1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə29/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   25   26   27   28   29   30   31   32   ...   128

 

 

86 



Estetika  mənşəcə  yunan  dilindən  alınmış  sözdür,  mənası 

hiss  edilən,  həssas  deməkdir,  gözəllik,  bədiilik  anlamındadır. 

Estetika  incəsənət  haqqında,  bədii  yaradıcılıqda,  təbiətdə  və 

həyatda  gözəl  formalar  haqqında  fəlsəfi  nəzəriyyə  olub  gözəl-

liyə, bədiiliyə, incəliyə pərəstişkarlıq, məftunluq mənalarını eh-

tiva edir. Hazırda bu söz daha çox zövq, gözəllik aləmi, səliqə-

lilik  anlamında  işlədilir.  İnsanın  estetik  tərbiyəsi  onun  xarici 

formasından tutmuş daxili aləminə qədər hər şeyin yaxşı cəhət-

dən  ölçülü-biçili  olmasını  təbliğ  edir.  Nitq  mədəniyyətində 

estetika  dilin  gözəlliyini  dinləyici  və  oxuculara  yüksək  bədii 

formada çatdırmağı nəzərdə tutur. Antik dövrün məşhur Roma 

natiqi  Mark  Tulli  Siserona  görə  “İctimai-siyasi  yerlərdə  nitq 

söyləyən, dinləyicilərə yeni bilik öyrətmək istəyən şəxs əsl na-

tiqdir.  Öyrətmək  natiqin  borcudur,  estetik  ləzzət  verməyi  ba-

carmaq  ona  böyük  şöhrət  gətirir,  güclü  təsir  göstərmək  isə  ol-

duqca zəruridir” (Ob oratorskom iskusstve, M., 1958, səh. 35.) 

İnsandakı zahiri, təbii gözəllik və mənəvi, intellektual-əxla-

qi  gözəllik  nitq  gözəlliyi  ilə  vəhdətdə  olanda  ahəngdarlıq  ya-

ranır.  Gözəl  əxlaqi  keyfiyyətlər  mədəni,  gözəl,  cəlbedici  nitqlə 

uyarlıq  təşkil  edəndə  insanda  gözəllik  hissi,  estetik  duyğular 

güclənir. Estetik mədəniyyət gözəllik qanunlarına əsaslanır. Nitq 

mədəniyyətinin  gözəlliyi  isə  əsasən  fitri  olmur.  O,  həyatda, 

zəhmətdə, təcrübədə püxtələşir, təkmilləşir. Gözəl nitq o nitqdir 

ki, o, məzmun və forma gözəlliyi cəhətdən vəhdət təşkil edir.  

Ġncəsənət bədii yaradıcılıq sahələrindən biri olub obyektiv 

varlığın bədii surətlərdə  yaradıcı şəkildə  əks etdirilməsi,  bədii 

yaradıcılıq fəaliyyəti, gözəl, nəfis sənətlər anlamındadır. Natiq-

lik  və  incəsənət  ümumxalq  mədəniyyətinin  tərkib  hissələridir. 

Həm  natiqlik,  həm  də  incəsənət  estetik  ləzzət  mənbəyidir.  İn-

cəsənət  növləri  tamaşaçıya,  dinləyiciyə,  oxucuya  mənəvi  qida 

verir, gözəllik aləmini nümayiş etdirir, zövqləri oxşayır. Gözəl 

nitq  də  musiqi,  rəsm  əsərləri,  şeir  kimi  dinləyicilərin  qəlbini 

fəth edir, onları düşündürür, həyəcanlandırır. Natiqlik və incə-

sənət  növləri dərin ağlın, istedadın  bəhrəsidir, xüsusi  yaradıcı-




 

 

87 



lıq sahələridir, xalqın bədii təfəkkürü ilə, həyat və məişət tərzi, 

ictimai-siyasi quruluşla bağlıdır (Kamil Əliyev. Natiqlik sənəti. 

Azərnəşr,  Bakı,  1994,  səh.  8).  Deməli,  incəsənət  gerçəkliyin, 

obyektiv  varlığın  insan  şüurunda  bədii  obrazlar  şəklində  əks 

olunma  formasıdır.  Özünü  incəsənətdə  əks  etdirən  nitq  mə-

dəniyyəti  insanın  bədii  inkişaf  səviyyəsini,  onun  fəaliyyətinin 

keyfiyyət dərəcəsinin göstəricisidir. Bədii obraz, tipiklik, bədii 

metod  və  ustalıq  incəsənətlə  bağlıdır,  nitq  mədəniyyəti  də 

gözəlliyə,  ülviliyə,  estetik  ölçüyə  meyllidir,  onlar  insanların 

gözəlliyi dərk etməsinə yardımçı olur.  

İncəsənət gerçəkliyin insan şüurunda bədii obrazlar şəklin-

də təzahür  forması  kimi  bədii  yaradıcılıqda məzmun  və forma 

vəhdətini  əsas  götürür.  İncəsənətdə  məzmun  və  forma  vəhdəti 

eyni dərəcədə nitq mədəniyyətinə də aiddir. Məzmun və forma-

nın uyğunluğu yaradıcılıq prosesində və onun nəticəsi kimi hər 

hansı bir nitqdə - mühazirə, məruzə və ya çıxışda gözlənilmə-

lidir. Forma və  məzmun  arasında  yüksək ifadəlilik,  düzgünlük 

və  dəqiqlik  olanda  fikir  dinləyiciyə  tez,  asan  və  deyənin  istə-

diyi kimi təsirli çatır.  

Nitq  mədəniyyəti  ədəbiyyatla  sıx  bağlıdır.  Bədii  ədəbiy-



yat  və  natiqlikdə  söz  həlledici  rol  oynayır.  Ədəbi  janrların  – 

mənzum, epik və dramatik əsərlərin əsas xüsusiyyətlərini nəzə-

rə almadan onları dinləyicilərə yüksək səviyyədə, ifadəli çatdır-

maq  qeyri-mümkündür.  Əruz  vəznində  yazılmış  qəzəli,  qəsidə 

və  ya  məsnəvini,  heca  vəznində  qələmə  alınmış  qoşma,  təcnis 

və ya gəraylını, sərbəst vəzndə yazılmış şeirləri oxumaq yaxud 

əzbər  söyləmək  natiqdən  (müəllimdən,  diktordan,  aparıcıdan) 

bu sahələri dərindən bilməyi tələb edir. Müəyyən süjet və kom-

pozisiya  əsasında  qurulan  bədii  əsər  və  gözəl  nitq  bədii  təsvir 

və ifadə vasitələri ilə qurulduğundan nəzəri çox tez cəlb edir.  

Bədii  əsərin  ifadəli  oxusu  onun  bədii  dəyərini  artırmaqla, 

dinləyicilərə  sevdirməklə,  oxucuların  bədii  zövqünü  yüksəlt-

məklə  sənət  incilərini  oxumağa  böyük  maraq  doğurur,  mütali-

əyə  coşqun  həvəs  yaradır.  Məktəblilər,  tələbələr,  ümumilikdə 




 

 

88 



gənclər nəsr əsəri ilə dramı, faciə ilə komik əsəri, yaxud nağılla 

oçerki, hekayə ilə esseni, təmsillə əfsanəni, məzhəkə ilə novel-

lanı  bir-birindən  ayırmağa  nail  olurlar.  Onlar  bu  əsərləri  eyni 

ahənglə, eyni tonda, eyni intonasiya ilə oxumağın fərqini anla-

yır, bədiiliyə, ahəngdarlığa, ifadəliliyə, emosionallığa xələl gə-

tirən oxu vərdişlərindən xilas ola bilirlər.  

Nitq mədəniyyəti tarixlə (Azərbaycan gerçəkliyində yaxın 

keçmişdə  Azərbaycanın  Rusiya  ilə  İran  arasında  bölüşdürül-

məsi, xalqımızın öz soykökündən ayrılması, öz tarixi keçmişini 

unutması,  sosializm  ideyasının  qeyd-şərtsiz  qəbul  edilməsi, 

xalqımızın öz dədə-baba torpaqlarından departasiyası, sərvətlə-

rimizin  talanıb  yad  respublikalara  əvəzsiz  göndərilməsi  və  s. 

məsələlərindən  danışılarkən  müəllim  də,  tələbə  də  milli  möv-

qedən  çıxış  etməyi  unutmamalı,  danışığının  ahəngini  dinlə-

yicilərin vətənpərvərlik ruhunda tərbiyəsinə kökləməlidir), psi-

xologiya (Nitq insanların səciyyəvi xüsusiyyətlərini – davranı-

şını, əhval-ruhiyyəsini, psixi fəaliyyətinin proses və qanunauy-

ğunluğunu öyrənən psixologiya ilə, daha dəqiq desək psixolo-

giyanın  öyrəndiyi  təfəkkürlə  bağlıdır.  İnsan  danışanda  və  ya 

başqalarını dinləyəndə onun şüuru, beyni  deyilənləri və dinlə-

diklərini analiz edir, müsbət və mənfi emosiyalara istər-istəməz 

reaksiya  verir,  nəyin  yaxşı,  nəyin  pis  olmasına  bütün  vücudu 

ilə  bağlı  olur),  pedaqogika  (tərbiyə,  təlim  və  tədris  haqqında 

elm olan pedaqogika təlim-tədris prosesində şəxsiyyətin rolunu 

müəyyənləşdirir. Ali və orta məktəblərdə müəllimlər şagird və 

tələbələrə pedaqoji cəhətdən yararlı, lazım olan tərbiyəni, əxla-

qi davranışı, mədəni rəftarı elə öyrətməli, elə aşılamalıdırlar ki, 

uşaqlar,  yeniyetmələr  və  gənclər  xalqımıza  layiq  şəxsiyyətlər 

kimi  yetişsinlər.  Böyüməkdə  olan  gənc  nəsil  nitq  mədəniyyə-

tini, ədəbi dilin normalarını bilməli və onları istər şifahi, istərsə 

də  yazılı nitqdə tətbiq etməyi bacarmalıdır), fiziologiya (Canlı 

orqanizmin  və  onun  hissələrinin  həyati  vəzifələri  və  fəaliyyəti 

haqqında  elmdir.  Orfoepiya  qaydalarını  öyrənərkən  danışıq 

səslərinin  düzgün  tələffüzündə  danışıq  cihazının  quruluşu  və 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə