1. Mülki müdafiə tibb xidmətinin təşkili Quruluşu və yaranması prinsipləri



Yüklə 78,89 Kb.
səhifə3/18
tarix22.01.2022
ölçüsü78,89 Kb.
#83064
1   2   3   4   5   6   7   8   9   ...   18
Belge (38)

3. Yaralanmalar və qanaxmalar.

İstənilən güclü qanaxma zamanı əsas təhlükə ondan ibarətdirki ki, orqanizm daxilində qan kütləsinin kəskin şəkildə azalması nəticəsində ürək fəaliyyəti pisləşir. Bu zaman bütün həyati vacib orqanlar da oksigen çatışmazlığından zərər çəkməyə başlayırlar. Bu halda huşun itirilməsi baş verə bilər. Güclü qanaxma zamanı ilk növbədə yaradan hansı qanın axdığını müəyyən etmək lazımdır.

Qanaxmalar 3 cür olur.

1. Kapilyar qanaxmalar. Kapilyar qanaxma zamanı adi sarğı qoyduqda qanaxma dayanır. Bütün qanaxmalarda sarğının üstündən buz qovuğu qoymaq ağrını azaltmağa və qanaxmanı dayandırmağa kömək edir.

2. Venoz qanaxmalar. Venoz qanaxma zamanı tünd albalı rəngdə qan fasiləsiz yavaş axınla xaric olur. Bu zaman sıxıcı sarğı qoymaqla qanaxmanı dayandırmaq olar.

3. Arterial qanaxmalar. Ən təhlükəli qanaxma arterial qanaxmadır. Bu zaman fəvvarə şəklində al qırmızı qan sürətlə damardan xaric olur və zərərçəkmiş bir neçə dəqiqə ərzində çoxlu qan itirə bilər. Dərhal qanaxmanı saxlamaq üçün tədbirlər görülməlidir. Turna və ya əl altında olan hər hansı vasitədən (ip, rezin, parça, belkəməri və s.) istifadə etməklə zədə nahiyəsindən yuxarıda iri magistral damarları turna ilə sıxmaqla qanaxmanı saxlamaq lazımdır. Əl altında heç nə olmadıqda iri magistral damari barmaqla sümüyə doğru sıxmaq lazımdır. Turnanın qoyulduğu vaxt qeyd edilməlidir. Çünki 1-2 saatdan sonra 2-3 dəqiqəliyə sarğını boşaltmaq lazımdır ki, ətrafın qidalanması pozulmasın. Əks halda qanqrena baş verə bilər.



İlk yardım.

Yaralanmalar və bəzi tibbi vəziyyətlər qanaxma ilə nəticələnə bilər. Bu narahatlıq və qorxuya səbəb ola bilər, ancaq qanaxmanın müalicəvi məqsədi var. Yenə də kəsiklər və burun qanaxması kimi ümumi qanaxma hadisələrini necə müalicə etməli olduğunuzu və nə vaxt həkimə müraciət etməli olduğunuzu anlamalısınız.




Yüklə 78,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə