1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Mənzilin qatarburaxma qabiliyyəti



Yüklə 10,11 Mb.
səhifə33/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   29   30   31   32   33   34   35   36   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

84.Mənzilin qatarburaxma qabiliyyəti
Mövcüd daimi (stasionar) qurğulardan, dartı vasitələrinin növündən və gücündən, vaqonların növündən və hərəkətin təşkili üsulundan asılı olaraq, müəyyən zaman ərzində dəmiryol xətti üzrə yerinə yetirilə bilən maksimum hərəkət ölçüləri dəmiryol xəttinin qatarburaxma qabiliyyəti adlanır. Dəmiryol xətti ilə il ərzində daşınması mümkün olan yüklərin miqdarına dəmiryol xəttinin daşıma qabiliyyəti deyilir. Biryollu cüt qrafiklər üçün qatarburaxma qabiliyyəti cüt qatarlarla, ikiyollu və biryollu tək qrafiklər üçün qatarlarla istifadə olunur. Qatarburaxma qabiliyyəti sutkalıq, daşıma qabiliyyəti isə illik period üçün hesablanır. Mövcud, gözlənilən (layihə üzrə) və tələb olunan qatarburaxma qabiliyyətləri fərqləndirilir. Hər bir dəmiryol xətti üçün qatarburaxma qabiliyyətinin rezervi təyin edilir və bu qiymət təqribən 10-20 % təşkil edir. Qatarburaxma qabiliyyəti həm bütün dəmiryol sahəsi üçün ümumilikdə, həm də ayrı-ayrı bölmələr – mənzillər, stansiyalar, depolar üzrə təyin edilir. Daşıma qabiliyyəti isə adətən dəmiryol xətti üçün ümumilikdə hesablanır. Sahənin mənzilləri müxtəlif qatarburaxma qabiliyyətinə malik ola bilər. Buna görə də sahənin qatarburaxma qabiliyyətini təyin etmək üçün əvvəlcə ən kiçik qatarburaxma qabiliyyətinə malik məhdudlaşdırıcı mənzili müəyyən etmək, sonra isə onun qatarburaxma qabiliyyətini hesablamaq lazımdır. Mənzilin qatarburaxma qabiliyyəti qrafikin tipindən və elementlərinin qiymətindən, bölmə məntəqələrinin yol inkişafından asılı olub, aşağıdakı düsturla hesablanır:

Burada – qrafikdə yolun və qurğuların cari təmiri üçün ayrılan “texnoloji pəncərə”lərin müddətidir, dəq.; – texniki vasitələrin işinin etibarlığını nəzərə alan əmsaldır; – qrafikin periodudur, dəq.; – qrafikin periodundakı qatarların sayıdır. Qrafikin verilmiş tipi üçün xarakterik olan, sutka ərzində növbələşən bir qrup qatarın mənzili tutma müddəti qrafikin periodu adlanır. (6.1) düsturundan göründüyü kimi, qatarburaxma qabiliyyəti qrafikin periodu ilə tərs mütənasibdir, buna görə də məhdudlaşdırıcı mənzil qrafikin periodu ən böyük olan mənzilə deyilir.


Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə