Dövlət mülkiyyəti ümumdövriyyə xarakteri daşıyır. Dövlət başqa mülkiyyətçilərin
malik olmadığı mülkiyyət obyektlerini əldə edə bilər və əldə edir.
Mülki Məcəllənin 155.2-ci maddəsində qeyd olunur ki, fiziki, hüquqi şəxslərin və ya
bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.
Bu obyektlərin geniş dairəsi «Azərbaycan Respublikasında mülkiyyət haqqında» 9 noyabr
1991-ci il tarixli Qanunda (23 aprel 2002-ci il tarixli, 311-IIQD nömrəli qanuna əsasən
qüvvədən düşmüşdür) göstərilmişdir. Həmin Qanunda deyilir ki, respublika ərazisi
hüdudlarında torpaq, yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, bitkilər və heyvanlar
aləmi, hava hövzəsi Azərbaycan Respublikasının müstəsna mülkiyyətidir. Azərbaycan
Respublikası torpağı öz vətəndaşlarının xüsusi mülkiyyətinə verə bilər.
Azərbaycan Respublikası onun ərazisinə bitişik Xəzər dənizi iqtisadi zonasının
ehtiyatlarına beynəlxalq hüquqla təsdiq edilmiş hədlərdə sahiblik, onlardan istifadə və onların
barəsində sərəncam hüququna malikdir.
Azərbaycan Respublikasının ərazisində olan bütün təsərrüfat sahələrinin müəssisələri,
energetika, nəqliyyat və rabitə şəbəkələri (sistemləri), dövlət mənzil fondu, dövlət idarələrinin
əmlakı, mədəni sərvətlər və tarix abidələri, infrastruktur obyektləri, o cümlədən kurort-turist
təyinatlı obyektlər, dövlətin vəsaiti hesabına yaradılmış digər əsas fondlar, dövlət bankları,
maliyyə və kredit ehtiyatları, qiymətli kağızlar və suveren dövlət kimi Azərbaycan
Respublikasının qarşısında duran vəzifələri həyata keçirmək üçün lazım olan digər əmlak
Azərbaycan Respublikasının dövlət mülkiyyətinə aiddir.
Azərbaycan Respublikasının dövlət maliyyə ehtiyatları hesabına yaradılmış və başqa
dövlətlərin ərazisində yerləşən müəssisələr və ya onların hissələri də Azərbaycan
Respublikasının dövlət mülkiyyətidir.
Xüsusi mülkiyyət hüququ. Respublikamızda mülkiyyət hüququnun mühüm
formalarından biri də xüsusi mülkiyyət hüququdur. Xüsusi mülkiyyət hüququnun anlayışı
«Azərbaycan Respublikasında mülkiyyət haqqında» Qanunda (23 aprel 2002-ci il tarixli,
311-IIQD nömrəli qanuna əsasən qüvvədən düşmüşdür) verilmişdir. Həmin qanuna əsasən,
xüsusi mülkiyyət hüququ istehsal vasitələrinə, qeyri-istehsal təyinatlı predmetlərə və
sərvətlərə, pul vəsaitinə və qiymətli kağızlara, onlardan istifadə olunmasının nəticələrinə
sahiblik, onlardan istifadə və onların barəsində sərəncam sahəsində ayrı-ayrı şəxslərin
qanunla qorunan hüquqlarının məcmusudur.
Respublika qanunvericiliyinə müvafiq olaraq xüsusi mülkiyyət hüququ öz növbəsində
vətəndaşların və hüquqi şəxslərin mülkiyyət hüququna bölünür.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, keçmiş «sosializm» adlandırılan bir dövrdə
cəmiyyətin əsas prinsipi «hər kəsə əməyinə görə» kimi müəyyən olunmuş, əmək hüququ isə
vətəndaşların əsas hüquqlarından olan sosial-iqtisadi hüquq kimi qanunla möhkəmlənmişdi.
«İnsanın insan tərəfindən istismarı» qadağan olunmuş, istehsal vasitələri üzərində
mülkiyyətin sosialist forması şəriksiz olaraq hökmran idi. Şəxsi mülkiyyət adlanan
vətəndaşların mülkiyyətinin əsas mənbəyi ictimai istehsal vasitələrinə sərf olunan əmək idi.
Əməyə görə bölgü prinsipi üzrə vətəndaşlara məcmu ictimai məhsulun çatan hissəsi əsasən,
tələbatın ödənilməsinə yönəlmişdi. Bununla yanaşı, şəxsi mülkiyyətin mənbələrindən biri də
ictimai istehlak fondlarından ödənilən pensiya, müavinət və stipendiyalar idi. Vətəndaşların
tələbatının ödənilməsinə eyni zamanda pulsuz tibbi xidmətləri, mənzil-kommunal, nəqliyyat
xidmətləri və s. aid etmək olardı.
Hazırda qüvvədə olan Azərbaycan Respublikası Konstitusiyası reallığı əks etdirərək nə
əmək hüququnu, nə də əməyə görə bölgü prinsipini əsas götürmür. Heç kəs zorla işlədilə
bilməz. Eyni zamanda, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə
fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır (Azərbaycan Respublikası
Konstitusiyasının 35-ci maddəsi). Dövlət əqli mülkiyyət hüququnun, yəni müəlliflik hüququ,
ixtiraçılıq hüququnun və s. qorunmasına təminat verir.
Buna uyğun olaraq vətəndaşların mülkiyyət hüququnun təzahür formaları kimi, onun
əmələ gəlmə mənbələri də mühüm dəyişikliklərə uğramışdır. Hazırda vətəndaşların mülkiyyət
hüququnun əsasını onların muzdlu işçi kimi əməyi və müstəqil iqtisadi fəaliyyəti təşkil edir.
İqtisadi fəaliyyətdə də öz növbəsində qanuna uyğun olaraq qeydiyyata alınmaqla
əmlakdan istifadə, məhsulun satışı, işlər görülməsi və xidmətlər göstərilməsi yolu ilə
müntəzəm gəlir əldə etmək məqsədilə müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğulluq qeyd
olunmalıdır. Sahibkarlıq fəaliyyəti muzdlu əməyi tətbiqetmə və ya etməmə yolu ilə həyata
keçirilir.
Yuxarıda deyilənləri nəzərə alsaq demək olar ki, vətəndaşların xüsusi mülkiyyəti
hazırda aşağıdakı formalarda özünü göstərir:
• istehsal
vasitələrinin
mülkiyyətçisinin
kımin
olmasından
asılı
olmayaraq ona təklif olunan muzdlu əmək - vətəndaşların mülkiyyətinin mənbəyi kimi;
• gəlir əldə olunmasına xidmət etməyən şəxsi iqtisadi fəaliyyət - vətəndaşların
mülkiyyətinin mənbəyi kimi;
• şəxsi əməyə əsaslanan sahibkarlıq fəaliyyəti - vətəndaşların mülkiyyətinin mənbəyi
kimi;
• muzdlu əməkdən istifadə etməklə sahibkarlıq fəaliyyəti - vətəndaşların
mülkiyyətinin mənbəyi kimi.
Axırıncı - muzdlu əməkdən istifadə etməklə sahibkarlıq fəaliyyəti həm hüquqi şəxs
yaratmaqla, həm də yaratmamaqla ola bilər.
Xüsusi mülkiyyətin bir növündən başqa növünə keçmək üçün qanun heç bir
məhdudiyyət qoymur, əksinə, daha çox iqtisadi və sosial effekt verən sahəyə əməyin və
kapitalın cəlb edilməsi dövlət tərəfindən həvəsləndirilir.
Qeyd olunmalıdır ki, bir şəxsin xüsusi mülkiyyəti bir deyil, bir neçə mənbədən yarana
bilər. Məsələn, vətəndaş təqaüdçü kimi pensiya, muzdlu işçi kimi əmək haqqı, səhmdar kimi
divident ala bilər və s.
Vətəndaşların xüsusi mülkiyyət hüququ maddi nemətlərin fərdi mənsubiyyətini təsbit
edən hüquqi institutdur.
Xüsusi mülkiyyət hüququnun anlayışını mülkiyyətçinin əmlak və ondan istifadə
olunmasının nəticələri üzərində öz mülahizəsinə görə sahiblik, istifadə və onlar barəsində
sərəncam səlahiyyətləri təşkil edir. Onlardan hər biri mülkiyyətçiyə üçüncü şəxslərlə hüquq
münasibətlərində konkret imkanları təmin edir.
Bazar
iqtisadiyyatı
dövründə
xüsusi
mülkiyyətin
obyektləri
dairəsinin
müəyyənləşməsinə münasibət qanunvericilik tərəfindən əhəmiyyətli dərəcədə dəyişilmişdir.
Əvvəllər qüvvədə olan qanunvericiliyə görə vətəndaşların mülkiyyəti özünün istehlak təyinatı
ilə, əsasən istehlak məhsullarına şamil edilirdi. O ki, qaldı, istehsal vasitələrinə, onda,
vətəndaş yalnız xırda istehsal vasitələrinin sahibi ola bilərdi və bu zaman muzdlu əməkdən
istifadə qadağan olunurdu. İndi vəziyyət tamam dəyişmişdir. «Azərbaycan Respublikasında
mülkiyyət haqqında» qanundan başlayaraq digər normativ aktlara qədər xüsusi mülkiyyətin
inkişafını ləngidən bütün maneələr aradan qaldırılmışdır.
Lakin xüsusi mülkiyyət hüququnun anlayış tutumu nə qədər böyük olsa da onun öz
sərhədləri vardır. Bu, mülki-hüquqi tənzimetmənin yol verilən və sərbəstlik prinsiplərindən
irəli gəlir.
Birinci prinsip o deməkdir ki, vətəndaş mülkiyyət hüququnu həyata keçirərkən qanunla
qadağan olunmayan hər şeyə yol verilir.
Sərbəstlik prinsipi isə vətəndaşın mülkiyyət hüququnu həyata keçirməsi və ya
keçirməməsini öz mülahizəsinə görə həll etməsi, hüququn həyata keçirilməsi məqsədini və
vasitələrini özünün seçməsi deməkdir.
Subyektiv mülkiyyət hüququnun, onun həyata keçirilməsinin məqsəd və vasitələrinin
sərhədlərinin genişləndirilməsi, heç də hər şeyə yol verilməsi demək deyildir.
Vətəndaşların mülkiyyət hüququnun obyektlərindən, əsasən istehlak təyinatı üzrə
istifadə olunduğu dövrlərdə, mülkiyyət hüququnun həyata keçirilməsində ön plana
mülkiyyətçinin sahiblik və istifadə səlahiyyətləri çəkilirdi. Mülkiyyətçi sərəncam hüququnun
həyata keçirilməsinə çox nadir hallarda müraciət edirdi. Lakin sonralar bazar iqtisadiyyatına
keçidlə əlaqədar mülkiyyətçinin bu vəziyyətində köklü dəyişikliklər baş verdi və o, sərəncam
səlahiyyətlərindən daha çox istifadə etməyə başladı. Belə ki, çox vaxt məhsul istehsalı və ya
Dostları ilə paylaş: |