1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə51/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   47   48   49   50   51   52   53   54   ...   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

Molyar qatılıq (CM). Həll olmuş maddə miqdarının məhlulun həcminə olan nisbətinə onun molyar qatılığı deyilir. Məhlulun molyar qatılığı onun 1 litrində həll olmuş maddə mollarının sayı ilə ifadə olunur.
CM= n / V
Burada; n – həll olmuş maddənin mollarının sayı; V – məhlulun həcmidir.
n = m / M olduğundan CM = m / M · V olar.
M – həll edilmiş maddənin molekul kütləsi; m- isə həll edilmiş maddənin kütləsidir. Məhlulun həcmi millilitrlə verildikdə, CM = m · 1000 / M·V
Molyal qatılıq. Məhlulun molyal qatılığı 1000q həlledicidə həll olmuş maddənin mollarının sayını göstərir.
Cm= ( m / M · m1 )·1000
m- həll olan maddənin küt., m1- həlledicinin küt. M- isə həll olan maddənin molekul kütləsidir.
Normal qatılıq. Məhlulun normal qatılığı onun 1 litrində həll olmuş maddə ekvivalentlərinin sayını göstərir.
CH = m / E ·V
Məhlulun həcmi millilitrlə olduqda, CH = ( m / EV) 1000
Titrli qatılıq.Məhlulun bir millilitrində həll olan maddənin qramlarla miqdarına məhlulun titri deyilir.
T= CH · E /1000
CH E – hasili həll olan maddənin kütləsini (m) ifadə edir.
4.DÖVRİ QANUN,DÖVRİ SİSTEM.MOZİLİ QANUNU
Kimyəvi elementlərin sistemləşdirilməsi onların kimyəvi və fiziki xassələrinin öyrənilməsi əsasında yaradılmışdır. D.İ.Mendeleyev 1869-cu ildə dövri qanunu kəşf etmiş və bu qanun əsasında elementlərin dövri sistemini yaratmışdır. Dövri qanunun klassik tərifi belə ifadə olunur :
Elementlərin xassələri, eləcə də onların əmələ gətirdikləri bəsit və mürəkkəb maddələrin xassələri atom çəkilərindən dövri surətdə asılıdır.
Dövri sistem, dövri qanunun qrafiki, cədvəl şəklində ifadəsidir. Bu sistemin qanunauyğunluqarı əsasında D.İ.Mendeleyev o vaxt məlum olmayan bir neçə elementin kəşf olunacağını əvvəlcədən vermişdir. Qallium, skandium və germaniumun kəşfi, onların xassələrinin nəzəri və təcrübi qiymətlərinin uyğun gəlməsi Mendeleyevin uzaq görənliyini isbat etməklə, dövri qanunun düzgünlüyünü göstərdi. Dövri sistemin inkişafının iki əsas mərhələsi olmuşdur: kimyəvi və fiziki mərhələlər. Birinci mərhələdə elementlərin kimyəvi xassələri əsas götürülmüşdür. Məsələn, arqonun, kobaltın və tellurun atom kütləsinin, uyğun olaraq, kaliumun, nikelin və yodun atom kütləsindən çox olmasına baxmayaraq Mendeleyev bu elementlərin xassələrini nəzərə alaraq, arqonu kaliumdan, kobaltı nikeldən və telluru yoddan əvvəl yerləşdirmişdir. Həmin elementlərin bu cür yerləşdirilməsi tamamilə isbat olunmuşdur. Dövri sistemin inkişafını 2-ci mərhələsi Mozli qanununun kəşfi ilə əlaqədardır.

Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə