1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə33/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   29   30   31   32   33   34   35   36   ...   128

 

 

99 



Qrammatika  təlimi  dili,  dil  qanunlarının  tətbiqini  öyrədir.  İfa-

dəli oxu, şeirlərin əzbər söylənilməsi prosesində şagirdlərin nit-

qi  daha  da  püxtələşir,  səlisləşir,  həm  də  onların  elmi  və  bədii 

düşüncəsinin  formalaşmasına  öz  təsirini  göstərir.  Bu  vaxt  ana 

dili müəlliminin nitqi, pedaqoji ustalığı, rəvan oxusu, gözəl da-

nışığı,  şeirlər  söyləməsi,  nəcib  hərəkətləri,  geyimi,  mimika  və 

jestləri şagirdlərin nitqinin mədəniləşməsinə kömək olur, canlı 

nümunə kimi onların bədii və estetik zövqünün formalaşmasın-

da  mühüm  rol  oynayır.  Beləliklə,  ailədən,  bağçadan,  məktəb-

dən formalaşmağa başlanan nitq ədəbi əsərlərin, ifadəli oxu və 

rabitəli  yazının, müəllimlərin, mətbuatın, radio-televiziya veri-

lişlərinin kompleks köməyi ilə səlisləşir. Deməli, valideynlərin, 

müəllimlərin,  diktorların,  aparıcıların  gündəlik  və  saatlarla 

danışıq üsulu şagirdləri gözəl danışığa ruhlandırır. Məktəblilər 

fikrin  dəqiq  ifadəsi  üçün  sözləri  düzgün  seçməyə,  hər  sözün, 

ifadənin  məna  tutumunu  bilməyə,  onları  öz  yerində  işlətməyə 

çalışırlar. Mövzuya, mətnə uyğun lazımi sözləri seçib işlətmək, 

fonetik  normaları  gözləməklə  nitqin  təbiiliyinə,  axarlığına, 

gözəlliyinə xələl gətirən kitab tələffüzündən qaçmaq, cümlələri 

qrammatik  və  üslubi  cəhətdən  düzgün  qurmaq,  hər  sözün, 

ifadənin  ahənginə,  vurğusuna  fikir  vermək  mədəni  nitq  üçün 

əsas şərtlərdir. Gözəl şifahi nitq qabiliyyətinə yiyələnmək üçün 

aşağıdakı qaydaları öyrənib mənimsəmək olduqca vacibdir: 

1. Nəqli keçmiş zamanın düzəldilməsində iştirak edən -mış

4

 

şəkilçisi II şəxsin təkində -mı



4

 kimi tələffüz olunmalıdır,  yəni ş 

samiti tələffüzdən düşməlidir: Məsələn: oxumuşsan [oxumusan], 

yazmışsan - [yazmısan], gəlmişsən - [gəlmisən] və s. 

2.  II  şəxsin  cəmində  şəxs  (xəbərlik)  şəkilçisi  orfoqrafiya 

qaydalarına  görə  -sınız

4

  yazılır,  lakin  orfoepiya  normalarına 



görə  -sız

4

  şəklində  tələffüz  olunmalıdır:  oynayırsınız  [oyna-



yırsız],  gəlirsiniz  -  [gəlirsiz],  futbolçusunuz  -  [futbolçusuz], 

tələbəsiniz- [tələbəsiz] və s. 

3. Xəbərlik kateqoriyasının III şəxs tək və cəmində -dır

4

, -



dırlar

4

 orfoepiya normalarına görə -dı



4

, -dılar


4

 şəklində tələffüz 




 

 

100 



olunur,  yəni  r  samiti  deyilmir:  oyunçudur  -  [oyunçudu],  tələ-

bədirlər  -  [tələbədilər],  məşqçidir  -  [məşqçidi],  uşaqlardır  - 

[uşaqlardı] və s. 

4.  nb  samit  səs  birləşməsi  bir  çox  sözdə  tələffüz  zamanı 

mb səs birləşməsi kimi tələffüz olunur: şənbə [şəmbə], sünbül - 

[sümbül], zənbil - [zəmbil] və s.  

Şifahi  nitqi  gözəlləşdirən  amillərlə  yanaşı  onu  pozan  sə-

bəblər də vardır. Bu səbəbləri belə qruplaşdırmaq olar: 

a)  Dialekt  tələffüzü:  hansı  [ha:sı],  daha-  [da:],  mənim 

[mə:m], sahibini - [sa:bını] sabah - [saba], şəhər - [şə:r] və s. 

b)  fonetik  hadisələrlə  bağlı  tələffüz:  tapmaq  -  [tappağ], 

qazlar - [qazdar], doğru - [dorğu], bunun [munun], bu gün [bu 

günnəri],  bunlar  -  [bular],  nə  edək  -  [nağayrağ],  sevindi  - 

[söyündü], dalısınca - [dalıynan], öyrənmək [örgənməy], sonra 

- [so:ra], onlar - [olar], yemək - [yımax], bütöv - [bütöy], xəbər 

[xəvər],  [xavar],  həmən  -  [haman],  tüfəng  -  [tüəy],  tökmək  - 

[töhməx], yenə- [genə], məsləhət - [məslət], sənə - [sə:], xalq - 

[xalx], ona- [oya] və s. 

c) Ərəb mənşəli sözlərin tələffüzü: layihə - [lahiyə], rayihə 

-[rahiyə], məşhur - [məhşur], sürət - [surət] və s. 

ç)  fonetik  cəhətdən  oxşar,  mənaca  müxtəlif  sözlərin  diq-

qətsizlik  üzündən  tələffüzcə  qarışdırılması  və  ya  təhrif  olun-

ması:  müşahidə  -  [müşayit],  icra  -  [icarə],  məsul-  [məhsul], 

məhrum-[mərhum], rəğbət-[rəqabət], şəhid-[şahid] və s. 

d)  orfoepiya  normalarından  dialekt  tələffüzünə  keçilməsi: 

vaxt-vaxıt,  çünki-çünkinə,  qorumaq-qorunmaq,  görə-gora, 

amma-əmbə və s. 

e)  Adların  təhrif  olunmuş  şəkildə  tələffüzü:  Kəmalə  -

Kəmoş, Zərifə-Zəri-Zəroş, Qurban-Qubiş, Təranə-Təroş və s. 

ə) Tüfeyli, mətləbə dəxli olmayan sözlərin işlənməsi: belə 

deyək,  belə  deyək  də,  necə  deyərlər,  öz  aramızdı,  canım  sənə 

desin, onu da qeyd etmək olar ki, elə götürək bunu, məlum ol-

duğu kimi, yeri gəlmişkən deyim ki və s. 

f)  Qeyri-mədəni  nitqdə  ədəbsiz  sözlər,  söyüş  və  qarğışlar 

da özünə yer tapır. Bunlar dilçilikdə vulqarizmlər adlanır. Vul-



 

 

101 



qar sözlər dilin ən aşağı üslubi layını təşkil edir və bunların bö-

yük  əksəriyyəti  lüğətlərə  düşmür,  lakin  müəyyən  məqamlarda 

insanlar onları işlədirlər. Ədəbi dildə müəlliflərin təhkiyə dilin-

də  işlədilməsə  də,  bədii  surətlərin  daxili  aləmini  açmaq  üçün 

onlara müəyyən qədər  yer verilir. Məsələn: it oğlu, itin balası, 

eşşək, qoduq, heyvan, mürtəd, allah lənət eləsin və s. 

g) Mənanı sərt, kobud, lakin təsirli ifadə edən sözlər disfe-

mizmlər  adlanır.  Evfemizmlərin  əksi  olan  disfemizmlər  sino-

nimi olan sözlərdir, amma onlara ədəbi dilin bütün üslublarında 

deyil,  ən  çox  məişət,  qismən  də  bədii  üslubda  –  personajların 

nitqində  rast  gəlirik.  Məsələn:  "ölmək"  əvəzinə  "gorbagor  ol-

maq",  "cəhənnəmə  vasil  olmaq";  "getmək"  əvəzinə  "rədd  ol-

maq", "cəhənnəmə itilmək", "itilib getmək"; "get" əvəzinə "bas 

bayıra"; "baş" əvəzinə "kəllə" və s. ifadələri disfemizmlərdir və 

qeyri-mədəni nitq nümunələri sayılır. 

 

Sual və tapĢırıqlar: 

1.  Mədəni  nitq  nədir  və  onun  qeyri-mədəni  nitqdən  fərqi 

nədədir? 

2. Daxili nitqin əsas xüsusiyyətləri hansılardır? 

3.  Ədəbi  dilə  yiyələnməyin  yüksək  mərhələsi  hansı 

nitqdir? Nə üçün? 

4.  Daxili  nitqdə  bütün  cümlə  üzvləri  yerli-yerində  işləni-

rmi? Fikrinizi nümunələr əsasında izah edin. 

5. Nitq mədəniyyətinin əsasını nələr təşkil edir? 

6. Qeyri-mədəni nitq dedikdə nə başa düşülür? 

7.  Savad  mədəni  və  qeyri-mədəni  nitqdə  nə  kimi  rol  oy-

nayır? 


8. Mədəni nitqi müəyyənləşdirən keyfiyyətlər hansılardır? 

9.  Məktəbdə  Azərbaycan  dili  fənninin  öyrənilməsində  və-

zifə nədən ibarətdir? 

10. Savadlı yazmaq şifahi, yoxsa yazılı nitqlə əlaqədardır? 

Nümunələr gətirməklə fikrinzi əsaslandırın. 

ÇalıĢma.  Verilmiş  sözlərin  hər  birinə  əvvəlcə  kəmiyyət, 

sonra  mənsubiyyət,  daha  sonra  müxtəlif  hal,  ardınca  xəbərlik 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə