1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə34/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   30   31   32   33   34   35   36   37   ...   128

 

 

102 



(şəxs)  şəkilçilərini  artırıb  sıra  ilə  yazın:  stadion,  meydança, 

matç, cığır, məşqçi, prezident, federasiya 



ÇalıĢma. Sözlərdən cümlələr düzəldib yazın: 

1) idman, zəngin, var, Azərbaycan, qədim, tarix, və 

2)  müharibə,  ölkəmiz,  on  minlər,  gətirmək,  insan,  fəla-

kət,Qarabağ 

3)  Laçın,  faciə,  ictimaiyyət,  də,  çatmamaq,  dünya,  hələ, 

Kəlbəcər 

4) intizamlı, vəzifə, borc, hər, olmaq, bir, və, deyirlər, tələbə 

5)  sonra,  dincəlmək,  bir,  qəbul,  çox,  və,  faydalı,  etmək, 

duş, az, məşq 

ÇalıĢma. ağrı, al, at, bel, boğaz, burun, dolu, düz, dil, inci, 

kök, qaş, qol, quru sözləri həm çoxmənalı, həm də omonim ola 

bilir.  Onları  əvvəlcə  omonim,  sonra  da  çoxmənalı  söz  kimi 

cümlələrdə işlədin. 



ÇalıĢma.  Səslərinin  sayı  hərflərinin  sayından  çox  olan 

sözləri seçib transkripsiyada yazın: 

Aynurə, cəmiyyət, çiçək, dostluq, ailə, xasiyyət, hökmdar, 

hovuz,  hövsələ,  müasir,  neftçi,  polad,  Faiq,  şlüz,  şeir,  qulaq, 

tövbə, üzrlü 

ÇalıĢma.  Vurğusu  son  hecaya  düşən  sözləri  göstərin: 

kamera,  Nəzirə,  gümüş,  qrafika,  söyüd,  güllük,  Asiya,  sanki, 

tirmə, barama, albalı 

ÇalıĢma.  Vurğusunun  yerini  dəyişərkən  mənası  dəyişən 

sözləri  tapın,  hansı  mənalarda  işlənə  bildiyini  misallarla  gös-

tərin:  Xəyyam,  əyin,  saqqal,  gəlin,  səpin,  ilmə,  bildir,  gəlir, 

güldür, süzmə, dondurma 



ÇalıĢma.  Ahəng  qanununa  tabe  olmayan  əsl  Azərbaycan 

sözlərini ayrıca yazın, nə üçün ahəng qanununa tabe olmadığını 

qeyd edin: güldan, ilan, çörək, ilmə, Türkan, hafizə, ilxı, metal, 

işıq, oyun, ilğım, afərin 



ÇalıĢma.  Qrupunuzda  xoşagəlməz  bir  hadisə  baş  vermiş-

dir.  Üç  nəfər  tələbənin  adından  akt  tərtib  edin.  Akta  verilən 

tələbləri göstərin. 



 

 

103 



 

 

NĠTQĠN ƏSAS KEYFĠYYƏTLƏRĠ 

 

Müasir  dövrümüz  gənc  nəslin  qarşısında  yüksək  nitq  mə-



dəniyyətinə  yiyələnmək  vəzifəsini  qoyur.  Dövlət  qurumların-

dan  dəfələrlə  narazılıq  eşidilmişdir  ki,  gənclərimiz,  xüsusən 

Bədən  Tərbiyəsi  və  İdman  Akademiyasının  Olimpiya  oyunla-

rında, dünya və Avropa çempionatlarında öz gücü, iradəsi, dö-

zümlülüyü ilə fərqlənərək medallar qazanmış tələbə və məzun-

ları efir və ekran qarşısında, dövlət başçısı Prezidentə məlumat 

verəndə öz uğurlu nəticələri haqqında olduqca sönük çıxış edir, 

4-5  cümlədən  ibarət  fikrini  gözəl,  rəvan,  səlis  dillə  ifadə 

etməkdə  çətinlik  çəkirlər,  yüksək  idman  nəticələri  ilə  bütün 

dünyanı heyran qoymuş  çempionlarımız öz rabitəsiz və sönük 

çıxışları  ilə  dinləyiciləri  çox  təəccübləndirirlər.  Doğrudanmı 

səlis, rəvan, gözəl danışmağı bacarmaq belə çətindir? Axı gözəl 

danışığa  yiyələnmək  həyatda  qazanılır  və  hər  kəsin  özündən 

asılıdır.  Hələ  eramızdan  əvvəl  yunan  və  Roma  natiqlik  mək-

təblərinin  görkəmli  nümayəndələri  Diogen  və  Demetriy  nitqin 

beş  keyfiyyətini  -  təmizliyini,  aydınlığı,  yığcamlığı,  məq-

sədəuyğunluğu və gözəlliyini əsas sayaraq mədəni nitqi müəy-

yənləşdirən məziyyətlərin həlledici olduğunu önə çəkirdilər. 



NĠTQĠN DÜZGÜNLÜYÜ. Nitqin düzgünlüyü eyni dərə-

cədə onun forması və məzmununa hesablanmış anlayışdır, yəni 

düzgün  nitq  formaca  və  məzmunca  düzgün  qurulmuş  nitqdir. 

Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik qaydalara ria-

yət  etmək  azdır,  ədəbi  dilin  digər  normaları  da  nəzərdə  saxla-

nılmalıdır. İlk növbədə cümlələr məntiqi cəhətdən düzgün qu-

rulmalı, dilin fonetik, leksik və qrammatik normaları pozulma-

malıdır.  Hadisələr,  faktlar,  onların  səbəb-nəticə  əlaqələri  bilə-

rəkdən  təhrif  olunmuş  şəkildə  dilə  gətirilməməli,  reallıqdan 

uzaqlaşma  hallarına,  yalan  məlumatlara,  layiq  olmayan  tərif-

lərə, nöqsanların ört-basdır edilməsinə yol verilməməlidir. De-



 

 

104 



məli,  düzgün  nitq  ifadə  olunan  fikrin  həqiqiliyindən,  doğru-

dürüstlüyündən  çox  asılıdır.  Tarixi  reallığı  düzgün  qiymətlən-

dirə  bilməyən  natiqin,  mühazirəçi,  məruzəçi,  icmalçının  çıxışı 

dil normalarına cavab versə də, düzgün nitq sayıla bilməz. Nit-

qin düzgünlüyü yalnız o zaman təmin oluna bilər ki, nitq söy-

ləyən  şəxs  bədii  təsvir  vasitələrindən,  sinonimlərdən,  obrazlı 

ifadələrdən, yeri gəldikcə atalar sözləri, zərb-məsəllərdən, afo-

rizmlərdən məqamında da bəhrələnsin. Deməli, nitqin düzgün-

lüyü  üçün  məntiqi  və  qrammatik  cəhətdən  düzgün  qurulmuş 

cümlələr  əsas  götürülməklə  ədəbi  tələffüz  qaydaları  gözlənil-

məli,  normal  diksiya,  nitq  fasilələri,  məntiqi  vurğu  nəzərdə 

saxlanılmalıdır.  Nitqi  ağırlaşdıran,  məzmunun  dinləyicilərə 

çatdırılmasını çətinləşdirən, həcmcə böyük, dolaşıq, təm-taraqlı 

cümlələr işlədilməməlidir. Nitqin düzgünlüyü natiqlə dinləyici-

lər arasında qarşılıqlı anlaşmanı təmin edir. Nitqin düzgünlüyü 

ədəbi dil normaları daxilində mümkündür. Kommunikativ key-

fiyyətə xidmət edən düzgünlük gerçəklik haqqında verdiyi mə-

lumata düz mütənasibdir. Düzgünlük anlayışı, əsasən, mövzuya 

aiddir. Mövzu dəqiq və konkret olarsa, natiq də öz fikrini dəqiq 

və yığcam qura bilər. Deməli, nitqin düzgünlüyü dedikdə cüm-

lələrin  qrammatik  cəhətdən  düzgün  qurulması,  sözlərin  yerli-

yerində  işlədilməsi,  fikrin  aydın,  dəqiq,  məntiqi  ardıcıllıqla  və 

ədəbi tələffüz normalarına uyğun ifadə olunması başa düşülür. 

NĠTQĠN  DƏQĠQLĠYĠ.  Dəqiqlik  nitqin  ilk  və  əsas  şərti-

dir.  Fikrin  aydın  izahı  dəqiq  düşüncənin  nəticəsidir.  Dəqiqlik 

və yığcamlıq nitqin əsas məziyyətləri kimi zəngin söz ehtiyatı 

hesabına  başa  gəlir.  Söz  ehtiyatı  zəngin  olan  adamın  nitqi 

dəqiq  ola  bilər.  Dəqiq  nitq  deyildikdə  sözlərin  ifadə  olunan 

fikrə  uyğun  seçilməsidir  ki,  bunlar  nitqin  mənasına,  məzmu-

nuna  münasib  olmaqla  fikrin  gerçəkliyi  əks  etdirməsinə  şərt 

sayılır.  Dəqiqlik,  bir  tərəfdən,  nitqin  gerçəklik  və  təfəkkürlə 

əlaqəsinin,  digər  tərəfdən,  fikrin  dil  vasitələri  ilə  düzgün 

verilməsinin  göstəricisidir.  Məlumdur  ki,  söz  anlayışa  uyğun 

yaranır və fikir ifadə edir. Əlbəttə, o, ifadə etdiyi fikrə uyğun 



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə