1. Mülki müdafiə tibb xidmətinin təşkili Quruluşu və yaranması prinsipləri


Qanaxmaları dayandırmaq üçün vasitələr



Yüklə 78,89 Kb.
səhifə13/18
tarix22.01.2022
ölçüsü78,89 Kb.
#83064
1   ...   10   11   12   13   14   15   16   17   18
Belge (38)

10. Qanaxmaları dayandırmaq üçün vasitələr.

Güclü arterial qanaxma olduqca təhlükəlidir. Güclü venoz və kapilyar qanaxmalar, adətən, daha az təhlükəlidirlər. Ancaq istənilən halda zədə almış şəxsə tibbi yardım göstərilməsi dərhal baş verməlidir.

Kapilyar qanaxmanı dayandırmaq asandır

Zəif dərəcədə olan kapilyar qanaxmanı (cızıq, kiçik yara) həmin sahəyə adi sarğı qoymaqla asanlıqla dayandırmaq olur. Venoz, güclü kapilyar, həmçinin kiçik arteriyalardan olan qanaxmalar zamanı yaraya sıxıcı (təzyiqedici) sarğı qoyulur. Yaranı təmizlədikdən sonra (əvvəl təmiz su ilə, sonra hidroqen peroksidilə yuyulur), üzərinə steril tənzif salfet (furasilin məhlulunda islatmaq da olar), onun üzərindən bir topa sıx bükülmüş pambıq qoyub, daha sonra bintin dairəvi hərəkəti ilə sıx şəkildə sarıyırlar.

Bintləmə qaydaları:


  • xəstəyə mümkün qədər rahat vəziyyət vermək lazımdır ki, ağrıları artmasın;

  • yaranın bintlə sarınması bintin başını bədənin bintlə sarınan hissəsinin ətrafına fırlamaqla iki əllə aparılır. Bu zaman bintin başını soldan sağa olmaqla açırlar;

  • bintin hər növbəti qatı özündən əvvəlki qatın eninin yarısını və ya 2/3 hissəsini örtməlidir;

  • bintləmə zamanı bədənin bintlə sarınan hissəsi, xüsusən də ətraflar sarğı qoyulandan sonra olacaqları vəziyyətdə olmalıdırlar. Məsələn, sarğıdan sonra xəstə gəzərsə, diz oynağına dizin bükülmüş vəziyyətində sarğı qoyulması yararsızdır;

  • bintin uclarını bədənin sağlam hissəsi üzərində (!) bağlamaq lazımdır.

Sarğı qoyduqdan sonra qanaxma davam edərsə, artıq bağlanmağa başlamış kiçik damarları zədələməmək üçün sarğını çıxarmamaqla, onun üzərindən ikinci, lazım olduqda isə üçüncü sarğını da qoymaq lazımdır. Adətən, hətta güclü venoz və kapilyar qanaxmalar zamanı sarğının üst-üstə üç dəfə qoyulması qanaxmanı dayandırmağa imkan verir. Qanaxmanı dayandıran kimi xəstəni dərhal yaxındakı xəstəxanaya və ya travma məntəqəsinə çatdırmaq lazımdır!

Göz travması və kəllə sümüyündə sınıq olması ehtimalı olduğu halda başın travması zamanı yaraya sıxıcı sarğı qoymaq olmaz!

 Nə zaman jqut qoyulmalıdır? Arterial qanaxmaya nisbətən venoz qanaxmanı saxlamaq xeyli dərəcədə asan olur və adətən bu zaman jqut qoyulması tələb olunmur. Əgər hətta üst-üstə qoyulan 3 sıxıcı sarğı qoyulması nəticəsində venoz qanaxmanı saxlamaq mümkün olmazsa, qanaxma yerindən bir qədər aşağıda (!) həmin ətrafa jqut qoyulur (jqutun qoyulması qaydaları barədə aşağıda  oxuya bilərsiniz).

Güclü arterial və qarışıq tipli qanaxma zamanı (eyni zamanda arteriya və venadan qanaxma olduqda) tez bir zamanda yaradan təxminən 5 sm yuxarıda olmaqla ətrafa qanaxmanı saxlayan jqut qoymaq tələb olunur. Jqutu ətrafa (əl, ayaq) yalnız güclü arterial qanaxma olduqda, qanaxmanı digər üsullarla saxlamaq mümkün olmadıqda qoymaq lazımdır!

 

Ətrafa jqut qoyulması çox ağrılı proseduradır. Hətta zərərçəkən jqutu boşaltmağa çalışacaq – buna hazır olmaq lazımdır.



Bəs jqut necə qoyulmalıdır? Bunun üçün əvvəlcə arteriyanı sıxmaq lazımdır ki, qanaxma dayansın. Əlbəttə ki, bu yolla siz qanaxmanı uzun müddət ərzində saxlaya bilməzsiniz. Qan “fontanı” dayanan kimi, ətrafa jqut qoymaq lazımdır. 

Dərini sıxmamaq üçün jqut nazik parça altlığın üstündən (dəsmal, parça və s.) və ya 1 paltar qatının üstündən (şalvar, köynək) qoyulur. Bilavasitə lüt bədənə jqut qoymaq olmaz! Jqutun altına qoyulan parça büküşlərsiz - hamar olmalıdır! Zədələnmiş ətrafı bir qədər qaldıraraq, altdan qoyulan parça üzərindən, qabaqcadan dartılmış jqutu bir neçə dəfə sıx şəkildə ətrafa dolayırlar. Jqut düzgün qoyularsa, ətraf tez bir zamanda avazıyır və soyuyur, yaradan axan qan isə dayanır. Eyni zamanda qoyulan jqutdan aşağı hissədə ətraf damarlarında pulsasiya (nəbz) da yox olur. Sonda jqutun kənarlarını bir-birinə bağlayırlar. 

Əgər jqut damarları kifayət qədər sıxmazsa, qanaxma davam edəcəkdir. Bu halda jqutu çıxararaq yenidən qoymaq lazımdır. Əgər qanaxma dayanarsa, ancaq jqutdan aşağıda damar üzərində pulsasiya hiss edilərsə, bu halda da jqutu çıxarıb yenidən qoymaq tələb olunur! Yadda saxlayın ki, düzgün qoyulmayan jqut toxuma və sinirlərin geriyədönməz şəkildə zədələnməsinə səbəb ola bilər! Ona görə də jqutu yalnız qan güclü “fontanla” axdığı halda qoymaq lazımdır!

Əgər lazım olduğu anda əlinizin altında jqut olmazsa, bu məqsədlə kəndir, kəmər, şərf, dəsmal, əsgi parçasından da istifadə etmək olar. Bu halda həmin parcanı həlqə şəklində bağlayıb, zədələnmiş yerdən bir qədər yuxarı olmaqla ətrafa keçirir, sonra parçanın həlqəsinə taxta parçası, qələm, karandaş və s. yerləşdirərək, qanayan damar tam sıxılana qədər burmağa başlayırlar (bax, şəkil N 4). Sonda taxta parçasının geriyə burulmaqla açılmaması üçün onu digər əsgi parçası ilə ətrafa (ayağa və ya qola) bağlayırlar. 

Daxili qanaxma zamanı zədələnmiş nahiyədən axan qan xaricə deyil, orqanizmin öz daxilindəki boşluqlara (qarın boşluğu, döş qəfəsi boşluğu və s.) axır. Bu, adətən, hündür yerlərdən yıxıldıqda və ya güclü zərbədən sonra baş verir. Daxili qanaxmanın əlamətləri aşağıdakılardır:


  1. -dəri örtüklərinin həddindən artıq avazıması;

  2. Soyuq tər;

  3. üşütmə;

  4. səthi və zəif tənəffüs;

  5. bəzi hallarda ağrı (ağrı olmaya da bilər);

  6. bəzi hallarda qan qarışığı ilə qusma (mədə qanaxması zamanı);

  7. bəzi hallarda qanlı öskürək (ağ ciyər qanaxmaları zamanı) və s. 

Daxili qanaxması olan insanı nəqliyyatla daşımaq çox təhlükəlidir. Buna görə də xəstəni xəstəxanaya yalnız həkimin müşayiəti ilə aparmaq olar. Bunun üçün dərhal “təcili yardım” çağırın. “Təcili yardım”a zəng vurarkən, zərərçəkəndə daxili qanaxmaya şübhə olması barədə mütləq məlumat vermək lazımdır. 

“Təcili yardım” gələnə qədər xəstəni ehtiyatla yarıoturaq vəziyyətdə uzatmaq, üstünü isti örtmək, hərəkət etməyə və danışmağa imkan verməmək, qarın nahiyəsinə isə içərisində buz və ya soyuq su olan rezin qovuq (“qrelka”) qoymaq lazımdır. Daxili qanaxmaya şübhə olduğu halda, xəstəyə nə yemək, nə su, nə də ağrını kəsmək üçün dərman preparatları vermək olmaz!

Bəzi hallarda güclü qanaxma zamanı huşun itirilməsi də baş verə bilər. Bu zaman zərərçəkəni üzüyuxarı uzatmaq, ayaqlarını yuxarı qaldıraraq onları dizdən bükmək lazımdır. Heç bir halda xəstəni tək qoymayın!

Bəzən elə olur ki, gizli daxili qanaxma uzun müddət ərzində baş verir və nəticədə insan sağlamlığında ciddi problemlərə səbəb olur. Uşaqlarınızın səhhətinə və öz səhhətinizə qarşı çox diqqətli olun! Əgər siz uşağınızın dərisinin get-gedə avazımasını görsəniz, o, ümümi zəiflikdən, tez-tez olan baş ağrılarından, təngnəfəslikdən şikayət edirsə, onun nəcisinin rəngi qara rəng alarsa və ya nəcisdə qan qarışığı qeyd edilərsə, dərhal həkimə müraciət edərək ehtiyat etdiyiniz fikirləri onun diqqətinə çatdırmaq lazımdır.




Yüklə 78,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə