1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar


Reaksiyaya daxil olan maddələrin kütlələrinin nisbəti onların ekvivalentlərinin nisbəti kimidir



Yüklə 217,73 Kb.
səhifə141/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   135   136   137   138   139   140   141   142   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

Reaksiyaya daxil olan maddələrin kütlələrinin nisbəti onların ekvivalentlərinin nisbəti kimidir.
m1 / m2 = E1 / E2
Burada: m1 m2 – reaksiyaya daxil olan maddələrin kütlələri, E1 E2 –ekvivalentləridir. Elementin ekvivalenti (E) onun atom kütləsinin (A) valentliyə (V) nisbətinə bərabərdir:
E = A / V və ya E = M / ok·d
Mürəkkəb maddələrin ekvivalentini tapmaq üçün onların molekul kütlələrini turşularda əvəz olunan hidrogen atomlarının sayına, əsaslarda hidroksil qruplarının sayına, duzlarda metal atomları sayının onun valenti hasilinə bölmək lazımdır:
turşularda:
EHCl = MHCl / 1 = 36,5 ; EH3PO4 = MH3PO4 / 3 = 98 / 3 = 32,7 q/mol
əsaslarda:
ENaOH = MNaOH / 1 = 40 ; EAl(OH)3 = MAl(OH)3 / 3 = 78 / 3 = 26 q/mol
duzlarda:
ENaCl = MNaCl / 1·1 = 58,5 ; EAl2(SO4)3= MAl2(SO4)3 /2·3 = 342/6=57 q/mol
oksidlərdə:
E(Na2O) = M(Na2O) /1·2 = 62 / 2 q/mol = 31 q/mol
E(Na2O) = E(Na) + E(O) = 23 + 8 = 31 q/mol
Ekvivalentin birbaşa təyini. Elementin oksigen və yaxud hidrogenlə əmələ gətirdiyi birləşmənin tərkibini bilməklə onun ekvivalenti asanlıqla təyin edilir.
2.XROM.TƏBİİ BİRLƏŞMƏLƏRİ,SƏNAYEDƏ ALINMA ÜSULLARI VƏ XASSƏLƏRİ
Dövri sistemin VI B qrupuna xrom, molibden və volfram d- elementləri daxildir. Xrom atomunda valent elektronlarından biri xarici elektron təbəqəsində, qalanı isə xaricdən ikinci təbəqədə d- əlavə səviyyəsində yerləşmişdir:
+24 Cr 1s2 2s2 2p6 3s2 3p6 4s1 3d5
Xrom atomunda 6 qoşalaşmamış valent elektronu var, buna görə də xrom birləşmələrdə +1-dən +6-ya qədər oksidləşmə dərəcəsi göstərə bilər. Xrom üçün oksidləşmə dərəcələri +2, +3, +6 olan birləşmələr daha xarakteriktir.

Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə