  olunmalı,  məhkəmə  prosesində 

qaldırılan  vəsadət  baş  vermiş  hadisənin  təhlili  nəticəsində  ha-

kimin hökmünə müsbət təsir göstərməlidir. Müttəhimin istər öz 

cinayəti  haqqındakı  çıxışı,  istərsə  də  özünü  müdafiə  nitqi  mü-

nasib  sözlər,  ifadələr,  cümlələrlə  öz  şərhini  tapmalıdır,  o,  nit-

qini  məntiqi  əsasda  qurmağa  çalışmalıdır.  Hadisənin  ədalətli 

çözümü  üçün  məhkəmə salonlarında  qanunların  keşiyində  du-

ran prokurorun da, ədliyyə sistemində çalışıb qanunun aliliyini 

qorumalı  olan  hakimin  də,  adamların  vətəndaş  hüquqlarını 

müdafiə  etməli  olan  vəkilin  də,  müttəhimin  də  nitqi  rabitəli 

olmalı, əsas fikrin açılmasına xidmət etməlidir. 

4.  Hərbi  natiqlik.  Hərbi  nitqə  aiddir:  a)  Həqiqi  hərbi  xid-

mətə çağırılmış gəncləri, əsgərləri ruhlandırmaq, müqəddəs ana 

vətənimizi  qorumaq,  xalqımızın  firavan  həyatını,  təhlükəsiz 

yaşamasını təmin etmək üçün hərbi komissarın, müdafiə nazi-

rinin  çağırış  nitqi;  b)  Əsgərlərin  hərbi  andı;  c)  Hərbi  nizam-

namənin şərhi; ç) Komandirlərin hərbçilər qarşısında çıxışı. 



5.  Akademik  natiqlik.  Akademiya  sistemində,  universitet 

və  müxtəlif  ali  məktəblərdə,  elmi  müəssisələrdə,  beynəlxalq 

konfrans,  simpozium,  treninqlərdə  edilən  məruzələr,  çıxışlar, 

oxunan  mühazirələr,  elmi  rəy  və  dissertasiya  müdafiəsində 

çıxışlar və s. akademik natiqliyə daxildir. Bu, elm adamlarının 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə