1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi


BMT çərçivəsində mübahisələrin nizama salınması



Yüklə 93,38 Kb.
səhifə25/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   21   22   23   24   25   26   27   28   ...   43
Huquq 75

48.BMT çərçivəsində mübahisələrin nizama salınması

Birləşmiş Millətlər Təşkilatı sistemində beynəlxalq mübahisələrin nizama salınması üçün müxtəlif mexanizm və prosedurlar mövcuddur. Biz yuxanda BMT-nin Baş Katibinin «xeyirxah xid- mətlərindən» bəhs etdik. Aşağıda geniş şərh olunacaq BM'f Beynəlxalq Məhkəməsi də bu mexanizmlər sırasındadır.BMT-nin Baş Məclisi beynəlxalq mübahisələrin nizama salınması istiqamətində tövsiyələr etməklə bağlı geniş səlahiyyətlərə malikdir. Sülhə təhlükə və ya sülhün pozulması hallannda Təhlükəsizlik Şurasının öncül mövqeyini nəzərə almaqla, Baş Məclis, «mənşəyindən asılı olmayaraq, ümumi əmin-amanlığı və millətlər arasındakı dostluq münasibətlərini poza bilən hər hansı situasiyanın dinc yolla nizamlanması üçün tədbirlər tövsiyə edə bilər».Baş Məclisin əksər qətnamələri kimi, bu cür tövsiyələr də hüquqi cəhətdən məcburi deyildir. Ona görə də Baş Məclis tərəflərə mübahisənin hər hansı həllini zorla qəbul etdirə bilməz. Baş Məclis siyasi orqan olduğuna görə, hər hansı situasiya və ya mübahisə ilə bağlı aparılan müzakirələrdə vo təklif olunan tədbirlərdə beynəlxalq hüquq yox, siyasi mülahizələr əsas rol oynayır.BMT-nin Nizamnaməsinin VI fəslinə («Mübahisələrin dinc yolla həll olunması») əsasən, Təhlükəsizlik Şurası beynəlxalq mübahisələrin həlli ilə bağlı müxtəlif səlahiyyətlərə malikdir. Birincisi, əgər digər dinc vasitələrin tətbiqi bir nəticə verməmişsə, beynəlxalq sülhə və təhlükəsizliyə qorxu yarada biləeək mübahisənin tərəfləri onu Təhlükəsizlik Şurasına vennəlidirlər. İkincisi, BMT-nin istənilən üzvü və ya üzvü olmayan dövlət, mübahisənin tərəflərinin razılığı olmadan, həmin mübahisəni, onun beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün təhlükə törədəcəyini müəyyən etmək üçün Təhlükəsizlik Şurasına verə bilər. Bu hər iki halda, 'fəhlükəsizlik Şurası müvafiq nizamlama prosedur və ya metodlannı tövsiyə edə bilər. Sülhə təhlükə, sülhün pozulması və ya təcavüz aktı ilə bağlı hallarda (Bosniyada olduğu kimi) Təhlükəsizlik Şurası mübahisənin həllini məcburən qəbul etdirə bilər. Qeyd etmək lazımdır ki. Təhlükəsizlik Şurası siyasi orqandır. Onun əsas vəzifəsi sülhü qorumaqdır, hüququ qorumaq deyil; bunlar isə heç də həmişə üst-üstə düşmür. Təhlükəsizlik Şurası, əsas etibarilə, siyasi mübahisələrlə məşğul olur, hüquqi mübahisələrə gəldikdə isə, BMT Nizamnaməsinin 36-cı maddəsinin 3-cü bəndinə əsasən, o, nəzərə almalıdır ki, tərəflər bu cür mübahisələri, ümumi qayda olaraq. Beynəlxalq Məhkəməyə vennəlidirlər. Doğrudur, bir çox mübahisələrdə siyasi və hüquqi aspektləri bir- birindən ayınnaq çətin olur və 'fəhlükəsizlik Şurası müvafiq hesab etdiyi hallarda bu mübahisələrin həlli üçün əsas məsuliyyəti öz üzərinə götürür və konkret tədbirlər görür.




Yüklə 93,38 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə