1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə23/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   19   20   21   22   23   24   25   26   ...   128

 

 

68 



eyni  ölçülü  səslərin  bir-birini  izləməsinə,  növbə  ilə  təkrarlan-

masına  ahəng  (ritm)  deyilir.  Misraların  ölçüsü  hecaların  sayı 

ilə  müəyyən  edilir.  Əruz  vəznində  yazılmış  bu  qəzəldə  ölçü 

uzun  və  qısa  saitlərin  növbə  ilə  təkrarı  əsasında  qurulmuşdur. 

Səs tərkibinə görə bir-birinə uyğun gələn, eyni cür səslənən ca-

nanə, divanə, əfsanə sözləri qafiyə, misraların sonunda qafiyə-

dən  sonra  gələn  və  təkrar  olunan  könül  sözü  rədifdir.  Şeirdə 

ahəngdarlıq yaradan vasitələrdən biri bölgüdür ki, şeirin oxusu 

zamanı  misra  daxilindəki  fasilələrə  xidmət  edir.  Şeirdəki 

misradaxili  bölgü  sözlər  hesabına  gah  7+8,  gah  8+7,  gah  da 

6+9  şəklindədir,  amma  qəzəli  oxuyan  aparıcı  və  ya  xanəndə 

onu ahəngə və ya səslərin uzanması hesabına 7+8 heca şəklinə 

salır.  Ümumiyyətlə,  əruz  vəznində  yazılan  qəzəllərdə  misra-

daxili hecaların sayında fərq ola bilir. Bu fərq ayrı-ayrı səslərin 

qısa və ya uzun tələffüzü hesabına bərabərləşib tarazlaşır. Əruz 

vəznində misra daxilindəki sözləri parçalayıb hissələrə bölmək 

də  olur.  Bu  beytlərdə  fellərin  bir  dəfə  cümlənin  əvvəlində 

(uyma),  ikinci  dəfə  (edərlər  divanə)  ortada,  üçüncü  misrada 

(keçib)  sonda,  dördüncü  dəfə  (zənn  eyləmə)  ortada  gəlməsi, 

xitabın  (könül)  hər  dəfə  sonda  işlənməsi,  zülfü  qara  sevgili 

cananə  (qara  zülflü  sevgili  canan),  edərlər  səni  divanə  (səni 

divanə  edərlər),  Vahidin  ömrü  bütün  (Vahidin  bütün  ömrü), 



bu həqiqət sözü (bu həqiqi sözü), zənn eyləmə əfsanə (əfsanə 

zənn eyləmə) söz sırasının pozulması məhz şeirdə bölgü, vəzn 

və qafiyə xatirinədir.  

Mədəniyyətin göstəricilərindən olan ifadəli nitq dilin səlis-

liyindən,  onun  ifadə  imkanlarından  düzgün  faydalanmaq  vər-

dişləri ilə şərtləşir. Təsadüfi deyildir ki,  Azərbaycan dili  lüğət 

tərkibinə,  fonetik  sistemi,  morfoloji  və  sintaktik  quruluşuna 

görə dünyanın inkişaf etmiş zəngin dillərindən hesab olunur.  

Nitqin özünəməxsus xüsusiyyətləri vardır. Eyni  bir məsə-

lədən, məlum bir faktdan danışan və ya yazan iki adamın nitqi 

(əgər yazılıb əzbərlənməmişdirsə) məzmunca eyni olsa da, nəql 

etmə və ya yazılma formasına görə bir-birindən fərqlənəcəkdir. 




 

 

69 



Həyatda  bir-birinin  eyni  olan  iki  adam  olmadığı  kimi  (hətta 

əkizlər  də),  bir-birinin  eyni  olan  iki  nitq  variantı  da  yoxdur 

(hətta  bir  şairin  eyni  mövzuda  müxtəlif  vaxtlarda  yazdığı  iki 

şeiri,  hansısa  bir  yazıçının  bir  mövzuda  yazdığı  əsərinin  bir 

hissəsi  və  s.).  İnsanlar  ayrı-ayrı  fərdlər  olduğu  üçün  onların 

nitqi  də  fərdidir.  Deməli,  nitq  mədəniyyəti  fərdi  səciyyəli 

xüsusiyyətə malikdir. Bəlkə dünyanın, həyatın bənzərsizliyi elə 

bununla  əlaqədardır.  Xalqlar  müxtəlif  olduğu  kimi,  onların 

nitqi də, dili də bir-birindən fonetik, leksik, qrammatik qurulu-

şuna  görə  fərqlidir,  üslub  baxımından  rəngarəngdir.  Dildəki 

milli  fərq  insanların  nitqində  öz  təzahürünü  tapır.  Xalqların 

xarakteri  bu  və  ya  digər  dərəcədə  dillərində  də  görünür.  XIX 

əsrin görkəmli alman dilçisi V.Humboldtun  “Hər xalq orijinal 

və  təkrarolunmazdır.  Dil  xalqın  zahirə-meydana  gəlməsidir, 

onun ruhu dildir” – fikrinə haqq qazandırmaq lazımdır.  

Nitq  mədəniyyətinin  inkişafında,  ədəbi  dil  normalarına 

düzgün əməl olunmasında məktəbin, radio və televiziya veriliş-

lərinin,  dövrü  mətbuatın,  kino  və  teatrın  rolu  əvəzsizdir.  Küt-

ləvi  informasiya  vasitələri  və  tədris  müəssisələri  dilin  qayda-

qanunlarını  siyasi,  sosial,  mədəni  və  mənəvi  məsələlər  daxi-

lində  çatdırır,  qrammatik  qaydaları,  dilin  quruluşunu  bir  fənn 

kimi yox, praktik şəkildə nitq prosesində aşılayır.  

Müasir  dövrdə  hər  bir  şəxsin  ən  gözəl  keyfiyyətlərindən 

biri,  bəlkə  də  başlıcası  onun  zəngin  nitq  mədəniyyətinə  malik 

olmasıdır. Nitq mədəniyyəti insanın ümumi mədəni inkişafında 

xüsusi rola malikdir. Yadda saxlamaq lazımdır ki, məzmun və 

forma  cəhətdən  gözəl  olan  nitq  fikrin  asan  və  təsirli  çatdırıl-

masına xidmət göstərir.  

 

Sual və tapĢırıqlar:  

1.  Nitq  mədəniyyəti  dilçilik  fənni  kimi  nə  vaxtdan 

formalaşmağa başlamışdır? 

2.  Nitq  mədəniyyəti  tədris  fənni  kimi  neçənci  ildən  ali 

məktəblərdə tədris olunur? 



 

 

70 



3. Nitqin əsas məqsədi nədir? 

4. Maddi mədəniyyət deyiləndə nələr nəzərdə tutulur? 

5. Xalqın milli mədəniyyəti nələrdə təzahür edir?  

6. Mədəni nitqin əsas əlamətləri hansılardır? 

7. Dilin vəzifəsi nədir? 

8. Dil, yoxsa nitq dəyişikliyə çox uğrayır? 

9. Nitqin milli səciyyəli olduğunu necə izah edərsiniz? 

10.Nitq mədəniyyətinə verilən tələblər hansılardır? 

11.Azərbaycan  dilinin  dövlət  dili  statusu  alması  haqqında 

nə deyə bilərsiniz? 

12. Nitqlə dil arasında hansı fərqlər vardır? 

ÇalıĢma. Mətni oxuyun, dilimizi xarakterizə edən fikirlərə 

daha nələri əlavə etməyin mümkünlüyünü araşdırın: 

Dil millətin canı və qanıdır. Vətən və ana dili - bunları bir-

birindən  ayrı  təsəvvür  etmək  çətindir.  Vətəni  sevmək  doğma 

dili  sevmək  deməkdir.  Milli  dil  olmadan  xalqın  tarixini,  onun 

keçmişini,  mədəniyyətini  öyrənmək  olmaz.  Əsgərlərimiz  do-

daqlarında “Doğma vətəndən gözəl, doğma dildən şirin dünya-

da  yoxdur”,  “Şəhidlər  ölməz,  vətən  bölünməz”  sözləri  ilə  dö-

yüşlərə girmiş və vətən uğrunda canlarını əsirgəməmişlər.  

XV-XVII  əsrlərdə  dövlətçilik  mədəniyyətinə  yiyələnmiş, 

Şərqdə böyük nüfuza malik Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi 

dövlətlərinin  başında  Azərbaycan  sülalələri  dayanırdı.  Uzun 

Həsənin dövründə Ağqoyunlu dövləti Yaxın və Orta Şərqin qüd-

rətli  dövlətinə  çevrilmişdi.  Onun  nəvəsi  Şah  İsmayıl  Xətainin 

yaratdığı  Səfəvi  dövləti  bütün  Azərbaycan  torpaqlarını  birləş-

dirdi. Burada dilimiz dövlət dili səviyyəsinə yüksəlmişdi, ondan 

diplomatik yazışma, hərbi təlim dili kimi istifadə olunurdu.  

Sonralar  Azərbaycan  dilinə  çox  təcavüzlər  olmuşdur.  Za-

man-zaman bir etnos kimi xalqımızı tarix səhnəsindən silməyə 

çalışan düşmənlərimiz ilk növbədə dilimizi məhv etməyə əbəs 

yerə  cəhd  göstərmişlər.  Lakin  əcdadlarımız  Azərbaycan  dilini 

yad  təsirlərdən  və  səmərəsiz  təcavüzlərdən  qoruyub  saxlamış 

və  yaşatmışlar.  Bir  neçə  qrupa  bölünən  türk  dilləri  ailəsində 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə