1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi



Yüklə 93,38 Kb.
səhifə32/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   28   29   30   31   32   33   34   35   ...   43
Huquq 75

Tanıma bir dövlətin başqa bir dövləti beynəlxalq hüququn subyekti kimi nəzərdən keçirməsini və onunla rəsmi münasibətlər qurmağa hazır olmasını bəyan edən birtərəfli aktdır.  

Tanıma habelə bir dövlətin başqa bir dövlətdə və yaxud onun ərazisinin bir hissəsində qeyri-konstitusion yolla bərqərar olmuş, səmərəli idarəçilik həyata keçirən, müvafiq ərazidə situasiyaya tam nəzarət edən hakimiyyəti həmin dövlətin (və ya müvafiq ərazinin əhalisinin) beynəlxalq münasibətlərdə nümayəndəsi kimi qəbul etməsinə deyilir. 

Tanıma bilavasitə beynəlxalq-hüquqi məsələ deyil, çünki bir dövlətin başqa dövləti tanımaq vəzifəsi deyil. Başqa sözlə, tanıma dövlətin tam öz ixtiyanndadır və onu heç kim məcbur edə bilməz ki, yeni yaranmış dövləti və ya hökuməti tanısın. Bir dövlət başqa bir dövləti (və ya hökuməti) tanıyarkən öz siyasi və iqtisadi maraqlannı əldə rəhbər tutur. Tanıyan və tanınan dövlət (hökumət) üçün tanıma normal ikitərəfli münasibətlər qurmaq, o cümlədən diplomatik nümayəndəliklər təsis etmək və müqavilələr bağlamaq üçün zəruri şərtdir.  

Tanıma birbaşa və ya dolayı yolla ifadə oluna bilər. Bir dövlətin tanımadığı dövlətlə beynəlxalq konfransda iştirak etməsi dolayı tanıma hesab edilməməlidir. Lakin dövlətin hər hansı bir yeni dövlətin BMT- yə qəbul olunmasının lehinə səs verməsi dolayı tanıma sayıla bilər.  

 

 Tanımanın yeni dövlət üçün hansı əhəmiyyət daşıması ilə bağlı iki bir-birinə zidd nəzəriyyə mövcuddur



  1.  konstitutiv nəzəriyyə  

  1. deklarativ nəzəriyyə.  


Yüklə 93,38 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə