|
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar
|
səhifə | 39/143 | tarix | 20.10.2023 | ölçüsü | 217,73 Kb. | | #128536 |
| 1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqarKatodda: Al3+ + 3e- → Al0
Anodda: 4AlO33- – 12e- → 2Al2O3 + 3O2
Fiziki xassələri. Gümüşü – ağ, yüngül (p=2,7 q / sm3) plastik, tər = 6600C – də əriyən metaldır. Elektrik keçiriciliyinə görə yalnız Ag və Cu – dən geri qalır.
Kimyəvi xassələri. Alüminium havada qaldıqda üzərində sıx oksid təbəqəsi, nəm havada qaldıqda isə səthində nazik hidroksid təbəqəsi əmələ gəlir; xırdalanmış halda közərtdikdə şiddətli alovla yanaraq oksidə çevrilir. Üzərindəki oksid təbəqəsini dağıtdıqda alüminium adi şəraitdə su, oksigen, xlor və bromla reaksiyaya girir. Alüminium hidogenlə birbaşa reaksiyaya girə bilmir, onun hidridi dolayı yolla alınır.
4Al + 3O2 → 2Al2O3 2Al + N2 → 2AlN
2Al + 3Cl2 → 2AlCl3 2Al + 3S → Al2S3
4Al + 3C → Al4C3
2Al + 6H2O → 2Al(OH)3 ↓+ 3H2
AlCl3 + 3LiH → AlH3 + 3LiCl
Alüminium duru turşulardan hidrogeni çıxarır.
2Al + 6HCl(d) → 2AlCl3 + 3H2
2Al + 3H2SO4(d) → Al2(SO4)3 + 3H2
Alüminium duru nitrat turşusunda asanlıqla həll olur.
8Al + 30HNO3 (d) → 8Al(NO3)3 + 3N2O + 15H2O
Qatı sulfat və nitrat turşuları alüminiumu passivləşdirir. Buna görə də, bu turşuları alüminium qablarda daşımaq və saxlamaq mümkündür. Lakin qızdırdıqda qatı sulfat turşusunda həll olur.
Dostları ilə paylaş: |
|
|