23
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
Prezidenti Abdullah Gülə zəng vuraraq Türkiyəyə dəstək, qərara isə etirazını
bildirib.
15
Həmin gün Azərbaycanda siyasi partiya nümayəndələri və dövlət
rəsmiləri də açıqlamaları ilə ABŞ Konqresi Nümayəndələr Palatası Xarici
əlaqələr komitəsinin qəbul etdiyi qərara öz etirazlarını bəyan ediblər.
Azərbaycan Milli Məclisi isə 5 mart 2010-cu ildə Konqresə müraciət
edərək, Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi tərəfindən qəbul
edilən bu qətnamənin Konqres tərəfindən qəbul edilməməsini tələb edib.
16
Ɔ
Rusiya və Azərbaycan-Türkiyə münasibətləri
Azərbaycan təxminən son iki yüz il ərzində Rusiyanın idarəsi altında
olub. 1991-ci ildə Azərbaycan rəsmi Moskvaya qarşı mübarizə apararaq
müstəqilliyini əldə edib və bu mübarizə ərəfəsində yaşanan bəzi hadisələr
Azərbaycan xalqında Rusiyaya qarşı “nifrət” hissinin yaranmasına səbəb
olub. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)
bolşeviklər tərəfindən işğal olunması, tarixən Azərbaycan-Ermənistan
müharibələrində rusların erməniləri dəstəkləməsi, 19-20 yanvar 1990-cı il
tarixində Sovet Ordusunun Bakını işğal edərək dinc insanları qətlə yetirməsi
və Qarabağ müharibəsi dövründə regiondakı rus qoşunlarının ermənilərə
yardım göstərməsi Azərbaycan xalqında Rusiyaya qarşı etimadsızlıq
yaradıb. Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycandakı xalq hərəkatı
liderlərinin şüarları xalqdakı bu nifrəti daha da artırdı.
Türkiyə ilə Rusiya Cənubi Qafqazda yüz illər boyu bir-birinə rəqib olub.
XIX əsrdə iki dövlət arasında dörd müharibə yaşanıb. Cənubi Qafqaz eyni
zamanda Rusiya təhlükəsinə qarşı Türkiyə üçün bir tampon bölgə olub.
Məsələn, 1877-1878-ci illər Rus-Türk müharibəsində və İkinci Dünya
müharibəsindən sonra Sovet İttifaqı Türkiyəni Cənubi Qafqaz üzərindən
təhdid edib.
17
Ortaq düşmən (İngiltərə) səbəbi ilə 1920-ci illərdə Türkiyədə Qurtuluş
mübarizəsi, Rusiyada isə Bolşevik inqilabı vaxtında müttəfiq olan bu iki
dövlət İkinci Dünya müharibəsindən sonra təkrar “düşmən” dövlətlərə
çevrildilər. İkinci Dünya müharibəsindən sonra regionda şərtlərin dəyişdiyini
irəli sürən Sovet İttifaqı Birinci Dünya müharibəsində Türkiyəyə vermək
məcburiyyətində qaldığı torpaqları geri tələb edib. Türkiyənin NATO-ya
üzvlüyünə səbəb olan bu hadisə Stalinin ölümünə qədər davam edib, ondan
15 http://www.mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20100305081100545, 2010-03-05
16 http://www.meclis.gov.az/?/az/statement/view/27/
17
Ahmet Davudoğlu, göstərilən əsəri, s.125.
24
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
sonra Sovet İttifaqı Türkiyə ilə münasibətlərini düzəltməyə çalışıb. Stalinin
ölümündən sonra ikitərəfli münasibətlərdə ciddi problem yaranmasa da,
Sovet İttifaqının dağılmasından sonra Cənubi Qafqaz uğrunda rəqabət hələ
də davam edir.
Azərbaycan xalqı Rusiyadan fərqli olaraq Osmanlı dövlətini və Türkiyə
Respublikasını özünün müttəfiqi qismində görüb. 1918-ci ildə Nuru
Paşanın rəhbərliyindəki Qafqaz İslam Ordusunun Bakını işğaldan azad
etməsi, 1920-ci ildə bolşevik işğalından sonra AXC nümayəndələrinin
Türkiyəyə köçməsi, Sovet İttifaqı dönəmində Azərbaycanda milliliyin
qorunub saxlanılmasında Türkiyənin mənəvi yardımı, ötən əsrin 80-ci
illərində azadlıq hərəkatı, Qarabağ məsələsində Türkiyə ictimaiyyətinin
Azərbaycana dəstəyi və milli hərəkat liderlərinin Türkiyə meyilli olması
Azərbaycan elitasının və cəmiyyətinin Türkiyəni seçməsinə səbəb olub.
İttifaq dönəmində Azərbaycandakı xalq hərəkatını sovetlərin daxili
məsələsi kimi görən Türkiyə hökumətləri öz ictimaiyyətindən fərqli olaraq
həm Qarabağ, həm də milli hərəkata qarşı məsafədə dururdu.
18
1990-cı ildə
ABŞ-a səfər edən Türkiyə Prezidenti Turqut Özalın 20 yanvar hadisələri
haqqında danışarkən azərbaycanlıların şiə olmasını vurğulayaraq
19
Azərbaycan məsələsinə sahib çıxmaması Türkiyənin bu siyasətinin
işarəsidir. Azərbaycanın müstəqilliyinin Türkiyə tərəfindən tanınması
prosesində Rusiyanın mövqeyi nəzərə alınıb. Dövrün diplomatlarından
Bilal Şimşirin “Azərbaycanın müstəqilliyini tanımağı ruslara necə izah
edəcəyik?
20
kimi sual verməsi bu mənada etirafdan xəbər verir.
Türkiyə region ölkələri üçün parlament demokratiyası, sərbəst bazar
iqtisadiyyatını əsas götürən iqtisadiyyat və dünyəvi dövlət sistemini ehtiva
edən model ölkə olaraq göstərilir. Sovet İttifaqının dağılmasından sonra
Türkiyənin Cənubi Qafqazda əsas vəzifəsi Rusiyanın təsirini azaltmaq,
bu regionun Qərb dünya sisteminə inetqrasiyasını təmin etməkdir. Bu
dövrdə Türkiyə qərarvericilərinin əsas məqsədi Cənubi Qafqaz ölkələrini,
o cümlədən Azərbaycanı köhnə Sovet sistemindən qopardıb, Qərb mərkəzli
sistemə inteqrasiya etməyi təmin etmək olub. Eyni zamanda, Rusiya
və İranı regiondan uzaqlaşdırmaq, onların regional hadisə və dövlətlərə
müdaxiləsini minimuma endirmək hədəfi güdülüb.
21
Azərbaycanın müstəqilliyinin ilk illərində Türkiyənin Cənubi Qafqaza
18
Bilal Şımşır, göstərilən əsəri, s. 178.
19
Milliyet, 19 Ocak 1990, s. 13
20
Bilal Şımşır, göstərilən əsəri, s. 266.
21
Mitat Çelikpala, Güney Kafkasya`da Yeni
Jeopolitik Denge, der. Cavid Veliev ve Araz Aslanlı, Güney
Kafkasya: Toprak
Bütünlüğü, Jeopolitik
Mücadeleler ve Enerji, Ankara, Berikan, 2011, s.297.