1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə58/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   54   55   56   57   58   59   60   61   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq müqavilənin strukturu

Hər bir beynəlxalq müqavilənin mətni, bir qayda olaraq, aşağıdakı quruluşda tərtib olunur:

  1. Müqavilənin adı.

Beynəlxalq müqavilə təcrübəsində “müqavilə” ümumi anlayışı altında müxtəlif konkret adlardan istifadə olunur; (məsələn, konvensiya, saziş, nizamnamə, pakt, xartiya, bəyannamə, traktat, statut, konkordat və s.).

  1. Preambula.

Preambula müqavilənin giriş hissəsinə deyilir. Burada, adətən, müqavilənin məqsədləri əks olunur. Müqavilənin ayrı-ayrı müddəalarının təfsiri zamanı preambula müəyyən rol oynaya bilər.

  1. Əsas hissəsi.

Müqavilənin bu hissəsində tərəflərin müqavilənin obyekti ilə bağlı olan hüquq və vəzifələri ifadə olunur. Əsas hissə ardıcıl olaraq bölmə və ya fəsillərdən, maddələrdən, hissələrdən, bəndlərdən və yarımbəndlərdən ibarət olur.

  1. yekun hissə.

Bu hissədə müqavilənin qüvvəyə minməsi və xitam olunması şərtləri, müqaviləyə yenidən baxılması qaydası, müqavilənin tərtib olunduğu dil və s. kimi məsələlər öz əksini tapır.

  1. Səlahiyyətli şəxslərin imzaları.

  2. Bəzi hallarda beynəlxalq müqavilələrin protokollar, əlavə protokollar, texniki şərtlər, standartlar, xəritələr və s. şəklində Əlavələri də olur. Əgər müqavilənin özündə göstərilirsə, Əlavələr həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur.

  1. Beynəlxalq müqavilələrin bağlanması

Beynəlxalq müqavilənin bağlanması bir neçə ardıcıl mərhələdən ibarət olan bir prosesdir. Bu mərhələlər aşağıdakılardır:

    1. Müqavilənin mətninin tərtib olunmaı və qəbulu.

    2. Müqavilənin mətninin autentikliyinin müəyyən olunması.

    3. Müqavilənin məcburiliyinə razılığın ifadə olunması.

Dövlətlər arasında müqavilələr onların nümayəndələri tərəfindən bağlanılır. Müqavilənin bağlanmasında, daha doğrusu, yuxarıda göstərilmiş ilk iki mərhələdən birində və ya hər ikisində iştirak etmək üçün həmin nümayəndəyə xüsusi sənəd – vəkalət verilir. Vəkalət milli qanunvericiliyə müvafiq olaraq, dövlətin səlahiyyətli orqanları tərəfində verilir. Dövlətin müəyyən vəzifəli şəxslərinə, onların vəzifə mövqeyinə görə xüsusi vəkalət lazım deyil. 1969-cu il Vyana Konvensiyasına görə, bu şəxslər aşağıdakılardır: 1) dövlətlərin başçıları; 2) hökumətlərin başçıları; 3) xarici işlər nazirləri; 4) diplomatik nümayəndəliklərin başçıları və 5) dövlətlərin beynəlxalq konfranslardakı və beynəlxalq təşkilatlardakı nümayəndələri. Diplomatik nümayəndəliyin başçısı yalnız öz dövləti ilə akkreditə olunduqları dövlət arasındakı müqavilənin, dövlətin beynəlxaq konfranslardakı və beynəlxalq təşkilatlardakı
nümayəndəsi isə yalnız bu konfrans və ya təşkilat çərçivəsində bağlanılan
müqavilənin mətninin qəbul olunması ilə bağlı hərəkətləri həyata keçirə bilər.
Beynəlxalq təşkilatın iştirakı ilə müqavilələr bağlanılması üçün həmin təşkilatın qaydalarına əsasən onu təmsil edən şəxsə vəkalət tələb olunmur (1986-cı il Vyana Konvensiyasının 7-ci maddəsi).
Vəkaləti olmayan şəxs tərəfindən və ya vəkalətin pozulması ilə, beynəlxalq müqavilənin bağlanılması ilə əlaqədar hər hansı hərəkətin həyata keçirilməsi, əgər müvafiq dövlət bundan sonra bu hərəkəti təsdiq etmirsə, heç bir hüquqi əhəmiyyətə malik olmur.

Yüklə 391,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə