1. Mülki müdafiə tibb xidmətinin təşkili Quruluşu və yaranması prinsipləri


Döş qəfəsi yaralanmaları zamanı ilk yardım



Yüklə 78,89 Kb.
səhifə8/18
tarix22.01.2022
ölçüsü78,89 Kb.
#83064
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
Belge (38)

5.Döş qəfəsi yaralanmaları zamanı ilk yardım.

Döş sümüyü vә qabırğaların sınığı zamanı xәsarәt alan şәxsdә döş qәfәsi nahiyәsindә kәskin ağrı, nәfәs alma zamanı ağrının güclәnmәsi, öskürmә vә qolları yuxarı qaldırarkәn hәrәkәtin mәhdudluğu, nәfәs almanın çәtinlәşmәsi, döş qәfәsinin deformasiyası vә bәzi hallarda sınıq nahiyәsindә xırıltılar qeyd olunur. Sıxıcı sarğı qoyulduqdan sonra xәsarәt alanın vәziyyәti bir qәdәr yüngüllәşir. Döş qәfәsinin dәlib keçәn yaraları (odlu silah, kesici-deşici alәt vә s.) xәsarәt alanın hәyatı üçün daha ciddi problemlәr yarada bilәr. Döş qәfәsinin dәlib keçәn yaraları, hәyatı vacib orqanların zәdәlәnmәsi vә plevra boşluğuna havanın keçmәsi (pnevmotoraks) ehtimalı olduğuna görә, xüsusi tәhlükә kәsb edir. Plevra boşluğuna daxil olan hava döş qәfәsinә tәşyiq etdiyinә görә ürәyin vә ağ ciyәrlәrin fәaliyyәti çәtinlәşir. Bu sәbәbdәn zәrәçәkәn ağrıdan vә hava çatmamazlığından şikayәt edir. Dәri vә selikli qişaların rәngindә göyәrmә qeyd olunur. Havanın vә köpüklü qanın yaradan içәri keçmәsi nәticәsindә xәsarәt alan nәfәs aldığı zaman vızıltılı sәslәri eşidilir. Yaranın әtrafında şişkinlik әmәlә gәlir ki, bu da dәrinin altına havanın yığılmasına (dәrialtı emfizema) gәtirib çıxarır. Bu sәbәbdәn havanın plevra boşluğuna yığılmasının qarşısını almaq olduqca vacibdir. Bu mәqsәdlә yaranın üzәrinә aseptik sarğı, daha sonra pambıq-tәnzif yastıqcıqlar vә sıxıcı sarğı qoyulur. Döş qәfәsinin ağır zәdәlәnmәlәrindә tәnәffüsü çәtinlәşdirәn paltarların yaxası açılmalı (kәsilmәli), xәsәrәt alan xәrәyin üstünә uzadılaraq başı yuxarı qaldırılmalı, dizlәrinin altına yastıq qoyulmalıdır. Xәsarәt alan tәcili olaraq xәstәxanaya çatdırılmalı vә şok әleyhinә müvafiq tәdbirlәr görülmәlidir.

Döş qəfəsinin dəlici yaralanmaları zamanı ilk yardım

Yarada yad cisim yoxdursa, dərhal yaranı ovucunuzla bağlayıb, ora havanın keçməsinin qarşısını alın (yaralının huşu aydındırsa, öz əli ilə yara deşiyini bağlamasına nail olun). Dəlib-keçən yaralanmalar zamanı yaranın həm giriş, həm də çıxış yerləri bağlanmalıdır.

Zərərçəkmişə yarıoturaq vəziyyət verin. Yaranın üzərini təmiz, hava keçirməyən(polietilen torba, alüminium folqa və s.)materialla örtün. Yapışqan bantlarla və ya sarğı ilə üç kənarından ( havanın nəfəsvermə zamanı döş qəfəsindən xaric olması, nəfəsalma zamanı isə daxıl olmaması üçün) döş qəfəsinə bərkidin. Yaralı tərəfə əyilməsinə imkan yaradın. Yaradan yad cismi çıxarmaq olmaz!

"Təcili yardım” çağırın. Əgər zərərçəkmişin huşsuz vəziyyətdədirsə, tənəffüsünü və nəbzini yoxlayın. Lazım gələrsə, ürək-ağciyər reanimasiyası tədbirlərini həyata keçirin. Zərərçəkmişin huşsuz vəziyyətdədir, lakin tənəffüs edirsə, ona yan vəziyyəti(sağlam tərəf yuxarıda olmaq şərtilə) verin.


Qarının dəlici yaralanmalaı zamanı ilk yardım Zərərçəkmişin huşu aydındırsa, ona arxası üstə, ayaqları bir qədər bükülmüş vəziyyət verin.Dizlərinin altına yastıq şəklinə salınmış hər hansı əlaltı vasitə qoyun. “Təcili yardım” çağırın. Tənəffüsünü və nəbzini nəzarətdə saxlayın. Qarından kənara çıxmış orqanları yerinə salmaq olmaz! Qarından kənara çıxmış orqanları yara üzərinə yığıb üzərini təmiz, ilıq su ilə isladılmış parça ilə örtün. Polietilen torba, alüminium folqadan da istifadə etmək olar.
Yarada yad cisim varsa, onun bint və ya təmiz parçanın  köməyi ilə olduğu vəziyyətdə sabit qalmasına nail olun. Yaradan  yad cismi çıxarmaq olmaz!


Yüklə 78,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə