1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə26/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   22   23   24   25   26   27   28   29   ...   128

 

 

77 



istirahət  mədəniyyəti, məişət  mədəniyyəti, tələbə  mədəniyyəti, 

siyasi  mədəniyyət,  dövlətçilik  mədəniyyəti,  teatr  mədəniyyəti, 

idman  mədəniyyəti,  demokratik  mədəniyyət,  müraciət  mədə-

niyyəti, dil mədəniyyəti və s. və il axır... 

Dil mədəniyyətin tərkib hissəsidir. Dil də mədəniyyət kimi 

millətin,  milli  mədəniyyətin  ən  mühüm  əlaməti,  eləcə  də  nitq 

mədəniyyətinin  ifadəçisidir.  Dil  və  mədəniyyət  xalqın  etnik 

birliyinin  fərqləmdirilməsində  əsas  ölçü  vahidi,  meyardır.  Elə 

buna görə də biz qədim yunan mədəniyyəti, qədim Roma mə-

dəniyyəti,  Fransa  mədəniyyəti,  Azərbaycan  mədəniyyəti,  və  s. 

kimi ifadələri işlədirik.  

Mədəniyyət  cəmiyyətlə,  təsərüfatla,  sosial,  siyasi,  iqtisadi 

və  ideoloji  həyatla  sıx  bağlı  olduğundan  insanların  ictimai  şü-

urunda,  onların  əxlaq  və  davranışında,  fiziki  və  zehni  fəaliy-

yətində öz əksini tapır. Mədəniyyət maddi və mənəvi formada 

özünü göstərir, yəni həm zehni, həm də fiziki əmək nəticəsində 

yaradıldığından biz onları gözlə görüb müşahidə edirik, eşidib 

anlayırıq, duyğularımızla qavrayırıq. Onlar insanların həm mə-

nəvi ehtiyaclarının, həm də gündəlik qayğılarının ödənilməsinə 

xidmət  edir.  Buraya  əmək  alətləri,  binalar,  bəzək  əşyaları,  ge-

yim,  döyüş  silahları,  idman  ləvazimatları,  incəsənət  əsərləri, 

ədəbiyyat  nümunələri,  yazılı  sənədlər,  din,  etik  qaydalar,  es-

tetik görüşlər və s. daxildir.  

Mənəvi  mədəniyyətin tərkib  hissəsi  olan nitq mədəniyyəti 

təfəkkür  mədəniyyətidir.  Hər  bir  xalqın  yaratdığı  maddi  və 

mənəvi  sərvətlər  o  xalqın  milli  mədəniyyəti  sayılır.  Milli  mə-

dəniyyətdə  hər  bir  xalqın  özünəməxsus  təfəkkür  tərzi,  mənəvi 

dəyərləri,  özünü  və  həyatı  dərk  etmə-anlaması,  bədii-estetik 

duyumu, dünyagörüşü öz əksini tapır. Bu silsilədə dilin özünə-

məxsus  yeri  və  rolu  vardır.  Dil  mədəni,  əxlaqi,  dini,  estetik 

normaların  saxlanması  və  gələcək  nəsillərə  ötürülməsində  ye-

ganə  olmasa  da,  aparıcı  və  əsas  vasitədir.  Azərbaycan  mədə-

niyyəti  ümumbəşəri  mədəniyyətin  tərkib  hissəsidir.  O,  milli 

çərçivədə  məhdudlaşıb  qalmır,  başqa  millətlərin  mədəniy-




 

 

78 



yətindən bəhrələnir və başqa xalqların mədəniyyətinə təsir edə-

rək onların formalaşması və inkişafına əvəzsiz xidmət göstərir. 

Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin musiqisinin bütün Şərq 

xalqlarına örnək olması, Azərbaycan dilinin ətraf ölkələrdə ya-

şayan  erməni,  gürcü,  çeçen,  avar,  ləzgi  və  başqa  xalqların  di-

linə  təsiri  danılmazdır.  Qarşılıqlı  mədəni  əlaqələr  milli  mədə-

niyyətimizin  inkişafına da öz müsbət  təsirini göstərir. Qərb və 

rus simfonik və balet musiqisini, rəssamlıq, boyakarlıq, heykəl-

taraşlıq  və  başqa  incəsənət  nümunələrinin  Azərbaycan  mədə-

niyyətinə təsiri çox böyükdür. Belə münasibətlərin nəticədir ki, 

Qara  Qarayevin  “Yeddi  gözəl”,  “İldırımlı  yollarla”  baletləri, 

Fikrət  Əmirovun  “Rast”,  “Şur”  muğamları,  Arif  Məlikovun 

“Məhəbbət  əfsanəsi”,  Tahir  Salahovun,  Toğrul  Nərimanbə-

yovun,  Səttar  Bəhlulzadənin  rəsm  əsərləri  dünya  incəsənətinə 

dəyərli  töhfələrdir.  Biz  dünya  sivilizasiyasına  inteqrasiya  edir 

və mədəniyyətlərarası əlaqələrimizi genişləndiririk.  

Milli  mədəniyyətin  göstəricilərindən  biri  olan  gözəl  nitq 

dilin səlisliyini, ifadə imkanlarını bütün məziyyətləri ilə çatdıra 

bilən  yazıçılardan,  söz  ustalarından,  natiqlərdən  çox  asılıdır. 

“Dədə  Qorqud  kitabı”nı,  Nəsimini,  Füzulini,  M.F.Axund-

zadəni,  C.Məmmədquluzadəni,  M.Ə.Sabiri,  Ü.Hacıbəylini  və 

onlarla digər söz-sənət korifeylərini dünyaya bəxş etmiş Azər-

baycan  xalqı  bu  dahi  sənətkarların  söz  incilərində  zəngin  nitq 

mədəniyyətinin varlığını nümayiş etdirir.  

Hər bir azərbaycanlı-müəllim, həkim, nazir, tələbə, şəhərli, 

kəndli...  nitq  mədəniyyətinə  dərindən  yiyələnməli,  ana  dili-

mizdə düzgün, gözəl danışmağa, savadlı, dəqiq, aydın yazmağa 

borcludur. Azərbaycan dili özünün səlisliyi, ifadə imkanlarının 

genişliyi ilə elə bir səviyyədədir ki, bu dilin daşıyıcıları ondan 

faydalanmaq  vərdişlərinə  yiyələnməli,  dilimizin,  mədəniyyəti-

mizin qoruyucusu və yaradıcısı olmalıdırlar. Öz dilini mükəm-

məl  bilməyəni,  onun  incəliklərini  dərindən  mənimsəməyəni 

yüksək  mədəniyyətli  adam  hesab  etmirlər,  öz  dilini  yaxşı  bil-

məyən,  onun  inkişafına,  yayılmasına,  daha  da  kamilləşməsinə 




 

 

79 



çalışmayan xalq isə mədəni millətlər arasında ola bilməz. Hər 

bir  xalq  sayı  ilə  deyil,  yaratdığı  maddi  və  mənəvi  sərvətlərin 

kəmiyyət və keyfiyyətinə əsasən tanınır.  

 

Sual və tapĢırıqlar: 

1.  Azərbaycan  dilinin  rəsmi  dövlət  dili  olması  haqqında 

Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 

fərman və sərəncamlarını xatırlayın və əhəmiyyətini izah edin.  

2.  Mədəniyyətin  inkişaf  mənbəyi  nədir  və  onu  necə  başa 

düşürsünüz? 

3. Xalq mədəniyyətinin tərkib hissələri hansılardır? 

4. Mədəni nitq hansı cəhətləri ilə fərqlənir? 

5. Nitq mədəniyyətinin qoruyucusu və daşıyıcısı anlayışını 

necə başa düşürsünüz? 

6. Nitqin funksiyalarını və əsas cəhətlərini deyin.  

7. Nitq fəaliyyəti nədir? 



ÇalıĢma.  Şifahi  xalq  ədəbiyyatında  nitq  mədəniyyətinin 

əsas göstəricilərini müəyyənləşdirin: 

...Koroğlu yaxın gəlib soruşdu: 

-

 



Ay əmi, niyə ağlayırsan? 

Qoca heç başını da qaldırmayıb dedi: 

-

 

Neynirsən?  Səndən  ki  mənim  dərdimə  dərman  olmaya-



caq, çıx yolunla get! 

Qoca sözü nə qədər yayındırmaq istədisə, Koroğlu əl çəkmədi. 

Kişi gördü olmayacaq, axırda dedi: 

-

 



İndi  ki  əl  çəkmirsən,  qabaqca  mənə  de  görüm,  sən  kim-

sən? Bu başındakı dəstə-tifaq nədi? 

-

 

Mən  Muradbəyli  tərəfdənəm.  Buradan  mal  almağa 



gəlmişik. Yollar şuluqdu deyin yaraqlı-yasaqlı gəlmişik.  

Qoca Muradbəyli sözünü eşidəndə bir fikrə cumdu. Dedi: 

-

 

Yaxşı,  deyirsən  ki,  Muradbəyli  tərəfdənsən.  De  görüm, 



Koroğlunu tanıyırsan, ya yox? 

Koroğlu gördü qocada söz var. Dedi: 

-

 

Tanıyıram. Niyə tanımıram?! 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə