1. Mülki müdafiə tibb xidmətinin təşkili Quruluşu və yaranması prinsipləri



Yüklə 78,89 Kb.
səhifə16/18
tarix22.01.2022
ölçüsü78,89 Kb.
#83064
1   ...   10   11   12   13   14   15   16   17   18
Belge (38)

Burun qanaxması - qan damarlarının tamlığının pozulması nəticəsində burun

boşluğundan qanın axmasıdır. Əksər hallarda burnun travmaları və iltihabi proseslərini müşayiət edir. Qan xəstəlikləri ilə əlaqədar baş verə bilər. Burun dəliklərindən damcı şəklində və ya şırnaqla al rəngli qanın ifrazı, onun udlağın arxa divarı boyunca axması ilə xarakterizə olunur. Burun qanaxmasında qulaqda küy və başgicəllənmə yarana bilər. Residivləşən gur qanaxmalar arterial təzyiqin kəskin azalmasına, nəbzin yüksəlməsinə, ümumi halsızlığa səbəb olur. Həddindən artıqqanitirmə həyat üçün təhlükəli sayılır.

Burun qanaxmasının yaranma səbəbləri

Burun qanaxması - geniş yayılmış patoloji vəziyyətdir. LOR-şöbəyə hospitalizasiya olunan xəstələrin təxminən 10%-də burun qanaxması müşahidə edilir. Burun qanaxmalarının səbəbləri ümumi və yerli olur.

Burnun travması qanaxmanın ən çox rast gəlinən səbəbidir. Adi məişət, istehsalat və yol-nəqliyyat travmalarından əlavə bu qrupa əməliyyat, eləcə də müalicəvi-diaqnostik manipulyasiyaların (nazoqastral zondlama, nazotraxeal intubasiya, burun ciblərinin kateterizasiya və punksiyası) aparılması zamanı burnun selikli qişasının zədələnmələri daxildir.


  • Burnun selikli qişasının hiperemiyası ilə müşayiət olunan patoloji vəziyyətlər (sinusit, rinit, adenoid)

  • Burnun selikli qişasından gedən distrofik proseslər (burun çəpərinin ifadəli əyilməsi, atrofik rinit)

  • Burun boşluğunun şiş xəstəlikləri (spesifik qranuloma, angioma, bədxassəli şiş)

Ümumi səbəbləri:

  • Ürək-damar sisteminin xəstəlikləri (simptomatik hipertoniya, ateroskleroz, hipertoniya xəstəliyi, arterial təzyiqin yüksəlməsi ilə müşayiət olunan inkişaf

  • Ürək-damar sisteminin xəstəlikləri (simptomatik hipertoniya, ateroskleroz, hipertoniya xəstəliyi, arterial təzyiqin yüksəlməsi ilə müşayiət olunan inkişaf qüsurları)

  • Qan xəstə ləri, avitaminoz və hemorragik diatez

  • • Bədənin həddindən artıq qızması, günvurma və ya infeksion xəstəliklər zamanı hərarətin yüksəlməsi

  • Hormonal disbalans (hamilə və yeniyetmələrdə).


Yüklə 78,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə