1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi


Avropa Insan Hüquqları Məhkəməsi



Yüklə 93,38 Kb.
səhifə28/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   24   25   26   27   28   29   30   31   ...   43
Huquq 75

Avropa Insan Hüquqları Məhkəməsi 

Avropa İnsan Hüquqları Məhkəməsi — “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəmə. İnzibati binası Fransanın Strasburq şəhərində yerləşir.

Məhkəmə, Konvensiyanın qəbul edilməsindən 9 il sonra, qüvvəyə minməsindən isə 6 il sonra, yəni 1959-cu ildən fəaliyyətə başlamışdır. Bu, əsasən onunla izah olunur ki, iştirakçı-dövlətin Konvensiyanı ratifikasiya etməsi avtomatik olaraq Məhkəmənin yurisdiksiyasını da tanıması demək deyildi. Bu halda dövlətin xüsusi bəyanatı tələb olunurdu. 12 iyul 1949-cu ildə Avropa Şurasının Nazirlər Komitəsinə Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa Məhkəməsinin Statutunun layihələri təqdim edildi. Lakin buna baxmayaraq, Komitənin 9 avqust 1949-cu il tarixdə keçirilən birinci sessiyasında yeddi səs lehinə, dörd əleyhinə və bir səs bitərəf olmaqla «İnsan hüquqlarının və əsas azadlıqların müəyyən edilməsi, müdafiəsi və inkişafı» adlı bəndin Şuranın Məşvərətçi Assambleyasının birinci yığıncağının gündəliyindən çıxarılması qərara AİHM-ə müraciət qaydaları:

Məhkəməyə müraciət etməzdən əvvəl aşağıdakı məqamlara diqqət yetirilməlidir:

Müraciət edilən dövlətin Avropa İnsan Haqları Konvensiyasını ratifikasiya etməsi;

Pozulmuş hüquq və ya hüquqların Konvensiya və əlavə Protokollarda təsbit olunması;

əgər bu pozulmuş hüquq(lar) Konvensiyaya dair hər hansı bir Protokolda nəzərdə tutulmuşsa, bu Protokolun müvafiq dövlət tərəfindən ratifikasiya edilməsi;

bütün dövlətdaxili hüquq müdafiə vasitələrinin tükənməsi;

müvafiq sonuncu dövlətdaxili orqanın qəti qərarının qəbul edilməsindən sonra altı aylıq müddətin keçməməsi;

şikayətin anonim olmaması;

şikayətin mahiyyətcə Məhkəmənin artıq baxdığı məsələ ilə eyni olmaması;

şikayətin beynəlxalq araşdırmanın və ya tənzimlənmənin digər prosedurasının predmeti olmaması;

şikayətin açıq surətdə əsaslandırılması;

şikayət vermə hüququndan sui-istifadə edilməməsi.

Konvensiyanın pozulması müraciət edənə şəxsi ziyanın vurulması ilə bağlı olmalıdır, yəni Konvensiyada təsbit olunmuş bu və ya digər hüquq və azadlıqların pozulması şəxsən onun özünə aid olmalıdır, şəxsən onun özünün bu və ya digər hüququ (hüquqları) pozulmuş olmalıdır. Konvensiya üzrə müdafiə yalnız fərdlə hakimiyyət arasında olan imünasibətlərə tətbiq edilir. Buna müvafiq olaraq, fərd Avropa Məhkəməsinə yalnız Konvensiyada və əlavə Protokollarda təsbit olunmuş və dövlət orqanlarının məsuliyyət daşıdığı hüquqların pozulması ilə əlaqədar müraciət edə bilər. Fərd digər bir fərdin hərəkəti ilə əlaqədar Avropa Məhkəməsinə müraciət edə bilməz.

Yuxarıda qeyd olunan şərtlərdən birinə və ya bir neçəsinə əməl olunmadığı təqdirdə şikayət Məhkəmə tərəfindən qəbul olunmayacaqdır.

Avropa Məhkəməsinə şikayət ərizəsi aydın və dolğun tərtib olunmalı, müraciət edən və ya onun vəkalətnamə ilə təsdiq edilmiş səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır. Qeyri-hökumət təşkilatları və ya şəxslər qrupu tərəfindən verilən ərizələr isə bu təşkilatı və ya şəxslər qrupunu təmsil edən şəxslər tərəfindən imzalanır. alındı.




  1. Yüklə 93,38 Kb.

    Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə