1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə61/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   57   58   59   60   61   62   63   64   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq müqaviləyə qeyd-şərtlər.Beynəlxalq müqavilənin məcburiliyinə hər hansı yolla razılıq verərkən dövlət(və ya beynəlxalq təşkilat) bəyan edə bilər ki, müqavilənin hər hansı müddəasını qəbul etmək istəmir. Belə bir bəyanat vasitəsilə dövlət həmin müddəanı ya, ümumiyyətlə, qəbul etmir, ya da onun


məzmununu özü üçün dəyişdirir. Buna beynəlxalq müqavilələr hüququnda qeyd-şərt deyilir.
Müqaviləyə qeyd-şərt irəli sürmək imkanı dövlətin suveren iradəsinin ifadəsidir, belə ki, dövlət müqavilənin bütün mətnini qəbul etdiyi halda, onun hər hansı norması ilə razılaşmaya bilər. Lakin bu sərbəstlik qeyri-məhdud deyil; əgər:
1) qeyd-şərt müqavilənin obyekti və məqsədi ilə bir araya sığmırsa; 2) müqavilə qeyd-şərtlərin edilməsini, ümumiyyətlə, qadağan edirsə (məsələn, Dəniz hüququ üzrə 1982-ci il Konvensiyası; Köləliyin, kölə alverinin və köləliyə oxşar olan institut və adətlərin ləğv edilməsi haqqında 1956-cı il Əlavə Konvensiyası və s.) və
3) məhz belə bir qeyd-şərtin edilməsi konkret müqavilədə yol verilmirsə.
Qeyd-şərt yazılı formada olmalı və müqavilənın iştirakçısı olan bütün digər dövlətlərin diqqətinə çatdırılmalıdır.
Qeyd-şərt ilə razı olmayan dövlət müqavilədə göstərilmiş müddətdən gec olmayaraq buna yazılı formada etiraz edə bilər. Lakin belə bir etirazın edilməsi bu dövlətlə qeyd-şərti etmiş dövlət arasında müqavilənin qüvvəyə minməsinə maneə yaratmır. Bu iki dövlət arasında yalnız qeyd-şərtin aid olduğu müddəa qüvvəyə minmir. Bununla belə, qeyd-şərtə etiraz edən dövlət bəyan edə bilər ki,müqavilə bütövlükdə iki müvafiq dövlətin arasında qüvvəyə minməyəcəkdir.
Qeyd-şərt və etirazlar istənilən vaxt, yazılı formada bildirilməklə,geri götürülə bilər.
Müqaviləni imzalayarkən, ratifikasiya edərkən və s. dövlətlər bəzən bu və ya digər müddəanın necə başa düşülməsi və ya onun əhəmiyyəti ilə bağlı bəyanatlar verirlər; bunlar qeyd-şərtlərdən fərqləndirilməlidir. Belə ki, bu cür bəyanaylar müqavilənin hər hansı müddəasını dəyişdirmir və ya onu aradan götürmür.


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə