1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə138/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   135   136   137   138   139   140   141   142   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

C1 / C2= K

  • Burada: C1 və C2 həll olan maddənin birinci və ikinci həlledicidəki qatılığı, K isə paylanma əmsalıdır.

  • Bərk maddələrin mayelərdə həll olması. Bərk maddələrin mayelərdə həll olması ilə əmələ gələn məhlullar,məhlulların daha geniş yayılmış növüdür.Bu halda həlledici və həll olan maddə molekullar arasında güclü kimyəvi qarşılıqlı təsir olur ki, bu da canlı və cansız aləım üçün böyük əhəmiyyət kəsb edir.Bərk maddələrin mayelərdə həll olmasına temperatur müxdəlif cür təsir göstərir.Həll olma istilik udulması ilə getdikdə,temperaturun artması həllolmanın sürətləndirir.Əksinə həll olma zamanı istilik ayrılırsa, temperaturun artması ilə bərk maddənin həll olması zəifləyir.Bərk maddələrin mayelərdə həll olmasına təzyiq çox zəif təsir göstərir. Temperaturun təsirində müşahidə edildiyi kimi təzyiqin də bərk maddələrin mayelərdə həll olmasına təsiri müxtəlifdir.Bərk maddənin doymuş məhlulda həll olunması zamanı həcmin artması baş verirsə, təzyiqin artması həll olmanı azaldır. Nəticədə həll olan maddə məhlulda çökür.Əksinə həcm azalırsa, təzyiqin artması ilə həll olma artır.Yəni bərk maddənin bir hissəsi məhlula keçir.

  • Bərk maddələrdən nitrat və nitritlər,ammonium və qələvi metalların bütün duzları,asetatlar, sulfat turşusunun Fe,Mn,Zn,Al,Cu-lə əmələ gətirdiyi duzlar suda yaxşı həll olur.

    4.BERİLİUM.TƏBİİ BİRLƏŞMƏLƏRİ,ALINMASI,XASSƏLƏRİ VƏ TƏTBİQİ
    Elementlərin dövri sisteminin II qrup əsas yarımqrupuna berillium, maqnezium, kalsium, stronsium, barium və radium elementləri daxildir. Bu yarımqrupun bütün elementlərinin atomlarının xarici kvant təbəqəsində 2 elektron olur və onlar birləşmələrdə sabit (+2) oksidləşmə dərəcəsi göstərir:
    ns2 → ns1 np1
    Atomun normal halı Atomun həyəcanlanmış halı
    II A qrup elementləri qələvi metallardan sonra ən aktiv metallardır. Onların aktivliyi Be – Ra sırasında atomlarının radiusu böyüdükcə artır.
    Berillium
    Berillium Vokelen (1797) tərəfindən berill mineralının tərkibində berillium-oksidi şəklində kəşf olunmuş və “ berill torpağı” adlandırılmışdır. Berillium nadir elementdir. O, yer qabığının 6·10-4 % - ni təşkil edir. 40- a yaxın mineralı məlumdur.

    Yüklə 217,73 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   135   136   137   138   139   140   141   142   143




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə