1. Mülki müdafiə tibb xidmətinin təşkili Quruluşu və yaranması prinsipləri



Yüklə 78,89 Kb.
səhifə1/18
tarix22.01.2022
ölçüsü78,89 Kb.
#83064
  1   2   3   4   5   6   7   8   9   ...   18
Belge (38)


1.Mülki müdafiə tibb xidmətinin təşkili Quruluşu və yaranması prinsipləri.

Mülki müdafiə - ölkəmizin əhalisini və təsərrüfat obyektlərini təbii fəlakətlərin, güclü istehsalat qəzalarının nəticələrindən, habelə müasir qırğın vasitələrinin təsirindən mühafizə etmək məqsədilə həyata keçirilən ümumdövlət sosial və müdafiə tədbirləri sistemidir. Bu tədbirlər həm sülh və müharibə vaxtı yerinə yetirilir. Mülki müdafiənin Tibb xidmətinin əsas vəzifələri:


təbii fəlakət və qəza nəticəsində zədə almış adamlara, yaralılara, xəstələrə vaxtında tibbi yardım göstərmək , müalicə etmək;

  • kütləvi yoluxucu xəstəliklərin baş verməsi və yayılmasının qarşısını almaq;


  • müasir qırğın silahlarının zədələyici amillərindən əhalinin müdafiə etməsi üçün tibbi tədbirlər lompleksini həyata keçirmək;

Tədbirlər kompleksinə aşağıdakılar aiddir:

  1. epidemiya əleyhinə;

  2. sanitariya gigiyena;

  3. əhaliyə tibbi mühafizə və ilk tibbi yardım qaydalarının öyrədilməsi, onlar dərman vasitələri ilə təmin etmək;

  4. ərzaq məhsullarının və suyun radiaktiv, kimyəvi və bakterial maddələrlə çirklənməsinə laboratoriya nəzarəti etmək

Tibb xidmətinə həvalə edilən vəzifələrin hamısına əhalinin tibb təminatı deyilir.Mülki müdafiənin tibb xidmətinin vəzifəsinə müvafiq səhiyyə orqanlarının rəhbərləri:

  1. respublikada səhiyyə naziri

  2. şəhər,rayonlarda səhiyyə şöbələrinin müdiri

  3. xəstəxanaların,tibb sanitar bölmələrinin baş hakimləri

  4. xəstəxanaların həkimləri

Şəhər və rayon tibb xidmətinin rəisləri Mülki müdafiə rəhbərlərinə,şəhərə və rayon İcra hakimiyyətinə başçısına tabedirlər. Mülki müdafiə tibb xidmətinin qüvvələri birləşmiş tibb dərslərindən və tibb müəssəlindən ibarətdir və aşağdakılardan ibarətdir.

  • sanitar postu

  • sanitar bölməsi

  • sanitar bölməsi dəstələri

  • ilk həkim yardımı dəstəsi

  • epidemiya əleyhinə səyyar dəstə

. Mülki müdafiənin tibbi yardımı 3 yerə bölünür:

  • ilk tibbi yardım

  • ilk həkim yardımı

  • ixtisaslaşdırılmış tibbi yardım

  • İlk tibbi yardım aşağıdakılardan ibarətdir:

  • qanaxmaları müvəqqəti dayandırmaq;

  • yara və yanıq yerlərinə sterli sarğı qoymaq;

  • sınıq, çıxıq və əzilmə zamanı şin qoymaqla və ya əlaltı vasitələr işlətməklə immobilizasiya etmək;

  • süni nəfəs vermək, ürəyi xaricdən masaj etmək;

İlk həkim yardımı aşağıdakılardan ibarətdir:



  • yaranın və xəstəliyinin ağırlaşmasının qarşısını almaq;

  • orqanizmin pozulmuş həyat fəaliyyətini bərpa etmək;

  • yaralıları müalicə müəssisələrinə köçürməyə hazırlamaq.


Yüklə 78,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə