1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi


Beynəlxalq cinayət məhkəməsi



Yüklə 93,38 Kb.
səhifə30/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   26   27   28   29   30   31   32   33   ...   43
Huquq 75

Beynəlxalq cinayət məhkəməsi 

1998-ci ilin iyulunda Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması haqqında Müqavilə və onun Statutu qəbul olunmuşdur. Statut 2002-ci il iyulun 1-də qüvvəyə minmişdir. Məhkəmə 2003-cü ildən fəaliyyət göstərir və hazırda icraatında altı iş (Uqandada, Konqo Demokratik Respublikasında, Mərkəzi Afrika Respublikasında, Sudanda, Keniyada və Liviyada törədilmiş beynəlxalq cinayətlərlə bağlı) vardır. Nəhayət, beynəlxalq cinayət hüququnun inkişafında mühüm mərhələ kimi son illərdə «qanşıq» və ya «bcynəlmiləlləşdirilmiş» məhkəmələrin təsis olunmasını qeyd etmək lazımdır. Bu məhkəmələr ona görə belə adlandırılır ki, onların tərkibində beynəlxalq hakimlər və prokurorlar da olur. Məsələn, Syerre-Leonedə, Kambocada, Kosovoda və s. bu cür məhkəmələr yaradılmışdır.Beynəlxalq cinayət məhkəməsinin Nizamnamələrində bir sıra cəzalar təsbit olunmuşdur. Milli cinayət hüququnda, məlum olduğu kimi, hər hansı bir əməlin nəinki cinayət olması, habelə onun cəzalandırılması eyni bir norma çərçivəsində qanunverici tərəfindən müəyyən olunur. Beynəlxalq cinayət hüququnda isə, dövlətlərarası sazişlər, bir qayda olaraq, bu və ya digər əməlin cinayət xarakterini müəyyən edir, lakin bununla yanaşı, konkret sanksiyalar haqqında məsələni açıq qoyur. Beynəlxalq müqavilələrdə cəzanın növü və ölçüsü haqqında göstərişin olmaması ona əsas verir ki, konkret cəza tədbiri ya milli məhkəmələr, ya da beynəlxalq tribunal tərəfindən cinayət törədildikdən sonra müəyyən oluna bilər.

Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsində isə iki əsas cəza növü müəyyən edilmişdir: azadlıqdan məhrumetmə və cərimə. Məhkəmə ölüm cəzası təyin edə bilməz.




  1. Yüklə 93,38 Kb.

    Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə