10
Son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış
Haqqında bəhs edilən nəzəriyyə və dünyagörüşlər bir çox hadisənin
təhlilində müxtəlif üstünlüklər versə də, Türkiyənin regiona istiqamətlənmiş
siyasəti, xüsusilə də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin şərhi
üçün kifayət deyil.
Xalqlar arasında soy bağına, ortaq dilə, mədəniyyətə və ənənələrə sahib
olan bu iki qardaş ölkə - Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin 20-ci
ildönümünü qeyd etdiyimiz 2011-ci ildə ölkələr arasındakı münasibətlər istər
hökumət, istərsə də xalqlar çərçivəsində əhatəli və köklü bir səviyyəyə çatıb,
hətta bütün sahələr üzrə əlaqələr gün keçdikcə sürətlə inkişaf edir və güclənir.
Bu çərçivədə Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq klassik
mənfəət əlaqələrindən kənar, “xüsusi” bir mahiyyətə sahibdir. Haqqında
bəhs edilən xüsusi bağı əks etdirmək üçün Türkiyə ilə Azərbaycan arasın-
dakı əlaqələrin tarixi miqyası və diplomatik münasibətlərin qurulması ilə
ikitərəfli əlaqələr və beynəlxalq səviyyədə həyata keçirilən əməkdaşlıq haq-
qında bəzi məqamlar aşağıda qeyd olunur.
Ɔ
Tarixi miqyas və diplomatik əlaqələrin qurulması
Türkiyə ilə Azərbaycan arasındakı yaxın əlaqələr, əsasən, ortaq tarix və
köklərimizə əsaslanır. Qardaşlıq əlaqələrinin təbii nəticəsi olaraq Türkiyə
Cümhuriyyəti 1991-ci ildə, tam 71 il sonra müstəqilliyini yenidən bərpa
edən Azərbaycan Respublikasını 1991-ci il noyabrın 9-da tanıyan ilk ölkə
olub. Aramızdakı yaxın əlaqə və qardaşlıq münasibətlərinə təkcə XX əsr
ərzində baxdığımız zaman 1918-ci ildə qardaş Azərbaycanın respublika
olaraq elan olunmasını və 1918-ci il sentyabrın 15-də Nuru Paşanın ko-
mandanlığında olan Qafqaz İslam Ordusununun Bakını bolşevik və erməni
işğalından xilas etməsini xatırlayırıq.
O dövrdə Azərbaycanın Anadoluda yaşayan qardaşlarına münasibətini
ifadə etmək üçün Məmmədəmin Rəsulzadənin bu sözlərini xatırla-
maq kifayətdir: “Kiçik Türkiyə xalqı ilə böyük Türkiyə xalqı arasındakı
münasibət iki qardaş münasibəti qədər səmimidir...”. Mustafa Kamal Ata-
türk isə “Azərbaycanın
sevinci sevincimiz, kədəri kədərimizdir” demişdir.
Azərbaycan türkləri sovet rejimində öz mədəniyyətini və dilini qoruyub
və çətin şərtlər altında Türkiyə ilə əlaqələrini davam etdirməyə çalışıblar.
İki ölkənin iftixar mənbəyi olan və ortaq tarixdən qaynaqlanan ənənələri,
köklü mədəniyyəti, dili bu uzun həsrət dövründə iki xalqı birləşdirən bağı
meydana gətirib.
Türkiyə Cümhuriyyəti Azərbaycanı hər vaxt xüsusi bir maraqla
müşahidə edib, məsələn, Azərbaycan xalqının müstəqillik mübarizəsində
11
Son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış
1990-cı ildə yaşanan “20 yanvar qırğını” Türkiyədə ictimaiyyəti ayağa qal-
dırıb, media, universitet ictimaiyyəti, hökumət və sıravi vətəndaşlar Bakı-
da yaşanan insanlıq dramını kəskin şəkildə qınayıb və Azərbaycan xalqına
dəstəklərini bəyan ediblər.
Amma bu kədərli hadisələr qardaş xalqın müstəqilliyə olan həsrətini
soyuda bilməyib və Azərbaycan Milli Məclisi 1991-ci il avqustun 30-
da müstəqilliyini elan edib. Bu qərar 1991-ci il oktyabrın 18-də qüvvəyə
minib. Azərbaycan Milli Məclisi 1991-ci il oktyabrın 29-da bütün dünya
dövlətlərini və Birləşmiş Millətlər Təşkilatını ölkənin müstəqilliyini tanı-
mağa dəvət edib.
Türkiyədən müstəqil Azərbaycanı ziyarət edən ilk heyət Xarici İşlər Nazir-
liyi nümayəndələrindən təşkil olunub və 1991-ci il sentyabrın 12-14-də Bakıya
rəsmi səfər edilib, görüşlər keçirilib. Heyət Türkiyəyə qayıtdıqda Azərbaycanı
ilk tanıyan ölkənin Türkiyə olması istiqamətində hökumətə hesabat təqdim
edib. Belə ki, 1991-ci il noyabrın 9-da o dövrün Baş naziri Məsud Yılmaz
Azərbaycanın müstəqilliyinin Türkiyə tərəfindən tanındığını bildirib. Qafqaz və
Orta Asiya respublikalarının tanınmasında tələsik davranılmaması üçün edilən
təzyiqlərə baxmayaraq Türkiyə Azərbaycanı tanıyan ilk ölkə olub.
1991-ci il dekabrın 30-da Türkiyə Cümhuriyyəti Bakı Baş konsullu-
ğunun səfirlik səviyyəsinə yüksəldilməsi haqqında qərar verib və iki ölkə
arasında “Diplomatik əlaqələrin qurulmasına dair” Protokol 1992-ci
il yan-
varın 14-də imzalanıb. Bununla da Bakıda ilk səfirliyi Türkiyə açıb.
1923-cü ildə respublikanın elan edilməsi ilə müstəqilliyinə qovuşan
Türkiyə qardaş türk respublikalarına ehtiyacı həmişə duymuş və müstəqillik
əldə etdikdən sonra ortaq dil, mədəniyyət və tarixi bağları olan Azərbaycana
imkan çərçivəsində kömək və dəstək verməyi özünün siyasi və mənəvi bir
vəzifəsi bilmişdir.
Ɔ
İkitərəfli əlaqələr və beynəlxalq sahədə əməkdaşlıq
20 il ərzində Türkiyə ilə Azərbaycan arasında bütün səviyyələrdə bir
sıra səfərlər həyata keçirilib. Bu səfərlər zamanı ikitərəfli əlaqələrin inkişafı-
na yönəlik çoxlu sayda razılaşma əldə olunub. Türkiyə qardaş Azərbaycanın
güclənməsi və beynəlxalq səviyyədə layiq olduğu hörməti qazanması üçün hər
cür dəstək verib və səy göstərib. Təsadüfi deyil ki, Azərbaycan xalqının ulu
öndəri Heydər Əliyev bu həmrəyliyi “Bir millət, iki dövlət” fikri ilə ifadə edib.
Keçən vaxt ərzində Türkiyə və Azərbaycan siyasi, hərbi, iqtisadi,
mədəni, ictimai olmaqla bütün sahələrdə ortaq addımlar atıb, əsasən, regio-
nal miqyasda effektiv nəticələr verən əhəmiyyətli layihələri həyata keçirib.