1. Mülki müdafiə tibb xidmətinin təşkili Quruluşu və yaranması prinsipləri



Yüklə 78,89 Kb.
səhifə17/18
tarix22.01.2022
ölçüsü78,89 Kb.
#83064
1   ...   10   11   12   13   14   15   16   17   18
Belge (38)

Mədə qanaxması.

Mədə qanaxması - bu orqanın zədələnmiş damarlarından qanın mədə boşluğuna tökülməsi ilə xarakterizə edilir. Qanaxmanın intensivliyindən asılı olaraq, halsızlıq, başgicəllənmə, anemiya, «qəhvə çöküntüsü»> şəklində qusuntu, qara nəcis müşahidə edilir. Anamnez və klinik analizlər əsasında qanaxmadan şübhələnmək olar. Lakin yekun diaqnozun qoyulması üçün ezofaqoqastroduedonoskopiya aparılmalıdır. Cüzi hemorragiyalarda müalicə konservativ yolla (hemostatiklər, təzə dondurulmuş plazma və s.) yerinə yetirilir. Profuz qanaxmalar isə yalnız cərrahi üsulla (endoskopik koaqulyasiya, kliplənmə, genişləndirilmiş əməliyyat) dayandırılır.

Mədə qanaxması barədə umumi məlumat

Mədə qanaxması - nəinki mədə-bağırsaq traktının, həmçinin qanın laxtalanma sisteminin, o cümlədən digər orqanların bir çox xəstəliklərinin təhlükəli ağırlaşmasıdır. Dünya üzrə böyüklər arasında hər 100 000. nəfərdən təxminən 170-də bu patologiyaya rast gəlinir. Əvvəllər hesab olunurdu ki, mədə hemorragiyasının başlıca səbəbi xora xəstəliyidir.

Lakin bu xəstəliyin yeni müalicə üsullarının tətbiq olunmasına baxmayaraq, son 20 il ərzində MBT-nin bu şöbəsindən qanaxma hallarının tezliyi azalmamışdır.

Mütəxəssislər bu faktı müxtəlif dərman preparatlarının nəzarətsiz qəbulu ilə əlaqələndirirlər. Belə ki, mədə-bağırsaq qanaxmalarının səbəbləri arasında ön sıralarda medikamentoz eroziya və mədənin selikli qişasının xoralaşması dayanır. Letallıq 4-26% arasında dəyişir.

Mədə qanaxmasının səbəbləri

Uzun illər ərzində mədə və onikibarmaq bağırsağın xora xəstəliyi mədə qanaxmasının əsas inkişaf amili sayılırdı. Son dövrlərdə xora xəstəliyi xeyli azalsa da, insanlar arasında yüksək gərginlik, stress, qeyri-steroid iltihabəleyhinə vasitələrin qeyri rasional qəbulu mədə qanaxmalarının tezliyini demək olar ki, 3 dəfə artırmışdır.

Hazırda patologiyanın başlıca səbəblərinə mədənin selikli qişasının qeyri-xora mənşəli zədələnməsi: medikamentoz eroziya, stresslə əlaqəli zədələnmələr, Mellori-Veys sindromu aid edilir. Qanayan xoraların formalaşmasına xroniki böyrək çatışmazlığı da gətirib çıxara bilər. Digər amillərə ürək damar xəstəlikləri fonunda mədənin selikli qişasının işemiyası, qaraciyər sirrozu, bədxassəli törəmələr (eləcə də onlara qarşı kimyaterapiya), mədə qişasının kimyəvi və fiziki yanıqlarını misal göstərmək olar. Həmçinin kəllə-beyin travmaları, şok, ümumi soyuqlama, sepsis, ağır psixoemosional stress, miokard infarktı, hiperparatireoz, terminal onkopatologiyalar MBT-dən qanaxma törədə bilir.

Letallığın risk faktorlarına yaş amili (>60); aşağı arterial təzyiq, ifadəli bradikardiya və ya taxikardiya (hipotenziya ilə taxikardiyanın müştərəkliyi xüsusilə təhlükəlidir); ürək, qaraciyər, böyrəklərin fəaliyyətinin xroniki çatışmazlıqları; huşun pozulması; antikoaqulyantlar və antiaqreqantlarla aparılan müalicə daxildir. Sübuta yetirilmişdir ki, Helikobakter əleyhinə terapiya almayan pasiyentlərdə son 2 ildə qanaxmanın təkrarlanma ehtimalı 100%-ə bərabərdir.




Yüklə 78,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə