13
Son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış
Əməkdaşlıq Şurasının I toplantısında imzalanan təbii qaz müqavilələri Türkiyə-
Azərbaycan ortaqlığının regional miqyasda oynaya biləcəyi rolu layiqincə
göstərir. Bu, Azərbaycan və Xəzər dənizi qazının Türkiyə vasitəsilə Avropa
bazarlarına çatdırılmasının, yəni Cənub qaz koridorunun önünü açıb. Yaxın
gələcəkdə Azərbaycan qazı Türkiyə vasitəsilə Avropa bazarına çatdırılacaq.
İki ölkənin qarşılıqlı sərmayələri böyük rəqəmlərlə ifadə olunur.
Türkiyənin Azərbaycandakı sərmayələri 6,5 milyard dollar məbləğindədir.
Qardaş Azərbaycanın Türkiyədəki sərmayələri 4 milyard dollardır. 2011-ci
il oktyabrın 25-də İzmir-Aliağada “SOCAR”-ın 5 milyard dollarlıq böyük
bir sərmayəsinin - yeni bir neftayırma zavodunun təməli qoyulub.
Türk sahibkarları Azərbaycanda 25 min adama iş yeri təmin edərək, bu-
ranı öz vətənləri sayırlar. Xalqlarımız arasındakı sıx təmasın bir nümunəsi
kimi Türk Hava Yolları və Azərbaycan Hava Yolları tərəfindən İstanbul-
Bakı reysi ilə həftənin hər günü 6 səfər təşkil edilir.
Türkiyə ilə Azərbaycan arasındakı ticarət həcminin 2011-ci ilin sonun-
da 3 milyard dollara yaxın olması gözlənilir. Türkiyə qardaş Azərbaycanın
iqtisadiyyatının gün keçdikcə inkişafından və uğurlu inkişaf strategiyası
nəticəsində gücünün artmasından məmnundur. Türkiyə ilə Azərbaycanın
qlobal iqtisadi böhrana baxmayaraq böyüyən uğurlu iqtisadiyyata sahib ol-
maları sadəcə ikitərəfli deyil, regional iqtisadi/ticari əməkdaşlığın yüksək
potensialından xəbər verir.
Bütün bunlarla yanaşı, əkinçilik, turizm, təhsil, mədəniyyət, texniki
sahədə əməkdaşlıq, qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsi
və getdikcə artan sayda tələbənin hər iki ölkədə təhsil alması münasibətləri
daha da yaxınlaşdırır.
2011-ci il oktyabrın 23-də Türkiyədə Van və onun ətrafında meyda-
na gələn zəlzələ zamanı Azərbaycan xalqı bədbəxt hadisənin baş verdiyi
bölgənin əhalisinin ağrılarını paylaşıb və kömək göndərmək məqsədilə bö-
yük əmək sərf edib.
Türkiyə ilə Azərbaycan arasında beynəlxalq və regional platformalarda
mövcud olan əməkdaşlıq və həmrəylik çərçivəsində, demək olar ki, bütün
mövzularda Türkiyə Azərbaycanı, Azərbaycan da Türkiyəni dəstəkləyir.
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün
qeyri-daimi üzv seçilməsinə Türkiyə aktiv dəstək verib və Azərbaycanın
beynəlxalq təhlükəsizlik və sülhə xidmət edən belə əhəmiyyətli bir vəzifəyə
seçilməsindən böyük məmnuniyyət və qürur hissi duyur.
Azərbaycanın 20 il kimi qısa müddətdə BMT Təhlükəsizlik Şurasına
155 səs alaraq qeyri-daimi üzv seçilməsi dünya ictimaiyyəti tərəfindən
təqdirlə qarşılanıb. Azərbaycanın bu böyük uğurunu qardaş Azərbaycan
14
Son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış
xalqına müstəqilliyin yenidən bərpasının 20-ci ildönümü hədiyyəsi kimi
qiymətləndirirəm.
Türkiyənin 2009-2010-cu illər arasında BMT-də Təhlükəsizlik Şura-
sının qeyri-daimi üzvlüyünü yerinə yetirməsindən sonra Azərbaycanın da
2012-2013-cü illər üçün bu vəzifəni boynuna götürməsi hər iki ölkənin
beynəlxalq planda əldə etdikləri nüfuzun göstəricisidir.
Əsasən bu nüfuz üçün Türkiyə və Azərbaycan müxtəlif platforma-
larda ortaq fəaliyyət göstərir. Məsələn, Türkiyə ilə Azərbaycan Asiyada
Əməkdaşlıq və Etimad Yaratma Tədbirlər Konfransı, Türkdilli Ölkələrin
Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası və
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) kimi ortaq təsis edilən
regional təşkilatlarda əməkdaşlığı davam etdirirlər. Bundan başqa, Türkiyə
NATO-nun ən əhəmiyyətli üzv ölkələrindən biri olaraq Azərbaycanla NATO
arasındakı əlaqələrin inkişaf etdirilməsi üçün hər cür səy göstərir.
Türkiyə ilə Azərbaycanın türk dünyası üçün ortaq fəaliyyətlərinə xüsusilə
toxunmaq lazımdır. 2009-cu ildə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası
(Türk Şurası) qurulub, Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Gö-
rüşü Naxçıvanda keçirilib. Naxçıvan Sammitində imzalanan Müqavilə və İs-
tanbulda təşkil edilən Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Görü-
şünün İstanbul Bəyannaməsi ilə Şuranın təşkilatlanmasının təməli atılıb. Türk
Şurası ilk zirvə toplantısını 2011-ci il oktyabrın 20-21-də Almatıda keçirib.
Ɔ
Nəticə
Türkiyə-Azərbaycan əlaqələrini başqa ölkələr arasındakı münasibətlərlə
müqayisə etmək mümkün deyil.
Giriş hissəsində də yazıldığı kimi, soyuq müharibənin sona çatma-
sı Cənubi Qafqaza olan marağı daha da artırıb, bu çərçivədə, beynəlxalq
əlaqələr nöqteyi-nəzərindən bölgədə meydana gələn hadisələrə ümumən
realist bir yanaşma meydana çıxıb. Amma bu yanaşma Türkiyənin bölgəyə
istiqamətlənmiş siyasətini açıqlamaqda yetərsiz qalır. Xüsusilə, Azərbaycan
ilə əlaqələrdə Türkiyənin xarici siyasətini təyin edən ünsürlər “maraqlar”dan
kənardadır, bu ölkə ilə olan tarixi, mədəni və insani bağlarımız və ortaq
mənfəətlərimizdir. Başqa sözlə, Türkiyə Azərbaycana istiqamətlənmiş xari-
ci siyasəti çox dəyərli sayır və davam etdirir və bu təməl üzərində ikitərəfli
və çoxtərəfli əməkdaşlığın daha da inkişafına səy göstərir. Əlaqələrin sahib
olduğu bu xüsusi mahiyyət çərçivəsində siyasi, iqtisadi, hərbi, mədəni, icti-
mai olmaqla bütün sahələrdə Türkiyə və Azərbaycanın daha böyük uğurlara
birlikdə imza atmaları hamımızın ortaq istəyidir.
Dostları ilə paylaş: |