1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi



Yüklə 93,38 Kb.
səhifə40/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   35   36   37   38   39   40   41   42   43
Huquq 75

66.Dövlətəbənzər qurumlar

Dövlətəbənzər qurumlar müəyyən həcmdə beynəlxalq-hüquqi subyektliyə malik olur. Onların öz ərazisi, vətəndaşlığı, hakimiyyət orqanları olur və bir sıra beynəlxalq müqavilələrdə iştirak edirlər.  

Bu qurumlara azad şəhərləri və Vatikanı misal göstərmək olar.  

XIX-XX əsrlərdə Krakov, Dansiq və Triyest kimi azad şəhərlər olmuşdur.  

Azad şəhərlərin beynəlxalq-hüquqi subyektliyi beynəlxalq müqavilələr və bu şəhərlərin konstitusiyaları ilə müəyyən olunurdu. Onlar tam özünüidarəyə malik deyildi. Azad şəhərlərin sakinləri üçün xüsusi vətəndaşlıq tətbiq olunurdu. Onlardan bəziləri beynəlxalq müqavilələr bağlamaq və beynəlxalq təşkilatlara daxil olmaq hüququna malik idi. Azad şəhərlərin ən mühüm xüsusiyyətlərindən biri onların hərbsizləşdirilməsi və neytrallaşdırılmasıdır.  



Vatikanın beynəlxalq-hüquqi statusu 1929-ci ildə Papa nümayəndəsi ilə İtaliya hökuməti arasında bağlanmış və l984-cü ildə yenidən baxlanmış Lateran müqaviləsi ilə müəyyən olunmuşdur. Vatikan zahirən dövlətin, demək olar ki, bütün atributlarına - kiçik əraziyə, hakimiyyət orqanlarına və s. malikdir. Lakin Roma şəhərində yerləşən Vatikanın əhalisi haqqında şərti danışmaq olar: burada yalnız katolik kilsəsinin işləri ilə məşğul olan vəzifəli şəxslər yaşayır. Vatikana sosial mənada dövlət kimi baxmaq olmaz; o, əslində katolik kilsəsinin inzibati mərkəzidir. Bununla belə, Vatikan bir çox dövlətlərlə rəsmi əlaqələr saxlayır, bu ölkələrdə öz daimi nümayəndəliklərini təsis edir. Vatikanın nümayəndə heyəti beynəlxalq təşkilataların və konfransların işində iştirak edir. O, bir sıra beynəlxalq təşkilatların (MAQA'l'E, Beynəlxalq Elektron Rabitəsi İttifaqı, Ümumdünya Poçt İttifaqı və s.) üzvüdür, BMT, YUNESKO, və digər təşkilatlar yanında daimi müşahidəçiləri vardır.  


  1.  İkili vətəndaşlıq və vətəndaşsızlıq 


Yüklə 93,38 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə