|
1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləriQəbul və xidmət şöbəsinin baş inzibatçısının əsas funksiya və vəzifəsi
|
səhifə | 17/46 | tarix | 11.05.2022 | ölçüsü | 47,98 Kb. | | #86618 |
| aydın mlm.imtahan34. Qəbul və xidmət şöbəsinin baş inzibatçısının əsas funksiya və vəzifəsi. Qəbul və xidmət şöbəsinin baş inzibatçısı –qonaqlara göstərilən xidmətin keyfiyyətini artırmaq və səviyyəsini yüksəltmək baş inzibatçının əsas vəzifələrindən biridir. O, gün ərzində mehmanxanada bir çox mühüm və zəruri işləri yerinə yetirir. Bunlar aşağıdakılardır: gecə inzibatçısının hesabatını dinləyir və yoxlayır;keçən gecə ərzində doldurulan nömrələrin göstəricilərini təhlil edir;mehmanxanada əlavə xidmətlərin gündəlik satış vəziyyətini təhlil edir;ötən gecə ərzində mehmanxanaya daxil olan pulun hesabını yoxlayır;pulsuz verilən nömrələrin sayını təyin edir;gün ərzində mehmanxanaya gəlib-gedən qonaqların siyahısını nəzərdən keçirir; şöbənin və digər operativ iclaslarda iştirak edir; əməkdaşların iş cədvəlini yoxlayır və s. Bəzi otellərdə bronlaşdırma bölməsinin meneceri satış üzrə direktora , gecə auditoru isə baş mühasibə hesabat verir. Baş inzibatçının bölməsini çox vaxt mehmanxananın ürəyi də adlandırırlar. Qonağın oteldə qaldığı müddət ən çox təmasda olduğu yer baş inzibatçının bölməsidir.
Dostları ilə paylaş: |
|
|