1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi


Beynəlxalq müqavilənin xitam olunması



Yüklə 93,38 Kb.
səhifə39/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   35   36   37   38   39   40   41   42   43
Huquq 75

Beynəlxalq müqavilənin xitam olunması 

Beynəlxalq müqavilənin xitam olunması onun tərəflər üçün öz məcburi qüvvəsini itirməsi deməkdir. Müqvilə aşağıdakı əsaslarla xitam oluna bilər: 

  • müqavilənin  bağlandığı müddətin başa çatması.   Müddətli müqavilə, əgər hər hansı bir yolla prolonqasiya edilməmişsə, o, göstərilən müddət bitdikdən sonra xitam olunmuş sayılır. 

  • müqavilə öhdəliklərinin icra olunması. Tərəflərin müqavilədə nəzərdə tutulmuş öz öhdəliklərini tam icra etməsi ilə, əgər müqavildə bu, xsusi olaraq göstərilibsə, həmin müqavilə xitam olunmuş sayılır. 

  • müqavilənin bütün iştirakçılarının razılığı ilə.  Betnəlxalq müqavilə onun iştirakçılarının ümumi razılığı ilə istənilən vaxt ləğv edilə bilər. Məsələn, Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1955-ci il Varşava Müqaviləsinin iştirakçısı olan dövlətlər 199-ci il iyulun 1-də bu Müqavilənin xitam olunması barədə protokol imzalamışdılar. 

  • eyni məsələ üzrə və eyni dövlətlər arasında yeni müqavilənin bağlanması. Lex posteriori derogat legi priori prinsipinə görə, bu halda əvvəlki müqavilə öz hüquqi əhəmiyyətini itirmiş olacaqdır. 

  • denonsasiya. Denonsasiya dövlətin, müqavilədə göstərilən şərtlərlə, digər iştirakçı dövlətləri qabaqcadan xəbərdar etməklə, müqavilədən imtina etməsi deməkdir. Deməli, müqavilənin özündə əgər belə imkan nəzərdə tutulmayıbsa, o, denonsasiya oluna bilməz. Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyalarında belə bir müddəa nəzərdə tutulmuşdur ki, bu Konvensiyaların müharibə zamanı, sülh bağlanana qədər denonsasiyasına yol verilmir. 

  • müqavilənin birtərəfli qaydada ləğv edilməsi. Bu halda dövlət iştirakçısı olduğu beynəlxalq müqavilədən, ciddi əsas gətirməklə, birtərəfli qaydada imtina edir. Müqavilədən birtərəfli imtinaya, ümumiyyətlə, yol verilmir. Beynəlxalq hüquq bunu yalnız üç halda mümkün hesab edir. 

  • müqavilənin digər iştirakçı dövlət tərəfindən əsaslı pozulması. Lakin bu əsas insan hüquqları haqqında beynəlxalq müqavilələrin birtərəfli qaydada xitam olunması və bu müqavilələrin qüvvəsinin müvəqqəti dayandırılması üçün istifadə oluna bilməz. 

  • müqavilənin bağlandığı vaxt mövcud olmuş halların əsaslı surətdə dəyişməsi(rebus sic stantibus prinsipi). Lakin buna o zaman istinad etmək olar ki, belə halların mövcud olması vaxtilə müqavilənin məcburiliyinə razılıq verilməsinin əsasını təşkil etmişdi və vəziyyətin belə dəyişməsi hələ yerinə yetirilməli olan müqavilə öhdəliklərinin həcmini köklü surətdə dəyişir. Qeyd edək ki, rebus sic stantibus prinsipi dövlət sərhədini müəyyən edən müqavilələrə şamil edilmir. Bu prinsip habelə o zaman tətbiq olunur ki, vəziyyətin əsaslı surətdə dəyişməsi göstərilən prinsipə istinad edən dövlətin öz beynəlxalq öhdəliklərini pozması nəticəsində baş vermişdir. 

  • müqavilənin yerinə yetirilməsinin qeyri-mümkünlüyü.  Bu, əsasən, müqavilənin obyektinin məhv olduğu və ya yoxa çıxdığı zaman (məsələn, adanın suya batması, çayın quruması və s.) baş verir. 



  1.  Beynəlxalq təkilatlar və bu təşkilatlara üzvlük 

Öz nizamnamə məqsəd və vəzifələrini yerinə yetirmək üçün beynəlxalq təşkilatlar bu və ya digər dərəcədə beynəlxalq-hüquqi subyektliyə malik olmalıdır. Lakin beynəlxalq təşkilatların beynəlxalq-hüquqi subyektliyi müəyyən xüsusiyyətlərə malikdir. Belə ki:  

a) onların beynəlxalq-hüquqi subyektliyi törəmə xarakteri daşıyır (beynəlxalq təşkilatlar dövlətlər tərəfindən yaradılır);  

b) bu subyektlik spesifik xarakter daşıyır (beynəlxalq təşkilatın subyektliyi təşkilatın məqsəd və vəzifələri ilə şərtlənir);  

c) beynəlxalq təşkilatların və onların vəzifəli şəxslərinin (baş katib və müavinlərdən başqa) imtiyaz və immunitetləri diplomatik yox, funksional xarakter daşıyır;  

ç) beynəlxalq təşkilatlar BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola bilməzlər;  

d) beynəlxalq təşkilatda nümayəndəlik birtərəfli xarakter daşıyır (yəni beynəlxalq təşkilat dövlətlərə daimi nümayəndə təyin etmir).  

Beynəlxalq təşkilatlar dövlətlərlə və başqa beynəlxalq təşkilatlarla müqavilələr bağlaya bilər, zərərin ödənilməsi barədə iddialar qaldıra bilər, milli yurisdiksiyalardan immunitetlərə malikdir.  

Zərərin ödənilməsi haqqında işdə BMT-nin Beynəlxalq Məhkəməsi qeyd etmişdi ki, öz funksiyalarını səmərəli həyata keçirmək üçün BMT-yə bcynəlxalq-hüquqi subyektlik zəruridir. Bu ideya Beynəlxalq Məhkəmə tərəfindən digər bir işdə - Birləşmiş Millətlərin imtiyaz və immunitetləri haqqında Konvensiyanın 6~cı maddəsinin tətbiq olunması haqqında məsləhət xarakterli rəydə bir daha təsdiq olunmuşdu. Bu işdə, BMT-nin işçisinin ona qarşı hətta öz hökuməti tərəfindən görülən tədbirlə bağlı immuniteti təsdiq olunmuşdu.  

 


Yüklə 93,38 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə