1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə60/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   56   57   58   59   60   61   62   63   ...   159
beyn-lxalq-h-quq (1)

Müqavilənin məcburiliyinə razılığın ifadə olunması. Bildiyimiz kimi, dövlətin razılığı əgər yoxdursa, o, heç bir müqavilə ilə bağlı ola bilməz. Buna görə də müqaviləyə razılığın ifadə olunması həmin müqavilənin qüvvəyə minməsi üçün zəruri mərhələdir. 1969-cu il Vyana Konvensiyasının 11-ci maddəsinə görə, belə bir razılıq aşağıdakı üsullardan biri ilə ifadə oluna bilər:

müqavilənin imzalanması;
müqaviə sənədlərinin dəyişdirilməsi; ratifikasiya;
təsdiq etmə; qəbul etmə;
müqaviləyə qoşulma.
Buna əlavə, 11-ci maddədə göstərilir ki, müqavilənin tərəfləri müqavilənin məcburiliyinin tanınmasının digər üsulu barədə razılığa gələ bilərlər.
Müqavilənin məcburiliyinə razılıq o zaman imzalama vasitısi ilə ifadə olunur ki,
həmin müqavilə bundan sonra ratifikasiya və ya təsdiq edilməli olmasın. Əgər müqavilənin sonradan ratifikasiya və ya təsdiq olunması nəzərdə tutulubsa, onda bu halda imzalama, yuxarıda qeyd edildiyi kimi, yalnız müqavilə mətninin autentikliyinin müəyyən edilməsi rolunu oynayır. Beynəlxalq müqavilənin məcburiliyinə razılığın məhz imzalama vasitəsilə ifadə olunması, adətən, həmin müqavilənin özündə göstərilir.
Müqavilə sənədlərinin mübadiləsi, yəni müvafiq dövlətlərin nümayəndələrinin bir
birinə nota və ya məktub göndərməsi müqavilənin məcburiliyinə razılığı bildirməyin sadələşdirilmiş üsuludur. Məhz üsula əl atılması bu barədə xüsusi razılaşma olduqda olur.
Müqavilənin məcburiliyinə razılığın ieadə olunmasının ən geniş yayılmış üsulu ratifikasiyadir. Ratifikasiya ali hakimiyyət orqanı (adətən, parlament, və ya dövlətin başçısı) tərəfindən müqavilənin təsdiq olunmasıdır. Ratifikasiya həm dövlətdaxili aktda (qanunda, fərmanda və s.), həmdə beynəlxalq aktda (ratifikasiya sənədində) öz əksini tapir. Beynəlxalq təşkilatların özünün hər hansı müqaviləsi ilə bağlı rəsmi təsdiq aktı ratifikasiyaya bərabər tutulur.
1969-cu il Vyana Konvensiyasının 14-cü maddəsinə görə, müqavilənin məcburiliyinə razılıq aşağıdakı hallarda ratifikasiya vasitəsilə ifadə olunur:

  1. müqavilənin özündə bu birbaşa nəzərdə tuulubsa;

  2. başqa cür müəyyən olunbsa ki, danışıqlarda iştirak edən dövlətlər ratifikasiyanın zəruriliyi haqqında razılığa gəlmişlər;

  3. dövlətin nümayəndəsi müqaviləni ratifikasiya olunmaq şərtilə imzalamışdırsa;

ç) dövlətin müqaviləni ratifikasiya olunmaq şərtilə imzalamaq niyyəti onun nümayəndəsinin vəkalətindən irəli gəlirsə və yaxud danışıqlar zamanı ifadə olunmuşdursa.
Hər bir dövlət öz qanunvericiliyində, imzalamış olduğu hansı beynəlxalq müqavilələrin və hansı qaydada ratifikasiya olunmasını müəyyən edir.
Burada qeyd edək ki, dövlətin müqaviləni imzalayıb sonra onu ratifikasiya etməməsi beynəlxalq hüquq pozuntusu hesab olunmyr.
Dövlət hər hansı müqavilənin ratifikasiya olunması haqqında qərar çıxardıqdan sonra ratifikasiya sənədi tərtib edir. Ratifikasiya sənədində aşağıdakılar göstərilir;

  1. müqaviləni ratifikasiya etmiş dövlət orqanının adı; b) müqavilənin bütöv mətni (əgər qeyd-şərtlər və ya bəyanatlar edilmişsə, onlar da bu hissəyə əlavə olunur); c) həmin müqavilənin vicdanla yerinə yetiriləcəyi haqqında dövlətin bəyanatı.

Ikitərəfli müqavilə bağlanarkən onun iştirakçısı olan dövlətlər öz ratifikasiya sənədlərini bir-birinə verir. Çoxtərəfli müqavilələrdə isə radifikasiya sənədləri
depozitariyə saxlanmağa verilir. Depozitari müqavilənin əslini və onunla bağlı bütün sənədləri saxlamaq üçün tərəflərin razılığı ilə müəyyən olunan dövlət (adətən, müqavilənin imzalandığı dövlət), beynəlxalq təşkilat və ya bu təşkilatın baş vəzifəli şəxsi deməkdir. Məsələn, BMT çərçivəsində qəbul olunmuş müqavilələrin(o cümlədən, sözü gedən 1969-cu il və 1986-ci il Vyana Konvensiyalarının) depozitarisi, bir qayda olaraq, BMT-nin Baş Katibidir.
Vyana Konvensiyalarına görə, depozitari bu funksiyaları yerinə yetirir: a) vəkalətlər, ratifikasiya sənədləri, qoşulma sənədləri kimi sənədlərin saxlanılması;

  1. müqavilənin əslindən təsdiq olunmuş nüsxələrin hazırlanması və müqavilənin iştirakçısı olan və iştirakçısı olmaq hüququ olan dövlətlərə və beynəlxalq təşkilatlara göndərilməsi; c) hər bir saxlanılmağa verilmiş ratifikasiya sənədi, habelə qeyd-şərtlər və onlara etirazlar və müqavilənin qüvvəyə minməsi haqqında müqavilənin iştirakçılarına məlumat verilməsi və s.

Təsdiq etmə qəbul etmə ratifikasiyaya çox yaxındır, lakin nisbətən sadələşdirilmiş prosedur hesab olunur. Müqavilənin məcburiliyinə bu yollarla razılıq, adətən, dövlət başçısı və parlament tərəfindən deyil, dövlətin digər orqanları tərəfindən verilir.
Nəhayət, beynəlxalq müqavilənin məcburiliyinə razılıq həmin müqaviləyə qoşulmaq vasitəsilə ifadə oluna bilər. Dövlət, adətən, artıq qüvvəyə minmiş müqaviləyə qoşulur. Müqaviləyə həm onun mətninin hazırlanmasında və qəbul edilməsində iştirak etməmiş dövlətlər, həm də müqaviləni artıq imzalamış, lakin həmin müqavilənin qüvvəyə minməsinə qədər, onun məcburiliyinə razılıq verməmiş dövlətlər qoşula bilər. Hər bir müqaviləyə necə qoşulmaq qaydası müqavilənin özündə müəyyən olunur. Qoşulma, bir qayda olaraq, ratifikasiya sənədinin və ya qoşulma haqqında digər sənədin (nota, məktub və s.) saxlanılmağa verilməsi yolu ilə həyata keçirilir.

  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə