8) sərhədlərin toxunulmazlığı prinsipi;
9) dövlətlərin ərazi bütövlüyü prinsipi;
10) əsas insan hüquq və azadhqlanna hörmət edilməsi prinsipi.
1) güc tətbiq ctoıəmək və ya güclə hədələməmək prinsipi;
«Güc» dedikdə, BMT Nizamnaməsində hərbi, silahlı güc başa düşülür.
Sözügedən prinsipə görə, aşağıdakı hərəkətlər hüquqa zidd hesab olunur:
a) digər dövlətin beynəlxalq sərhədlərini pozmaq məqsədilə və ya beynəlxalq mübahisələri, o cümlədən ərazi və yaxud sərhəd mübahisələrini həll etmək üçün güc tətbiq etmək və ya güc tətbiqi ilə hədələmək;
b) silahlı güc tətbiq etməklə əvəzçıxma təzyiq tədbirləri (burada, qadağan olunmuş əməllər sırasında bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin limanlarını blokadaya almasını (buna «dinc blokada» deyilir) göstərmək olar);
c) qcyri-nizami qüvvələrin və ya silahlı bandaların təşkili və ya təşkilinə dəstək verilməsi;
ç) digər dövlətin ərazisində vətəndaş müharibəsinin və yaxud terror aktlannın təşkil edilməsi, onlara yardım edilməsi və ya birbaşa iştirak;
d) digər dövlətin ərazisinin qanunsuz güc tətbiq etməklə işğal edilməsi;
e) güc tətbiq etməklə və ya güc tətbiqi ilə hədələməklə digər dövlətin ərazisinin ələ keçirilməsi;
Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipinin ən ağır pozuntusu silahlı təcavüz hesab olunur.
Beynəlxalq hüquq yalnız iki halda silahlı gücün tətbiqinə yol verir:
1. Özünümüdafiə.
2. Sülhə təhlükə, sülhün pozulması və ya təcavüz aktı olduqda, BMT Təhlükəsizlik Şurasının qərarına əsasən.
Dostları ilə paylaş: |