1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə34/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   30   31   32   33   34   35   36   37   ...   51

74
il) onun  oğlanları  araslnda  baş  verən  hakimiyyət  çəkişmələrindən  istifadə edən  kürdlər
doğma  vətənlərinə dönmək  qərarına  gəlirlər.  Geri  dönən  kürdlərin  bir  qismi  Dərəqəz
(əslində kürdcə Daraquz-“  Qoz  ağacı”;  bax:  25,  səh  120),  Bocnurd,  Kuçan  və s.
rayonlarında əlverişli  şəraiti (heyvandarlıq  üçün) görüb  həmin ərazilərdə qalmağa
üstünlük vermişlər (96,154).
İkinci qrup alimlərin yazdığına görə isə Xorasan kürdlərini bura İranın şimal-şərq
sərhədlərini  qorumaq  məqsədilə Səfəvi  şahları (I  Şah  İsmayıl,  I  Şah  Abbas  və Nadir
Şah)görürmüşlər  (96,154;106;3).  Həmin  mənbələrin  verdiyi  məlumata  görə I  Şah
İsmayılın  hakimiyyəti  illərində (1501-1524) Xorasan  vilayətinə 30  min,  I  Şah  Abbasın
dövründə (1587-1629). isə 15 min kürd ailəsi köçürülmüşdür.
Əslində isə Xorasan kürdlərinin burada hələ X əsrdən qabaq məskunlaşması barədə
ərəb alimi Əl-istəhri X əsrdə məlumat verir (108,175).
Xorasana köçürülən kürdlər əsasən iki tayfa birləşməsinə (Zəfəranlı və Şadıllı) aid
olmuşdur.  Bu  birləşmələrin  tərkibində aşağıdakı  tayfalar əsas  yer  tutmuşdur:  Melanlı
(Milanlı), Bacgiranlı, Aqazlı,  Hiwalanlı, Kuranlı, Qasımanlı, Maşkanlı, burci, Kaywanlı,
Məzdəkanlı,  Rəşanlı,  Briwanlı,  Badiwanlı,  Həfşalanlı,  Cafkanlı,  Waranlı,  Tupkanlı,
Sayfkanlı, Qəhrəmanlı, Badilli, Şeyx-Əmirli və s.
Son illərdə görkəmli kürdşünas M. Lətif Bruki Xorasan kürdlərinin tarixi haqqında
yeni elmi mülahizə irəli sürmüşdür. Müəllif Moskvada nəşr olunan “Дружба” (“Dostani
”) adlı jurnalda dərc etdirdiyi məqaləsində yuxarıda qeyd etdiyimiz müəlliflərin fikirləri
ilə (Xorasan  kürdlərinin  guya  ilk  dəfə
Teymurləng  və Səfəvi  şahları  tərəfindən
Kürdüstandan  bu  yerlərə köçürülməsi  )
razılaşmır,  Xorasan  kürdlərini  Zərdüşt
dövründən (onun kürd olması barədə bax: I.I.) bu yerlərdə məskunlaşması mülahizəsini
irəli sürür. Öz fikrini əsaslandırmaq üçün M.L.Bruki yazır: “Tarixdən yaxşı məlumdur ki,
Parfiya  e.ə.  VII əsrdən  Midyanın  tərkibində olmuşdur (parfiyanın  kürdlərlə sıx əlaqəsi
barədə bax:  I.II.) VII əsr  erməni tarixçisi  Sebos  məlumat  verir  ki,  Sasani çarı  Xosrov I
Ənuşirəvanın(531,579) sərkərdəsi  Smbat  böyük  səhranın (Qaraqum səhrası  nəzərdə
tutulur) ətəklərində Türküstan (indiki  Türkmənistan  da  buraya  daxil  idi) və Dəlhastan
hüdudlarında...  kodrilərlə
qarşılaşmışdır....  Xorasan
(qədim  iran-kürd  dillərində
“Xavarasan”-hərfi mənada “Doğan günəş” ölkəsi ) İranın indiki şimal-şərq hissələrini,
Türkmənistandan  başlayaraq Əfqanıstanın  şimal  v ə şimal-qərb  torpaqlarınıəhatə edirdi.
Kürdlər  hal-hazırda  da  bu ərazilərdə-Xorasanda,  Türkmənistanda  və Əfqanıstanda
yaşayır ” (112).
Müəllifin  göstərdiyi  bu  elmi  faktlardan  belə bir    məntiqi  nəticə çıxır  ki,
Teymurləngin və Səfəvi şahlarının  kürdləri  məhz  bu  bölgəyə (soydaşlarının  qədimdən
yaşadığı ərazilərə) köçürülmələri heç də təsadüfi deyildir.


75
Xorasan  kürdləri  doğma  vətənlərindən  uzaqda  yaşamaqlarına  baxmayaraq  öz
həmvətənləri  kimi  İran  tarixində möhkəmiz  salmışlar.  Məsələn,  Dərəqəz  və Kəlat
xanlıqları uzun illəryarımmüstəqil həyat  sürmüş,  onların  hakimiyyətinə yalnız  XX əsrin
20-ci illərində son qoyulmuşdur (96,10). Yaxad, xorasan, Şirvan dairəsindı 1917-ci ildə
zəfəranlı  tayfa  birləşməsinin  xanı  Tac  Məhəmməd  İbrahim  çobanı  Xudaverdinin (Xuda
xanın) başçılığı  altında  başlanan    silahlı  üsyan genişlənərək  tezliklə Kuçan  mahalını  da
əhatə etdi.
İran  hökuməti  bu  üsyanı  yalnız  1920-ci  ilin  avqust  ayında  yatırda  bildi.
Müşahidəçilərin  verdiyi  məlumata  görə üsyançılarınarasında  qəhrəmancasına  vuruşan
kürd qadınları da var idi (96,48).
Xorasan  kürlərindən  başqa,  İran  kürdləri  Gilan,  Mozandaran (kürddilində “daha
böyük” deməkdir), Qəzvin, Məkran və s. əyalətlərdə də yaşayır.
Şərqi  Kürdüstanın  iqtisadiyyatında əsas  yeri  kənd  təsərrüfatı (maldarlıq,
qoyunçuluq, əkinçilik),  yüngül və yeyinti sənayesi  təşkil  edir.Şimali  Kürdütanda olduğu
kimi  burada  da əhalinin  sosial-iqtisadi  vəziyyəti  ölkənin  mərkəzi  vilayətləri  ilə
müqayisədə çox aşağıdır.
Əhalisinin sayına  və ərazisinə görə Kürdüstanın  üçüncü  parçası  İraq  dövləti
çərçivəsində yerləşən  Cənubi  Kürdüstandır.  Onun  sahəsi  təxminən  100  min  kv.  km-dir.
Əhalisi isə 6 mln nəfərdən yuxarıdır.
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  2003-cü  ilsə S.  Hüseynin  diktatura  rejimi
dağıldıqdan  sonra  federativ  İraq  dövləti  çərçivəsində muxtariyyət  hüququna  malik  olan
kürdüstan  bölgəsi  yaranmışdır.  Bu  muxtariyyət  Iraqın  yeni  qəbul  edilmiş
Konstitusiyasında 
təsbit 
olunmuşdur. 
Siyasi 
icmalçıların 

müşahidəçilərin
yarımmütəqil  dövlət adlandırdığı  İraq  Kürdüstanının  öz  bayrağı,  dövlət  dili (kürd  dili),
himni,  gerbi,  prezidenti (M.Barzani),  hökuməti,  parlamenti,  özü  nümüdafiə qüvvələri,
paytaxt (Ərbil) mövcuddur.
Muxtariyyət hüquqla Kürdüstan bölgəsini rəsmi olaraq Ərbil, Süleymaniyə, Duhok
əyalətləri (ərəbcə “mühafizə”) daxil edilmişdir. Halbuki Mosul, Kərkük vilayətləri, eləcə
də Xanəgin, sincar rayonları da qədim kürdlərin ana vətənidir (bax: I-II, I-II). Yeni Iraq
Konstitusiyası  qəbul  edilərkən  bu ərazilər  İraqın  mərkəzi  hökuməti  ilə Kürd  hökuməti
arasında  ciddi  mübahisələrə səbəb  oldu  (1971-ci  ilin  mart  ayında  bəyan  edilmiş  Kürd
muxtar  rayonuna  da  həkim ərazilər  daxil  edilmədiyi  üçün  Mustafa  Barzani  həmin
muxtariyyəti qəbul etməmişdi).
Kürdlərin ən  qədim  məskunlaşma ərazilərindən  olan  Kərkük (ərəblər  bura  VIII
əsrdən,  türkmənlər  isə XI əsrdən  sonra  gəlmişlər) yeni  Konstitusiyayan  görə burada


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə