1 Microsoft Office Word



Yüklə 11,04 Kb.
səhifə2/2
tarix27.12.2023
ölçüsü11,04 Kb.
#162164
1   2
microsoft

MS Word Güclü mətn redaktoru olub bu proqram yazı işləri üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqram hesab olunur. Word versiyaları dəyişildikcə ona əlavə parametrlər, yeni komponentlər və müxtəlif panellər əlavə olundu. Bu proqramın köməyi ilə müxtəlif qeydləri, hesabatları və təsvirləri birləşdirmək mümkündür. Microsoft Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorları da deyilir. Bu proqramın istifadəsi bir o qədər də çətin deyil.


MS Word
Write your message
11:25 AM
  • Microsoft Office Excel. Əsasən hesablama işləri aparmaq və müxtəlif məqsədli elektron cədvəllər qurmaq üçün nəzərdə tutlmuş proqramdır. Ofis işlərində mütəmadi olaraq istifadə olunur. Bu proqram icad olunduqdan sonra şirkətlərdə mühasib işləyən şəxslərin işləri çox asanlaşdı. Çünki proqram şirkətin bütün maliyyə işlərini həyata keçirmək üçün əlverişlidir. İstifadəsi Word proqramına nisbətən bir qədər çətindir. Microsoft Office Excel proqramının da digər ofis proqramları kimi bir çox versiyaları vardır. Ən son versiyası 2010 versiyasıdır. Ən son versiya daha da təkmilləşdirilmiş əlavə panellər əlavə olunmuşdur. Hal-hazırda dünyada ən çox istifadə olunan proqramlardan biridir.
  • Microsoft Office PowerPoint. Bu proqram vasitəsilə slaydlar yaradılır. Həmçinin hesabatlar, tezislər, təqdimatlar bu proqram vasitəsilə edilir. Müasir dünyada demək olar ki, bir çox hesabat və təqdimatlar bu texnologiya vasitəsilə düzəldilir. Bundan əlavə təqdimata müxtəlif qrafik komponentlər də əlavə etmək olur. PowerPoint bir çox funksiya və funksiyaya malikdir. Siz animasiyalar əlavə edə, slaydlar arasında keçidləri fərdiləşdirə, təqdimatınızı saxlaya və müxtəlif fayl formatlarında ixrac edə bilərsiniz. Üstəlik, PowerPoint bulud əsaslı xidmət olan Microsoft 365 ilə sinxronizasiya edə bilər ki, siz istənilən cihazdan təqdimatlarınıza daxil ola bilərsiniz.
  • PowerPoint-in təklif etdiyi şablonlar və tərtibat seçimləri istifadəçilərə təqdimatlarını fərdiləşdirməyə imkan verir. Bundan əlavə, PowerPoint-in təqdimat rejimi istifadəçilərə slaydlar arasında keçid edərək canlı təqdimatı yaşamağa imkan verir. Keçid effektləri, vaxtlar və animasiyalar təqdimatı daha axıcı edir, eyni zamanda təqdimatı auditoriya ilə bölüşmək və paylaşılan təqdimatlar üzərində əməkdaşlıq etmək imkanı verir. PowerPoint-in istifadəsi asan interfeysi məzmun yaratma prosesini asanlaşdırır və istifadəçilərə peşəkar və heyrətamiz təqdimatlar yaratmağa kömək edir. Bu səbəbdən, iş, təhsil və ya şəxsi məqsədlər üçün vizual zəngin və effektiv təqdimatlar yaratmaq üçün tez-tez seçilən bir vasitə halına gəldi.
  • Microsoft Office Outlook. Bu proqram da ofis proqramlarının əsas proqramlarından biridir. Bu proqram bir e-poçt proqramıdır. Bütün e-poçtların ortaq bir yerə toplamaq üçün nəzərdə tutulmuşdur. Məsələn, bir şəxs 3-4 e-poçta malikdir, bütün e-poçtlara bu porqram vasitəsilə baxmaq mümkündür. Bu cəhətdən hal-hazırda kifayət qədər çox isitfadə olunan proqramdır. İstifadəsi çox asandır. Təqvim və görüşlərin idarə edilməsi Outlookun digər vacib xüsusiyyətidir. İstifadəçilər xatırlatmalar əlavə etməklə görüşləri planlaşdıra, iş təqvimlərini sinxronlaşdıra və vaxtlarını səmərəli idarə edə bilərlər. Bu xüsusiyyət iş dünyasında vaxt və təşkilatlanma üçün vacibdir.
  • Microsoft Office Publisher. Bu proqram daha çox dizayn proqramlarına bənzəyir. Siz bu proqram vasitəsilə vizitkalar, müxtəlif plakatlar,braşurlar hazırlaya bilərsiniz. Həmçinin kiçik həcmli veb saytların hazırlanması da mümkündür. Son versiyada istifadəçilərin rahat istifadə etməsi üçün proqramda hazır temalar qoyulmuşdur. Məsələn, hər hansı bir veb sayt hazırlamaq istəyirsinizsə, proqramın özündə bir çox temalar vardır, siz onlardan seçə bilərsiniz. Bundan başqa siz başqa bir yerdən də tema əlavə edə bilərsiniz. İstifadəsi bir qədər çətindir.
  • Microsoft Office Access. Bu proqramın da istifadəçiləri çoxdur. Belə ki, bu proqram verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuşdur. Microsoft Access müxtəlif növ informasiyanı toplamağa və sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasını təşkil etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa imkan verir. Microsoft Access geniş diapazonda informasiyanın idarəetmə effektivliyini artıran güclü tətbiqi proqramdır. Access həm sadə, həm də mürəkkəb verilənlər bazası ilə işləməyə imkan verir.
  • Microsoft Office Access. Bu proqramın da istifadəçiləri çoxdur. Belə ki, bu proqram verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuşdur. Microsoft Access müxtəlif növ informasiyanı toplamağa və sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasını təşkil etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa imkan verir. Microsoft Access geniş diapazonda informasiyanın idarəetmə effektivliyini artıran güclü tətbiqi proqramdır. Access həm sadə, həm də mürəkkəb verilənlər bazası ilə işləməyə imkan verir.
  • Microsoft Office InfoPath. Bu proqramda əsasən blanklar doldurmaq üçündür. Çox az istifadə olunan proqramdır. İnsanlar tərəfindən bir o qədər də tanınmır. Amma bir çox müsbət xüsusiyyətləri vardır. Məsələn, proqramda hazır blanklar yerləşdirilmişdir. Bundan başqa blankı və yaxud da hər hansı bir sənədi dizayn etmək imkanınızda vardır. InfoPath müxtəlif sənaye sahələrində şirkətlərin, qurumların və təhsil müəssisələrinin məlumatların toplanması, iş axınının idarə edilməsi və hesabat ehtiyaclarını ödəmək üçün vacib vasitədir. Onun istifadəçi dostu interfeysi, fərdiləşdirilə bilən forma elementləri və inteqrasiya imkanları məlumatların toplanması və iş axınının idarə edilməsini sadələşdirir və səmərəliliyi artırır. Bu yolla istifadəçilər verilənlərə əsaslanan qərar qəbuletmə proseslərini təkmilləşdirir və biznes proseslərini daha effektiv edir.

Yüklə 11,04 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə